Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 21
  • İşləməyənlər icbari tibbi sığortadan – Ödənişli istifadə edə bilər

İşləməyənlər icbari tibbi sığortadan – Ödənişli istifadə edə bilər

admin 21/10/2025
hekim-s

 

Xəbər verildiyi kimi, 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilib. Sənəddə maraqlı məqamlardan biri də icbari tibbi sığorta fonduna ayrılan vəsaitin əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə azalmasıdır.

2026-cı ildə büdcədən sözügedən istiqamətə 900 milyon manatın ayrılması nəzərdə tutulub ki, bu da 2025-ci təsdiq olunmuş proqnozu ilə müqayisədə 516 milyon 405 min manat və ya 36,5 faiz azdır. Bu il üçün dövlət büdcəsində icbari tibbi sığorta fonduna ayrılan vəsaitin məbləği 1 milyard 416 milyon 405 min manat olub.

İcbari tibbi sığorta fonduna dövlət büdcəsindən ayrılan vəsaitin azalması fondun 2026-cı ildə digər mənbələrdən maliyyələşmə səviyyəsinin artacağından xəbər verir. Ancaq nəzərə alınmalıdır ki, fondun əsas maliyyə mənbəyi dövlət büdcəsidir və bu istiqamətdə əhəmiyyətli səviyyədə azalma digər mənbələr üzrə kəskin artımı labüd edir.

“Tibbi sığorta haqqında” Qanuna görə, icbari tibbi sığortanın maliyyə mənbələri aşağıdakılardan ibarətdir:

– Sığorta haqları, o cümlədən dövlət büdcəsinin vəsaiti hesabına ödənilən sığorta haqları;

– İcbari tibbi sığorta üzrə sərbəst vəsaitlərin idarə olunması nəticəsində əldə edilən gəlirlər;

– Müştərək maliyyələşmə məbləği;

– Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilmiş qaydada cəlb edilmiş borc;

– Bu Qanunun tələblərinin pozulması ilə bağlı tətbiq olunan cərimələrdən, maliyyə sanksiyalarından və hesablanmış faizlərdən daxilolmalar;

– Digər mənbələr.

Bu mənbələr arasında dövlət büdcəsindən sonra ikinci böyük mənbə işəgötürən və işçi tərəfindən icbari tibbi sığorta üzrə ödənilən sığorta haqlarıdır. Əməkhaqlarının artması icbari tibbi sığorta fonduna bu mənbədən daxilolmaları da artırır. Lakin əvvəlki illərin təcrübəsi onu deməyə əsas verir ki, bu mənbədən daxilolmalar üzrə artım tempi dövlət büdcəsindən daxilolmanın azalmasını kompensasiya edəcək həddə deyil. Məsələn, 2024-cü illə müqayisədə 2025-ci ildə işəgötürən və işçi tərəfindən icbari tibbi sığorta üzrə ödənilən sığorta haqlarının 81 milyon 126 min manat çox olması proqnozlaşdırılıb.

Ümumilikdə, 2025-ci ildə bu mənbədən Fonda cəmi 909 milyon 60 min manatın daxil olması proqnozlaşdırılıb. Bu baxımdan dövlət büdcəsindən ayrılan vəsaitin 516,5 milyon azalmasını işəgötürən və işçinin hesabına kompensasiya etmək onlar üçün nəzərdə tutulan sığorta haqlarını əhəmiyyətli dərəcədə artırmaqla mümkün ola bilər. Lakin hazırda bu ehtimalın reallaşmasına əsas verəcək hər hansı bir məlumat yoxdur. 

Ancaq qeyd etmək lazımdır ki, 2026-cı ildə icbari tibbi sığorta fonduna daha bir mənbədən vəsaitin daxil olacağı gözlənilir. Belə ki, “Tibbi sığorta haqqında” Qanuna görə, gələn ildən ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ixtisaslaşdırılmış həkim müayinəsi ilə bağlı tibbi xidmətlərdən istifadə etdikdə, sığortaolunan müştərək maliyyələşmə məbləği ödəməlidir.

Sözügedən qanuna görə, 2026-ci ildə bu sahədə daha bir yenilik heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslərlə bağlı olacaq. Belə ki, növbəti dəfə qanuna dəyişiklik edilməyəcəyi təqdirdə, gələn ildən onlar üçün icbari tibbi sığortanın xidmətlərinin ödənişli olması nəzərdə tutulub. Söhbət ondan gedir ki, 2024-cü ildən bu şəxslər üçün icbari tibbi sığortanın xidmətlərinin ödənişli olması planlaşdırılsa da, sonradan bu müddət ertələnib. Həmin şəxslərin icbari tibbi sığorta haqları dövlət vəsaiti hesabına ödənilir. 

Bu baxımdan 2026-cı ildə icbari tibbi sığorta fonduna dövlət büdcəsindən ayırmaların azalmasının səbəbi kimi heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslərə görə ödənişin dayandırılması daha real görünür. 

Həmin şəxslər üçün illik icbari tibbi sığorta haqqı minimum aylıq əməkhaqqının 48 faizinə bərabədir. Hazırda bu məbləğ 192 manatdır.  /qafqazinfo.az

PAYLAŞIN:

Continue Reading

Previous: “Azərkosmos” 10 milyon dollarlıq biznes portfeli formalaşdırıb – Fuad Aslanov
Next: Azərbaycan və Qazaxıstan arasında 10-dan çox sənəd imzalanıb

OXŞAR MÖVZULAR

azenerqo

“Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb

admin 21/04/2026
h-palata

Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb

admin 21/04/2026
fitch_ratings

“Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib

admin 21/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.