Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 17
  • Putin yenə Trampı “yoldan çıxardı” – “Tomaqavk”-lar verilmir, yeni Tramp-Putin görüşü olacaq

Putin yenə Trampı “yoldan çıxardı” – “Tomaqavk”-lar verilmir, yeni Tramp-Putin görüşü olacaq

admin 17/10/2025
pt-tr2

 

Hamı Volodimir Zelenskinin ABŞ-yə səfərini və Ukraynaya “Tomaqavk” raketlərinin verilməsini müzakirə edərkən, Vladimir Putinin Donald Trampla telefon danışığı yenidən vəziyyəti dəyişib.

Xarici KİV xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın dediyinə görə, ABŞ-də çoxlu sayda “Tomaqavk” qanadlı raketləri olsa da, ölkənin öz müdafiəsi üçün onlara ehtiyacı var.

Tramp Vladimir Putinlə telefon danışığından qısa müddət sonra jurnalistlərə deyib: “Demək istədiyim odur ki, biz ölkəmizin ehtiyatını tükəndirə bilmərik. Onlar (raketlər-red.) çox vacibdir, çox güclüdürlər, çox dəqiqdirlər, çox yaxşıdırlar, amma bizim də onlara ehtiyacımız var, ona görə də bu barədə nə edəcəyimizi bilmirəm”.

Putinin onu Kiyevə “Tomaqavk”ları verməməyə inandırmağa çalışıb-çalışmaması ilə bağlı suala Tramp belə cavab verib: “Əlbəttə (çalışdı-red.), bəs siz nə düşünürsünüz? Sizcə, o, nə deyəcək? “Zəhmət olmasa, bu raketləri Ukraynaya satın və mən çox minnətdar olaram?” Heç kim “Tomaqavk”ların onlara atəş açmasını istəmir”.

Hadisələrin Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun təqdim etdiyi versiyasına görə isə Putin telefon danışığı zamanı Trampa uzaqmənzilli silahların Ukrayna ordusuna veriləcəyi təqdirdə ikitərəfli münasibətlər üçün ciddi fəsadlar olacağı barədə xəbərdarlıq edib. Konkret olaraq, o, “Tomaqavk”ların döyüş meydanında vəziyyəti dəyişməyəcəyi, əksinə, Moskva ilə Vaşinqton arasında münasibətlərə, eləcə də Ukraynadakı hərbi münaqişənin sülh yolu ilə həlli perspektivlərinə xələl gətirəcəyi iddiasını təkrarlayıb.

Tramp daha əvvəl “Tomaqavk”ları Ukraynaya təhvil vermək barədə “az qala” qərar verdiyini bildirmişdi, lakin qeyd etmişdi ki, bundan əvvəl Putinlə danışmağı, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə Kiyevin uzaqmənzilli raketlərlə bağlı nə edəcəyini müzakirə etməyi planlaşdırır. Bu mövzunun Vaşinqtonda Tramp-Zelenski danışıqlarında əsas diqqət mərkəzində olacağı gözlənilirdi.

Tramp həmçinin iki həftə ərzində Macarıstanda Putinlə görüşəcəyini açıqlayıb. O qeyd edib ki, Putinlə telefon danışığı faydalı olub və bunun sayəsində xeyli irəliləyiş əldə edilib.

Tramp-Putin telefon danışığından sonra Zelenski deyib ki, Moskva “Tomaqavk”lar haqqında eşitdikdən sonra “dialoqu bərpa etməyə tələsir”. O vurğulayıb ki, Rusiyaya qarşı yalnız “güc dili” işləyə bilər.

Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesablamalarına görə,” Tomaqavk”ın 1600-2500 kilometr məsafədə uçuş mənzilinin olması Kiyevin bu cür raketlərlə təchiz olunarsa, Rusiyanın 1945-ə qədər hərbi obyektini hədəfə almasına imkan verəcək ki, bu da Rusiyanın hücum əməliyyatlarının təchizatı və dəstəyini ciddi şəkildə çətinləşdirə bilər. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Sirus Təbrizli Ramiz Mehdiyevdən Heydər Əliyevə belə şikayət etmişdi
Next: Yanvarın 1-dən gəlir vergisi tətbiq olunacaq? – Vüqar Bayramovdan cavab

OXŞAR MÖVZULAR

beqai iir

Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir

admin 21/04/2026
hürmüz-clos

Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək

admin 21/04/2026
lukashenko (2)

Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş

admin 21/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.