Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 18
  • “Günü 30 manata işçi tapmaq olmur” – Çıxış yolu nədir?

“Günü 30 manata işçi tapmaq olmur” – Çıxış yolu nədir?

admin 18/10/2025
k-t-sahe

 

“Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişiklik edilir. Məsələ Milli Məclisin plenar iclasında müzakirə olunub. Dəyişikliyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslər üçün nağd qaydada ödənilən məbləğ 50 faiz artırılaraq 20 manatdan 30 manata qaldırılır. Ümumiyyətlə, son vaxtlar fermerlər muzdlu işçi cəlb etməkdə problemlərlə üzləşirlər. Tez-tez bu barədə onların şikayətlərini eşidirik. Bəs yeni qaydalardan sonra bu problem öz həllini tapacaqmı?

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik:

Günü 30 manata işçi tapmaq olmur - Çıxış yolu nədir?

“Fermerin qazancı məhsuldan asılıdır”

Fermer Rafət Abbasovun sözlərinə görə, əkin sahələri çox olduğundan son illərdə mövsümi işçi tapmaq problemi mövcuddur: “İşçi tapılmır” sözü düzgün deyil. Çünki işçi var. Sadəcə, əkin çox olduğundan yetəri qədər işçi olmaması problemi yaşayırıq. Cənub bölgəsində 40 mindən çox insan sahələrdə işləyir. İş çoxaldığı üçün işçi çatışmır. Həmçinin əvvəllər kəndlərdə əhali sayı çox olardı. Hər ailədə 10-dan yuxarı ailə üzvü vardı. İndi isə hər ailədən maksimum bir və ya iki nəfər gəlir. Amma bunun səbəbi pul deyil”.

Günü 30 manata işçi tapmaq olmur - Çıxış yolu nədir?

R.Abbasov bildirib ki, fermerin işçiyə verəcəyi məbləği qaydalar yox, məhsuldarlıq müəyyənləşdirir: “İşçinin maya dəyəri olur. Fermer də istəyər ki, işçisinə yaxşı pul ödəsin. Amma fermerin də qazancı məhsuldan asılıdır. Elə il ola bilər ki, fermer yaxşı qazansın. Elə il də olar ki, məhsuldarlıq azalar. Bu zaman fermer xeyir götürə bilmirsə, işçiyə 30 manatı necə verəcək? Məcburdur borca, xərcə girsin və işçinin pulunu ödəsin”.

“Fermerlər var ki, məhsulu sahədə qalır”

Aqrar ekspert Eldar Hüseynov isə düşünür ki, bəzi bölgələrdə bu sahədə problem olmasa da, bəzi regionlarda işçi tapılmır: “Şimal bölgəmizdə işçi qıtlığı mövcuddur. Mil-Muğan zonasında işçi var. Amma pambıq əkinləri zamanı işçilər gəlmək istəmirlər. Qərb zonasında da işçi yoxdur. Çünki işçilər alma, fındıq kimi yüngül işlərə gedirlər. Kartof əkən işçilər də məbləği çox istəyirlər. Pomidorda da günü 30 manata işçi tapmaq çox çətindir. Salyan istiqamətində Pakistandan gələn işçiləri çalışdırırlar. Özbəkistandan da işçi gətirilməsi gözləniləndir”.

E.Hüseynovun fikrincə, işçilərin olmaması kənd təsərrüfatına, məhsuldarlığa çox pis təsir edir: “Elə fermerlər var ki, məhsulu sahədə qalır, yığmağa işçi tapılmır. İşçilər briqadalar şəklindədir. Briqadalarla da qışda əlaqə yaratmaq lazımdır ki, mövsümə hazır olsunlar”.

Günü 30 manata işçi tapmaq olmur - Çıxış yolu nədir?

“30 manata işçi tapmaq olmur”

Ekspertin sözlərinə görə, hazırda insanlar sahələrdə heç günü 30 manata da işləmək istəmirlər: “Fermerə heç kim diktə edə bilməz ki, işçinin maaşını qaldır. Nazirlər Kabineti qərarı indi versə də, kənd təsərrüfatında işçilər bir ildir ki, günü 30 manata işləyirlər. Hətta heç günü 30 manata da işçi tapmaq olmur. Bu qərar vəziyyəti dəyişə bilməz. Məsələn, işçi briqadaları iş tapmasalar, boş qalsalar 15 manata da olsa, gəlib işləyəcəklər. Fermerə deməyəcəklər ki, 30 manatdan aşağı işləmirəm. Hər şey iş yükündən asılıdır”.

Günü 30 manata işçi tapmaq olmur - Çıxış yolu nədir?

E.Hüseynov bu məsələnin həllini əl əməyindən imtina etməkdə görür: “Əvvəllər köhnə aqreqatlardan istifadə olunurdusa, son iki ildə İtaliya sistemlərinə keçid edilib. Yeni əkin texnikalarından istifadə olunur. Yonca biçimi üçün yeni aqreqatlar gətirilir. Tək əlac əl əməyini azaltmaqdır. Elə sistemlər tətbiq olunmalıdır ki, əl əməyi azalsın. Məsələn, Avropa ölkələrində işçi əməyindən demək olar ki, istifadə olunmur. Kənd təsərrüfatı üçün xüsusi texnikalar mövcuddur. Çuğundur, turpu özü sərbəst əkən, yığan texnologiyalar kəşf olunub. Artıq insan əməyinə ehtiyac qalmır. Maşın toxumu səpir, torpağı hazırlayır, məhsul yetişəndə də yığır. Sadəcə o texnologiyaları idarə etməyə bilikli şəxslər lazımdır. Bir neçə adam hektarlarla ərazidə iş görə bilir. Biz də bu sistemlərə keçid etməliyik. Düşünürəm ki, gələcəkdə bizdə də fermerlər məcbur olub belə texnologiyalardan istifadə edəcəklər”.

Günü 30 manata işçi tapmaq olmur - Çıxış yolu nədir?

“Yeni mexanizmlər düşünülməlidir”

İqtisadçı Cəfər İbrahimli də düşünür ki, bu sahədə yeniliklər edilməsinə ehtiyac var: “Əvvəl muzdlu işçilərə günü 20 manat ödənilirdi. Bundan sonra bu məbləğ 30 manata qaldırılır. Yəqin gündəlik 20 manat muzdlu işçiləri qane etmədiyindən fermerlər tərəfindən təşəbbüs qaldırılıb. Bunun sayəsində ödəniş məbləği 30 manat təyin olunub. Amma mən işçi çatışmazlığı olduğu qənaətində deyiləm. Çünki ixtisaslaşmış işçi qrupları mövcuddur. İnsanlar qruplaşaraq özlərinə briqadalar yaradır və gündəlik işləri görə bilirlər. Düşünürəm ki, fermerin 10 gündən bir fərqli işçilər cəlb etməsi, mövsümi olaraq 20-30 nəfərlə müqavilə bağlaması, bu müqavilələri banka təqdim etmək, vəsaitin nağdlaşdırılması və vətəndaşlara paylanması çox da işlək bir mexanizm deyil. Ailə təsərrüfatı olanlar, orta fermer təsərrüfatları onsuz da bu kimi imkanlardan istifadə etmirlər. Amma hər bir halda kənd təsərrüfatında operativlik yaratmaq, fermerlərin problemini ortadan qaldırmaq üçün yeni mexanizmlər düşünülə bilər”.

PAYLAŞIN:

Continue Reading

Previous: Mehdiyevlə Əhmədzadə bir məqsədə xidmət ediblər – Faktlar
Next: “Dövlət Satınalmaları Haqqında” Qanunun Niyazi Bayramova aidiyyatı yoxdumu?? – Antiinhisar Agentliyi cavab versin

OXŞAR MÖVZULAR

azenerqo

“Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb

admin 21/04/2026
h-palata

Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb

admin 21/04/2026
fitch_ratings

“Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib

admin 21/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.