Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 20
  • Ofis sahələrinin icarəsindən kim daha çox qazanır, fiziki şəxs Rasim Rzayev, yoxsa…

Ofis sahələrinin icarəsindən kim daha çox qazanır, fiziki şəxs Rasim Rzayev, yoxsa…

admin 20/10/2025
simurq-tender

 

“Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsi “Ofis sahəsinin icarəsi” xidmətinin satınalınması üzrə 02.10.2025-ci ildə başlanılmış 120562 nömrəli açıq tender müsabiqəsində fiziki şəxs Rzayev Rasim Səlim oğlu (VÖEN-1403312202) qalib elan olunmuş və 550 755,00 AZN dəyərində satınalma müqaviləsinin bağlanılması nəzərdə tutulur. Məlumat satınalmaların portalında 16.10.2025-ci ildə dərc edilib.

Satınalmaların portalı üzərindən apardığımız araşdırma zamanı məlum oldu ki, Kino Agentliyi 550 min manatı 824 kvadrat metrlik ofis sahəsini 15 ay icarəyə götürmək üçün ödəyəcək. Göründüyü kimi hər ay Agentlik fiziki şəxs Rzayev Rasim Səlim oğluna 36 717 manat ödəyəcək. Belə çıxır ki, bir kvadrat metrlik ofis sahəsinin icarəsi Agentliyə 45 manata başa gələcək. Tenderin ehtimal qiyməti 767.782,50 manat təşkil edib.

Qeyd edək ki, Kino Agentliyi ofis sahəsini hansı ünvanda götürdüyüni açıqlamasa da fiziki şəxs Rzayev Rasim Səlim oğlunun bağladığı digər satınalmalarda bu özünü göstərir.

Məsələn “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti Mərkəzi ofisin icarəsi  (Azərbaycan, Bakı – AZ1025, Yeryomenko küç., 73) üzrə 07.07.2025-ci ildə fiziki şəxs Rzayev Rasim Səlim oğlu ilə  268.200 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Bu müqavilə birmənbədən satınalma olduğuna görə ofisin icarəsinin neçə aylığına götürüldüyü və neçə kvadrat metr sahə təşkil etdiyi bəlli olmur.

Mədəniyyət Nazirliyinə tabeli “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti də fiziki şəxs Rzayev Rasim Səlim oğlundan ofis icarəyə götürüb.  Bakı şəhəri, Xətai rayonu , Yeryomenko küçəsi 73 ünvanında yerləşən ofis sahəsinin istifadəsi xidmətinin satın alınması üzrə “Əsaslı Tikinti və Təchizat” MMC 21.01.2025-ci ildə Rasim Rzayevlə 455.940 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Bu müqavilə də birmənbədən satınalma olduğuna görə ofisin icarəsinin neçə aylığına götürüldüyü və neçə kvadrat metr sahə təşkil etdiyi bəlli olmur.

Bundan əlavə Mədəniyyət Nazirliyinə tabeli “Əsaslı Tikinti və Təchizat” MMC “Mədəniyyət və yaradıcı sənayelərin inkişafı sahəsində rəqabətə davamlı təlimlərin təşkili və bazar iştirakçılarının fəaliyyətinin dəstəklənməsi üçün müasir rəqəmsal istehsalat bazasının yaradılması ilə bağlı Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, 73 ünvanında yerləşən məkandan 8 (səkkiz) ay müddətinə istifadəsi xidmətlərinin satın alınması üzrə fiziki şəxs Rzayev Rasim Səlim oğlu ilə 827.201 manat dəyərində satınalma müqaviləsini isə 24.05.2024-cü ildə bağlayıb. Belə çıxır ki, “Əsaslı Tikinti və Təchizat” MMC 8 ay müddətinə məkandan istifadəyə ayda 103 min manat ödəyib.

Göründüyü kimi “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti 2024-cü ilin may ayından 2025-ci ilin yanvar ayına, yəni səkkiz ay ərzində fiziki şəxs Rzayev Rasim Səlim oğlu ilə ümumi dəyəri 1 283 141 manat dəyərində iki satınalma müqaviləsi bağlayıb. Hər iki müqavilə birmənbədən satınalma olduğuna görə ofisin icarəsinin neçə aylığına götürüldüyü və neçə kvadrat metr sahə təşkil etdiyi bəlli olmur. Burada kimin, Rasim Rzayevin, yoxsa Mədəniyyət Nazirliyinin rəsmilərinin daha çox qazanc əldə etdiyi də bəlli olmur.

Bəs dövlət qurumlarına ofis icarəyə verən fiziki şəxs Rzayev Rasim Səlim oğlu kimdir və haqqında açıq mənbələrdə nə kimi məlumatlar var?

Dövlət Vergi Xidmətinin reyestr məlumatları üzərindən apardığımız araşdırmada məlum oldu ki, fiziki şəxs Rzayev Rasim Səlim oğlu (VÖEN-1403312202) Bakı şəhəri, Nəsimi rayonu, Nəcəfbəy Vəzirov, ev10, mənzil 52 ünvanında daimi qeydiyyatdadır. Vergi Xidmətinin məlumatlarında fiziki şəxs Rzayev Rasim Səlim oğlu vergi öhdəlikləri üzrə 2021- 2024-cü illərdə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir.

Qeyd edək ki, Şamaxı rayon İcra Hakimiyyətinin rəsmi portalında  “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanın icrasının təmin edilməsi məqsədilə Şamaxı rayonu üzrə istismarına icazə verilmiş qeyri-yaşayış obyektləri barədə məlumatında Şamaxı rayonu, Meysəri kəndində Rzayev Rasim Səlim oğluna qeyri-yaşayış obyektinin istismarına icazə verildiyi bildirilir.

Fiziki şəxs Rzayev Rasim Səlim oğlunun icarəyə verdiyi ofis sahələrinə gəlincə. Dövlət qurumlarının icarəyə ofiz götürdüyü ünvanda Xətai rayonu, Yeryomenko küçəsi, 73 ünvanında “Simurq plaza” yerləşir. Mediada yer alan məlumatlara görə Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan bir çox tədbirlər məhz bu ünvanda keçirilir.

Mədəniyyət Nazirliyinə tabeli qurumların ofis sahəsinin icarəsi üzrə birmənbədən satınalma metodu ilə bağladığı müqavilələr isə ciddi yoxlama mövzusudu. Milyonlarla manat dövlət vəsitlərinin neçə aylığına, və neçə kvadrat metr ofis sahəsinin götürülməsinə ayrıldığı bəlli olmadığından şübhələnməli məqamlar çoxdu.

 

Aktualinfo.net

 

PAYLAŞIN:

Continue Reading

Previous: QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – Şuşada və Xankəndidə keçirilən tədbirlərin izi ilə…
Next: İsa Həbibbəylinin qızının başına “iş” gəlib… – Almaniyada bank seyfindən 1 milyona yaxın pulu oğurlanıb

OXŞAR MÖVZULAR

anar-eliyev

“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər

admin 21/04/2026
omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.