Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 20
  • Tramp Zelenski ilə görüşdə özündən çıxıb… – “Nalayiq ifadələr işlədib, xəritələri masadan atıb və onu hədələyib”

Tramp Zelenski ilə görüşdə özündən çıxıb… – “Nalayiq ifadələr işlədib, xəritələri masadan atıb və onu hədələyib”

admin 20/10/2025
zel-tr3

 

Vladimir Putinlə telefon danışığından sonra Ukrayna Prezidenti Volodimir Zelenskini Ağ Evdə qəbul edən ABŞ Prezidenti Donald Trampın Ukrayna başçısı ilə söhbəti kifayət qədər gərgin alınıb.

İngiltərənin “Financial Times” qəzeti, Tramp ilə Zelenski arasında Ağ Evdə baş tutan görüşdəki söhbətin bəzi detallarını açıqlayıb. 

Nəşrin Avropadakı diplomatik mənbələrə istinadla yaydığı məlumata görə, Tramp görüş zamanı əsəbiləşərək masadakı xəritələri stoldan atıb və nalayiq ifadələr işlədib,  Zelenskiyə qarşı da aqressiv davranıb.

Mənbələrin bildirdiyinə görə, Zelenski görüşə Ukraynadakı cəbhə xəttini göstərən hərbi xəritələrlə gəlib. 

Lakin Tramp sənədləri gördükdə onları masadan ataraq belə deyib: “Bu xəritəyə təkrar-təkrar baxmaqdan bezmişəm.”.

Tramp daha sonra əlavə edib ki, “bu qırmızı xəttin harada olduğunu bilmirəm, orada heç vaxt olmamışam”.

“Financial Times” yazır ki, Tramp bu zaman Putinin ritorikasına bənzər fikirlər səsləndirib və görüşün çox hissəsini məsləhət vermək tonunda keçirdib.

Nəşrin məlumatına əsasən, Tramp Putinin müharibəni təsvir etmək üçün istifadə etdiyi terminləri də təkrarlayıb və Zelenskiyə belə deyib:“Bu bir müharibə deyil, xüsusi əməliyyatdır. Əgər razılaşma əldə etməsən, ölkən məhv olacaq”.

Hətta Trampın Donbas bölgəsinin tamamilə Rusiyaya verilməsini təklif etdiyi də iddia olunur. 

Nəşrin məlumatına görə, iki lider arasında dialoq dəfələrlə gərginləşib. Trampın tez-tez nalayiq ifadələr işlədib. Zelenskinin isə Putinə etibar etməyin mümkünsüzlüyünü vurğuladığı bildirilib.

Görüşdən sonra açıqlama verən Zelenski, Trampın sülh çağırışına ehtiyatla yanaşdığını bildirib.

“Reuters”-in məlumatına görə isə  Donald Tramp Ağ Evdə Zelenski ilə danışıqlar zamanı təkcə Ukraynaya deyil, həm də Rusiyaya təhlükəsizlik zəmanətinin verilməsi ideyasını irəli sürüb.

“Tramp hər iki tərəf üçün təhlükəsizlik təminatlarından danışıb və bu, ukraynalıları çaşdırıb”, – agentliyin mənbələri bildirib.

“Reuters” də təsdiqləyir ki, danışıqlar zamanı Tramp Zelenskini müharibəni dayandırmaq üçün Rusiyaya ərazi güzəştinə getməyə çağırıb.

“Politico” nəşri isə yazır ki, ABŞ Prezidenti sonda ukraynalı həmkarına müharibənin hazırkı cəbhə xəttində dayandırılmasını təklif edib. Zelenski isə bundan öncə Ukraynanın Rusiyanın hələ işğal etmədiyi ərazilərdən imtina etməsi tələbi ilə razılaşmayıb. “Nəhayət, Tramp görüşü “Yaxşı, indiki cəbhə xəttində buna son qoymağa çalışaq” deyərək yekunlaşdırdı”, – mənbə bildirib.

Xatırladaq ki, Tramp və Putin yaxın iki həftə ərzində Budapeştdə növbəti təkbətək görüş keçirmək barədə razılığa gəliblər. Qərb mediası bu dəfə də Alyaska ssenarisinin təkrarlanmasından – Putinin vaxt udmasından və Trampı “barmağına dolamasaından” ehtiyat edirlər.

Eyni zamanda, iddia olunur ki, Putin Donbasın qalan hissəsinin Rusiyaya verilməsi müqabilində Ukraynaya Zaporojye və Xerson vilayətlərindəki bəzi kiçik əraziləri geri qaytarmağı təklif edib. Bu da bir növ guya Putinin öz mövqeyində güzəştə getməsi kimi təqdim olunur.

Lakin əksər analitiklər Donetskin qalan hissəsinin Rusiyaya döyüşüsüz təhvil verilməsini mümkünsüz sayır və qeyd edirlər ki, bunu Putin də yaxşı bilir. Buna baxmayaraq, Rusiya başçısının müxtəlif “güzəştlər” təklif edərək, bunun müqabilində həmin ərazini istəməsi, bir tərəfdən Trampda guya danışıqlara və sülhə meylli olması barədə təsəvvür yaratmaq, vaxt qazanmaq, digər tərəfdən isə müharibədən yorulmuş Ukrayna cəmiyyətində qarşıdurma və hakimiyyətdən narazılıq yaratmağa hesablanıb. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: İsa Həbibbəylinin qızının başına “iş” gəlib… – Almaniyada bank seyfindən 1 milyona yaxın pulu oğurlanıb
Next: “Bu layihənin məqsədi Azərbaycanın təzyiq altına alınmasıdır”- Fərhad Məmmədov

OXŞAR MÖVZULAR

beqai iir

Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir

admin 21/04/2026
hürmüz-clos

Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək

admin 21/04/2026
lukashenko (2)

Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş

admin 21/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.