Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 21
  • Bakıda tıxaca qarşı yeni plan: Fərqli qrafikli və distant iş rejimi nə vaxt başlayır?

Bakıda tıxaca qarşı yeni plan: Fərqli qrafikli və distant iş rejimi nə vaxt başlayır?

admin 21/10/2025
tıxac-baku

 

Bakı və ətraf ərazilərdə nəqliyyat sıxlığının aradan qaldırılması uzun müddətdir ki, ictimai müzakirələrin əsas mövzularından biridir. Xüsusilə də günün pik saatlarında müşahidə olunan tıxaclar və ictimai nəqliyyatda yaşanan sərnişin sıxlığı bu müzakirələrin intensivliyinə zəmin yaradır.

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində bu istiqamətdə müvafiq addımlar atılması nəzərdə tutulur.

Proqramın əsas məqsədi nəqliyyat sisteminin daha effektiv fəaliyyətini təmin etmək və şəhər daxilindəki yükü azaltmaqdır.

Yeni proqram çərçivəsində bir sıra dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən qrafik əsasında təşkil olunması nəzərdə tutulur.

Yəni qurumlar üçün vahid işə başlama və bitirmə saatı deyil, fərqli vaxtlarda işəgəlmə və işdən çıxma saatlarının tətbiqi planlaşdırılır. Mütəxəssislər hesab edirlər ki, bu addım pik saatlarda nəqliyyat sıxlığının azalmasına səbəb olacaq və ictimai nəqliyyat sistemində yükü azaldacaq.

Bundan əlavə, proqramda bəzi dövlət və özəl müəssisələrində distant (uzaqdan) iş rejiminin tətbiqi də təklif olunur. Bəzi mütəxəssislərin fikrincə, pandemiya dövründə səmərəliliyi sübut olunmuş bu model, səhər və axşam saatlarında ictimai nəqliyyatdan istifadəni bir qədər də azaltmağa kömək edə bilər.

Lakin proqramın tətbiq mexanizmləri ilə bağlı bəzi suallar hələ də açıq qalır.

Mövzu ilə bağlı bütün müvafiq qurumlara sorğu ünvanlasaq da, konkret cavab əldə etmək mümkün olmayıb. Bildirilib ki, məsələ ilə bağlı Nazirlər Kabinetində müvafiq işlər aparılır. Nazirlər Kabinetinə ünvanladığımız sorğuya isə hələlik cavab verilməyib.

Fərqli iş saatı qrafikinin tətbiqi ilə bağlı yaranan suallardan biri də bu sistemə keçid olduğu halda iş vaxtının uzadılması və ya qısaldılmasının baş verib-verməyəcəyi, bunun nə dərəcədə real olması məsələsidir.

İqtisadçı Vüqar Bayramov açıqlamasında məsələyə dair qeyd edib ki, fərqli iş saatı qrafikinin tətbiqi vacibdir.

Bakıda tıxaca qarşı yeni plan: Fərqli qrafikli və distant iş rejimi nə vaxt başlayır?

“Biz inkişaf etmiş ölkələrə, xüsusən də Avropa ölkələrinə diqqət yetirsək, məhz həmin ölkələrdə dövlət qurumları, özəl sektor, hətta xidmət sektoru üzrə fərqli iş saatlarının tətbiq olunduğunu görərik.

Hesab edirəm ki, Azərbaycanda da oxşar praktikanın tətbiq edilməsi məqsədəuyğundur. Çünki bu, yollardakı tıxacın və sıxlığın aradan qaldırılması baxımından vacibdir. Dövlət proqramına əsasən gözlənilir ki, işə başlama və iş vaxtının bitməsi saatları fərqli olacaq. Bu isə o deməkdir ki, standart 09-00-18:00 arası iş rejimi tətbiq olunmayacaq. Amma bu, iş vaxtının uzadılması və ya qısaldılması anlamına yox, sadəcə iş vaxtlarının dəyişdirilməsi anlamına gəlir. Sözsüz ki, Əmək Məcəlləsinə uyğun olaraq səkkiz saatlıq iş rejimi öz qüvvəsində qalacaq”, – deyə V. Bayramov vurğulayıb.

Müvafiq qurumlardan sorğumuza cavab ala bilmədiyimiz üçün daha bir sual açıq olaraq qalır: 2025-ci ilin sonuna kimi bu mexanizmlərin tətbiq olunması nə dərəcədə real görünür?

Ekspertlərin ehtimalları nədir?

Nəqliyyat eksperti Eldəniz Cəfərov  açıqlamasında fərqli iş saatı qrafikinin tətbiqinin ilin sonuna kimi tətbiq oluna biləcəyini vurğulayıb:

Bakıda tıxaca qarşı yeni plan: Fərqli qrafikli və distant iş rejimi nə vaxt başlayır?

“2025-2026-cı illər ərzində təhlillər aparılmalı, müvafiq siyahıların təsdiq olunması həyata keçirilməli və bu siyahılara uyğun dəyişkən iş rejiminin tətbiq olunması həyata keçirilməli idi. Düşünürəm ki, burada çətin bir məsələ yoxdur və bu proses ilin sonuna kimi reallaşa bilər. Sadəcə iş rejiminin dəyişdirilməsi məsələsində çətinlik təhsil müəssisələri ilə bağlı yaranacaq. Düşünürəm ki, onlar üçün iş rejiminin – qrafiklərin, proqramın dəyişdirilməsi bir qədər çətin ola bilər, amma onu sonrakı mərhələdə də həyata keçirmək mümkündür. İlkin mərhələdə isə iş rejiminin dəyişdirilməsinə hansı qurumlar, hansı özəl şirkətlər daha tez adaptasiya olunarsa, onlar artıq keçə bilərlər”, – deyə E. Cəfərov bildirib.

Göründüyü kimi, hazırda proqramın nə vaxt və hansı mərhələlərlə həyata keçiriləcəyini diqqət mərkəzindədir. Aydın olan odur ki, paytaxtın nəqliyyat infrastrukturunda dəyişikliklərə ehtiyac var və problemlərin aradan qaldırılmasına üçün sistemli yanaşmaların mümkün qədər tez tətbiq olunması vacibdir./oxu.az

PAYLAŞIN:

Continue Reading

Previous: Dabaq xəstəliyi alıcıları qorxuya saldı – bazarda vəziyyət ürəkaçan deyil – VİDEO
Next: 2026-cı il dövlət büdcəsinin gəlir və xərcləri artır – İqtisadi səbəb nədir?

OXŞAR MÖVZULAR

azenerqo

“Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb

admin 21/04/2026
h-palata

Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb

admin 21/04/2026
fitch_ratings

“Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib

admin 21/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.