Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 24
  • Rusiya neftinin 70 faizi ABŞ sanksiyası altına düşdü – Çin və Hindistan çətin duruma salınır

Rusiya neftinin 70 faizi ABŞ sanksiyası altına düşdü – Çin və Hindistan çətin duruma salınır

admin 24/10/2025
rossneft


Rusiya hakimiyyəti Donald Tramp administrasiyası tərəfindən tətbiq edilən, “Rosneft” və “Lukoil” şirkətlərini hədəf alan yeni sanksiyaların büdcəyə ciddi zərbə vuracağını gözləyir.

Bu barədə “Bloomberg” agentliyi Kremlə və hökumətə yaxın mənbələrə istinadla məlumat yayıb.

Agentliyin mənbələrindən birinin məlumatına görə, xəzinə itkiləri qaçılmazdır, baxmayaraq ki, onların həcmini hazırda hesablamaq çətindir. Rusiyanın iki ən böyük neft şirkəti onun ümumi ixracının yarısını və ya gündə 2,2 milyon barreli təşkil edir. Artıq qara siyahıya salınmış “Surqutneftegaz” və “Qazprom Neft” şirkətlərini də nəzərə alsaq, xaricə ixrac edilən neftin 70%-i ABŞ-nin blok sanksiyalarına məruz qalır.

“Bloomberg”in mənbəsi bildirib ki, Rusiya sanksiyaların maliyyə təsirini məhdudlaşdırmaq üçün “kölgə donanması”ndan və vasitəçi neft treyderləri şəbəkəsindən istifadə edəcək. Sanksiyaların tam tətbiqinə bir ay qalıb – vəziyyətə uyğunlaşmaq üçün vaxt var; üstəlik, Tramp Kremllə danışıqlardan asılı olaraq mövqeyini dəyişə bilər.

“Freedom Finance Global” şirkətinin analitikləri hesablayıb ki, hətta “Rosneft” və “Lukoil”-in ixracı 5-10% azalsa və Rusiya neftinə endirimlər çoxalsa, bu, büdcəyə ayda 120 milyard rubl itki verəcək. Maliyyə Nazirliyinin planına görə, xəzinədarlıq bu il neft və qaz vergilərindən 8,3 trilyon rubl və ya ayda orta hesabla 690 milyard rubl toplayacaq. Buna görə də, sanksiyalarla bağlı itkilər bu məbləğin təxminən 20%-ni təşkil edə bilər: “Logistika yenidən qurularkən ixrac həcmləri azala və endirimlər (Rusiya neftinə-red.) genişlənə bilər. Vəziyyət neft qiymətlərinin artması və ya rublun zəifləməsi ilə qismən yumşaldıla bilər”.

“Alor Broker” şirkətinin analitikləri yazır ki, ABŞ-nin neft axınlarına xidmət göstərən banklara qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edib-etməməsindən çox şey asılı olacaq: “Adətən, neft qlobal bazarda istehsalçıların özləri tərəfindən deyil, neft treyderləri tərəfindən satılır, yəni texniki olaraq xarici banklar Rusiya şirkətlərinə ödəniş etməyə bilərlər”.

Trampın sanksiyaları səbəbindən Hindistanın ən böyük neft emalı zavodları, eləcə də Çinin dövlətə məxsus neft şirkətləri artıq Rusiya neftinin alışını dayandırıblar. Bu iki ölkənin alışı Rusiya limanlarından ixrac edilən neft tankerlərinin 90%-ni təşkil edir.

Hər dördüncü rublun neft və qaz gəlirlərindən ibarət olduğu Rusiya büdcəsi artıq təhlükə altındadır: yanvar-sentyabr ayları üçün əmtəə gəlirləri 21% azalıb və Maliyyə Nazirliyinin son hesablamalarına görə, kəsir ilkin plandan beş dəfə çox – 5,7 trilyon rubl olacaq.

Sovet dövründən bəri rekord səviyyələrə çatan hazırkı hərbi xərclər üçün vəsait toplamaqdan ötrü hökumət bu il korporativ vergini artırdı və fərqli fərdi gəlir vergisi sistemini tətbiq etdi. Gələn il üçünsə ƏDV dərəcəsini 20%-dən 22%-ə qaldırmağı planlaşdırır. Bütün bunlar Rusiya hökumətinin “çabalamasının” göstəricisidir.

Əlavə edək ki, Rusiyanın neft-qaz gəlirlərinin toplandığı Milli Rifah Fondu da “əriyib”. Fondun likvid hissəsi hazırda 50 milyard dollardan da azdır. Rusiyanın Qərbdə “dondurulan”, yəni, faktiki əlindən alınan və hissə-hissə Ukraynaya verilən vəsaitlərin həcmi isə 300 milyard dollara yaxındır.

Bu arada Vladimir Putin də Trampın yeni sanksiyalarının Rusiyaya təsir edəcəyini etitaf edib. O, dünən deyib ki, yeni məhdudiyyətlər Rusiya üçün “müəyyən nəticələrə” səbəb olacaq, lakin bununla yanaşı, iddia edib ki, bu, ölkənin iqtisadi rifahına əhəmiyyətli dərəcədə təsir göstərməyəcək. Tramp isə bu sanksiyaların 6 ay ərzində Rusiyaya ciddi zərbə vuracağına əmindir. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: KİV: Azərbaycanın qlobal nüfuzu artır, Bakı ABŞ-nin Yaxın Şərqdəki səylərində rol oynayır
Next: “Kiyev bu alçaldıcı tələbə boyun əyməyəcək” – Ekspert Zelenskinin mesajlarını ŞƏRH ETDİ

OXŞAR MÖVZULAR

tramp-konf

Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru

admin 16/04/2026
iran-tehran

İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi!

admin 16/04/2026
abş-iir2

ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ

admin 15/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycana avtomobil idxalı kəskin azalıb – Səbəb nədir? 17/04/2026
  • Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər – Qanun nə deyir? – VİDEO 17/04/2026
  • Ermənistanda bu şəxslər müharibəyə can atır – Ekspert 17/04/2026
  • Azərbaycan Avstriya və Avropa İttifaqı üçün, xüsusilə böhran şəraitində, dəyərli tərəfdaş olaraq qalır – Nazirlik 17/04/2026
  • Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb 17/04/2026
  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.