Skip to content
21/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 27
  • Ramiz Mehdiyevin Rusiyaya yazdığı məktub üzə çıxıb – FOTOFAKT

Ramiz Mehdiyevin Rusiyaya yazdığı məktub üzə çıxıb – FOTOFAKT

admin 27/10/2025
ramizm

 

7Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi həyata keçirmək istədiyi və bununla bağlı Rusiyanın müəyyən strukturlarının rəhbərlərinə məktub ünvanladığı barədə mediada məlumat verilib.

Həmin məktubun Azərbaycan xüsusi xidmət orqanlarının əlinə keçdiyi barədə də informasiyalar yayılmışdı.

Bəziləri belə məktubun olmadığını, onun mövcudluğuna inanmadıqlarını iddia etsələr də, təqdim etdiyimiz fakt Ramiz Mehdiyevin, həqiqətən də, xarici ölkənin köməyi ilə Azərbaycanda hakimiyyət çevrilişi planı gerçəkləşdirmək xülyasına düşdüyünü göstərir.

APA Ramiz Mehdiyevin ünvanladığı məktubu təqdim edib. Xüsusi qeyd etmək yerinə düşər ki, belə bir planı həyata keçirmək nə Ramiz Mehdiyevin, nə də onun əlaqə qurduğu dairələrin imkanında deyil. Sadəcə, buna cəhd etmək onun əsl riyakar xislətini nümayiş etdirir.

 Rus dilində yazılmış həmin məktubun mətnini təqdim edirik:

“Dövlət idarəetmə sistemində islahatlar barədə təkliflər

Son illər ərzində Azərbaycanda dövlət idarəetmə sistemini və iqtisadi həyatı əhatə edən dərin böhran, radikal islahatlar və dəyişikliklər tələb edir. Bir tərəfdən, mövcud idarəetmə strukturunun səmərəsizliyi hazırkı hakimiyyətin xarakteri, əxlaqı və baxışları ilə izah olunursa, digər tərəfdən, bu struktur qüsurlu, avtoritarizm ruhu ilə iflic olmuş sistemlə bağlıdır. Bu idarəetmə sisteminin əsas xüsusiyyətləri yalnız referendum vasitəsilə dəyişdirilə bilər

Dövlət idarəetməsinin yeni təsvirini və prinsiplərini hazırlayarkən ilk növbədə Azərbaycan xalqının siyasi psixologiyasını, dövlətdən ənənəvi gözləntilərini nəzərə almaq, ölkənin hərtərəfli inkişafına maneə yaradan sosial-iqtisadi həyat sistemindəki durğunluğun əsl səbəblərini başa düşmək və aradan qaldırmaq lazımdır.

Strateji dövlət orqanlarının rəhbəri kimi topladığım çoxillik idarəetmə təcrübəsi, həmçinin Azərbaycanın tarixi və müasir siyasi həyatının problemləri üzrə daimi elmi tədqiqatlarım mənə aşağıdakı dövlət idarəetmə sisteminin formalaşdırılmasının zəruriliyini göstərir:

1. Hakimiyyət, ümumi qəbul edilmiş demokratik prinsiplərə əsasən, üç qoldan ibarət olacaq: qanunverici, icraedici və məhkəmə. Bu hakimiyyət qollarının fəaliyyətinə nəzarəti cəmiyyətdə nüfuz sahibi olan 50 nəfər görkəmli və təcrübəli dövlət xadimləri, iqtisadçılar, hüquqşünaslar, elm və mədəniyyət nümayəndələrindən ibarət Dövlət Şurası təmin edəcək. Bu orqan seçkili olacaq və ümummilli səsvermə nəticəsində formalaşdırılacaq. Şuraya Dövlət Şurasının Sədri başçılıq edəcək, bu şəxsi isə öz növbəsində xalq tərəfindən seçilmiş Dövlət Şurasının üzvləri öz sıralarından seçəcəklər. Sədri tutduğu vəzifədən yalnız Dövlət Şurası üzvləri səsvermə nəticəsində kənarlaşdıra bilərlər.

Dövlət Şurası ölkədəki siyasi və sosial-iqtisadi proseslər üzərində tam hakimiyyətə və nəzarət mexanizminə malik olacaq, həmçinin o, Konstitusiya Məhkəməsi və ölkənin Təhlükəsizlik Şurasının funksiyalarını yerinə yetirəcək. Dövlət Şurası parlament tərəfindən qəbul edilmiş qanun layihələrini və respublika hökumətinin qərarlarını təsdiq edəcək, güc strukturları və məhkəmə hakimiyyəti, Mərkəzi Bank və universitet rektorlarının vəzifələrinə namizədlər irəli sürəcək. Müvafiq olaraq, Şura zəruri hallarda parlamentin qanun layihələrinə və hökumətin qərarlarına qarşı istifadə edə biləcəyi veto hüququna malik olacaq.

Dövlət Şurasının fəaliyyəti sədr aparatı tərəfindən təmin ediləcək. Dövlət Şurasının sədri dövlət başçısı üçün nəzərdə tutulmuş bütün səlahiyyətlərdən və hüquqi immunitetdən istifadə edəcək.

Dövlət Şurasına seçki hər 7 ildə bir keçiriləcək və bu müddət ərzində Dövlət Şurasının üzvləri də immunitet və toxunulmazlıqdan istifadə edəcəklər. Lazım gələrsə, Dövlət Şurası üzvünün mandatı Dövlət Şurası sədrinin tələbi ilə şura üzvlərinin səsverməsinin nəticələrinə əsasən dayandırıla bilər. Dövlət Şurasının üzvləri bu orqanda olduqları müddətdə elmi-pedaqoji fəaliyyət istisna olmaqla, hər hansı fəaliyyətlə məşğul olmaq hüququna malik olmayacaq və yalnız Dövlət Şurasına hesabat verəcəklər.

2. Ölkədə icra hakimiyyətinə parlament seçkisinin nəticələrinə əsasən seçiləcək Baş nazir başçılıq edəcək. Parlament seçkisinin nəticələrinə görə ən çox səs toplayan partiyanın sədrinə dövlətin sosial-iqtisadi xəttinin həyata keçirilməsinə cavabdeh olan hökuməti formalaşdırmaq hüququ veriləcək.

3. Qanunvericilik hakimiyyəti ümummilli seçki nəticəsində hər 7 ildən bir formalaşacaq ölkənin parlamenti tərəfindən təmsil olunacaq. Parlament hökumətin fəaliyyəti haqqında hesabatı qəbul edəcək, hökumət başçısının təqdimatı ilə sosial-iqtisadi siyasətin həyata keçirilməsinə məsul nazirləri (güc strukturlarının rəhbərləri istisna olmaqla) təsdiq edəcək.

4. Məhkəmə hakimiyyəti əvvəlki kimi ölkənin Ali Məhkəməsi və onun müvafiq strukturları tərəfindən həyata keçiriləcək.

Belə dəyişikliklər ölkəni prezident respublikası rejimindən hakimiyyət üzərində səmərəli nəzarət mexanizmi olan parlament respublikası rejiminə keçirəcək. Onlar, eyni zamanda, avtoritarizm və təkhakimiyyətliliyin rüşeymlərini və əsaslarını əhəmiyyətli dərəcədə neytrallaşdıracaq, həmçinin dövlət fəaliyyəti üzərində ictimai nəzarəti gücləndirəcək.

Bununla yanaşı, belə bir sxem demokratik seçkilərin keçirilməsinə imkan verəcək ki, bu da ölkənin beynəlxalq imicini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq və müxtəlif siyasi qüvvələr üçün geniş fəaliyyət spektri açacaq, bu öz növbəsində vətəndaş cəmiyyətinin əsaslarını möhkəmləndirəcək./azpolitika.info

Ramiz Mehdiyev –

AMEA-nın akademiki”

PAYLAŞIN:

Continue Reading

Previous: Natiq Cavadov Texnologiya Universitetində kafedra müdiridir, yoxsa kafe
Next: Azərbaycan və Türkiyə arasında siyasi məsləhətləşmələr keçirilib

OXŞAR MÖVZULAR

rəqaabət

Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib

admin 21/04/2026
suni_intellekt (1)

Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib

admin 21/04/2026
balıq

Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO

admin 21/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026
  • Maksimum bal yığanların sayında KƏSKİN azalma – Bəs Abbaszadə deyirdi ki… 20/04/2026
  • Milli Məclis Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı qərəzli sənədlərini kəskin şəkildə qınayıb 20/04/2026
  • Vergi borcunu ödəməyənləri hansı cəza gözləyir? 20/04/2026
  • Belçika VƏ Niderland səfirləri XİN-ə çağrıldı – Kəskin etiraz bildirilib 20/04/2026
  • Fuad Nəcəfli baş prokrorluqda dindirilib – 10 milyonluq yeyinti işi 20/04/2026
  • Bu qeyri-filiz faydalı qazıntı yataqları “AzerGold”a verildi 20/04/2026
  • Bazarlar tarixə dönür – Yeni dövrə keçid, yoxsa daha çox əlçatanlıq? 20/04/2026
  • Pensiya kapitalından vaxtından əvvəl istifadə edilə bilər – Yalnız bu halda 20/04/2026
  • Bunu etsəniz, daha az vergi ödəyərsiniz – Biznesi olanlar diqqət! 20/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.