Skip to content
21/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 27
  • Vaşinqton razılaşmasının sirri: Azərbaycan bölgədə sülhün memarına çevrilir

Vaşinqton razılaşmasının sirri: Azərbaycan bölgədə sülhün memarına çevrilir

admin 27/10/2025
vaş-il-paş

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında tarixi görüşdən sonra bölgədə sülh prosesinin davamlı olaraq irəlilədiyinin şahidiyik. Təbii ki, prosesdə yenə də öncül mövqedə Azərbaycan çıxış edir. Mövcud real şərtlərin sahədə davamlı mahiyyət alması üçün rəsmi Bakı Prezident İlham Əliyevin rəhbərliyi ilə Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində ardıcıl və əhəmiyyəti mühüm olan qərarlara imza atır.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik:

Tranzit embarqosunun ləğvi

Bu günlərdə Prezident İlham Əliyev Qazaxıstana rəsmi səfəri çərçivəsində qazax həmkarı Kasım Jomart Tokayevlə görüşündə Azərbaycanın Ermənistana işğal faktı ilə bağlı tətbiq etdiyi tranzit embarqosunu birtərəfli qaydada ləğv etdiyini açıqlayıb. “İlk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir”, – dövlət başçısı deyib.

Vaşinqton razılaşmasının sirri: Azərbaycan bölgədə sülhün memarına çevrilir

Rəsmi Bakının bu addımı həm də Vaşinqton görüşündən sonra bölgədə sülhün davamlı və qalıcı olması ilə bağlı üzərinə götürdüyü öhdəliklərə sadiqliyinin göstəricisidir. Beləliklə, uzun illərdən bəri təcrid vəziyyətində olan Ermənistan Prezident İlham Əliyevin sözügedən qərarı əsasında yeni nəfəslik əldə etmiş oldu.

Paşinyandan İlham Əliyevə təşəkkür

Yeri gəlmişkən, İrəvandan Azərbaycan tərəfinin məlum qərarı ilə bağlı ardıcıl bəyanatlar və təşəkkürlər gəlməkdədir. Ermənistan baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevə təşəkkür edib. Maraqlı cəhət budur ki, özü də bu təşəkkür İrəvandan yox, Gürcüstanda – V Tbilisi İpək Yolu Forumunda çıxış zamanı səsləndirilib. Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etməsini çox vacib irəliləyiş adlandırıb. O, tarixi inkişaflara diqqət yetirməyin labüd olduğunu söyləyib: “Hesab edirəm ki, bu, həm də burada özünü göstərir: bir il əvvəl belə bir şeyi görmədik – Ermənistanın Baş naziri Azərbaycan Prezidentinə təşəkkürünü ifadə etmirdi. İndi isə bunu edir və bu, çox vacib bir irəliləyişdir”.

Beynəlxalq birlikdən müsbət reaksiya

Beynəlxalq birlik də Azərbaycanın sülh prosesi ilə bağlı qərarlarını alqışlayır. 2020 və 2023-cü illərdəki tarixi qələbəmizdən sonra bölgədə daha çox təxribatçı əməlləri və sülhü zərbə altında qoyan addımları ilə yadda qalan Avropa İttifaqı (Aİ) da artıq Cənubi Qafqazdakı sülh reallıqlarını qəbul edir. Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Azərbaycanın Ermənistana yüklərin tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırmasını alqışlayıb. “Azərbaycanla Ermənistan arasında sülh prosesi çərçivəsində atılan son müsbət addımlar, o cümlədən Azərbaycan tərəfindən Ermənistan üçün Azərbaycan ərazisindən yük tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə verilən bəyanat məni çox ruhlandırdı”, – deyə o qeyd edib.

Diplomat vurğulayıb ki, oktyabrın 21-də Cenevrədə Azərbaycan və Ermənistanın parlament sədrləri arasında keçirilən görüş də bu istiqamətdə mühüm addımlardır. Yeri gəlmişkən, spiker Sahibə Qafarovanın erməni həmkarı Alen Simonyanla da görüşünün müsbət ab-havada keçdiyi vurğulanır.

“Aİ bu praktiki inkişafları səmimiyyətlə alqışlayır və bu kimi təşəbbüsləri, eləcə də əlavə etimad quruculuğu tədbirlərini dəstəkləməyə hazırdır”, – deyə M.Qrono bildirib.

Vaşinqton razılaşmasının sirri: Azərbaycan bölgədə sülhün memarına çevrilir

QHT-lərin İrəvan görüşü

Vaşinqton razılaşmalarının ruhuna uyğun olaraq qarşılıqlı etimad mühitinin yaradılması istiqamətində müsbət addımlar bununla da yekunlaşmır. Azərbaycan Prezidentinin məlum bəyanatı fonunda son illərdə ilk dəfə olaraq ölkəmizə məxsus mülki təyyarə İrəvan hava limanına eniş edib. İrəvanda Azərbaycan və Ermənistan qeyri-hökumət təşkilatları nümayəndələrinin görüşü təşkil olunub. Tərəflər iki ölkənin vətəndaş cəmiyyətləri institutlarının sülh gündəliyinə verə biləcəkləri töhfələrin nədən ibarət ola biləcəyini müzakirə ediblər.

Sülh üçün Zəngəzur dəhlizi

Təbii ki, Vaşinqton sənədlərinin ruhuna uyğun olaraq, sülh prosesini irəlilətmək üçün ən vacib məqamlardan biri Zəngəzur dəhlizinin (Tramp yolu) ən qısa zamanda reallaşmasıdır. Bu istiqamətdə Azərbaycanın gözləntiləri ümidvericidir. Prezident İlham Əliyev bəyan edib ki, Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonunadək baş verə bilər. “Hazırda planlaşdırdığımız və həyata keçirdiyimiz bütün işlərlə yanaşı, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində bütün avtomobil və dəmir yolu əlaqələri gələn ilin ortalarına qədər tamamlanacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də hər şey belə sürətlə reallaşdırılacaq və belə olan halda, Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonuna qədər baş verə bilər”, – dövlət başçısı bildirib.

Vaşinqton razılaşmasının sirri: Azərbaycan bölgədə sülhün memarına çevrilir

İrəvanın da sözügedən məsələdəki son açıqlamaları bu tarixin reallığa çevriləcəyinə dair ümidləri artırır. Ermənistan Baş naziri Nikol Paşinyan bəyan edib ki, hazırda TRIPP layihəsi ilə bağlı Vaşinqtonla müzakirələr aparılır və mövcud infrastrukturun bərpası bir neçə ilə yekunlaşa bilər.

Milli maraqlarımıza əsaslanan sülh gündəliyi

Göründüyü kimi, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə qalib gəlməsinə baxmayaraq, sülh təşəbbüsünü irəli sürdüyü kimi, bu dəfə də bölgədə rifah və sabitliyin tərəfdarı olduğunu bütün dünyaya sübut etdi. Son beş ildə atılan addımlar məhz yekun müsbət nəticənin əldə edilməsi və sülh sazişinin imzalanmasının yaxınlaşdırılmasına hesablanıb. Artıq rəsmi Bakının milli maraqlarımıza əsaslanan sülh gündəliyi beynəlxalq aləm tərəfindən birmənalı olaraq qəbul edilir.

PAYLAŞIN:

Continue Reading

Previous: ABŞ qərarsızdır: Putin danışıqlara hazırdırmı?
Next: Sosial Xidmətlər Agentliyinə Ağdaşda mənzillər satan “Hünər-İnşaat” Firması əslində kimə məxsusdu

OXŞAR MÖVZULAR

elcin_emirbeyov

Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov

admin 21/04/2026
vuqar-bay-

Deputat: Minimum əmək haqqında daha yüksək artımların olması məqsədəuyğun olardı

admin 17/04/2026
ilham-uşaq

“Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür”

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026
  • Maksimum bal yığanların sayında KƏSKİN azalma – Bəs Abbaszadə deyirdi ki… 20/04/2026
  • Milli Məclis Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı qərəzli sənədlərini kəskin şəkildə qınayıb 20/04/2026
  • Vergi borcunu ödəməyənləri hansı cəza gözləyir? 20/04/2026
  • Belçika VƏ Niderland səfirləri XİN-ə çağrıldı – Kəskin etiraz bildirilib 20/04/2026
  • Fuad Nəcəfli baş prokrorluqda dindirilib – 10 milyonluq yeyinti işi 20/04/2026
  • Bu qeyri-filiz faydalı qazıntı yataqları “AzerGold”a verildi 20/04/2026
  • Bazarlar tarixə dönür – Yeni dövrə keçid, yoxsa daha çox əlçatanlıq? 20/04/2026
  • Pensiya kapitalından vaxtından əvvəl istifadə edilə bilər – Yalnız bu halda 20/04/2026
  • Bunu etsəniz, daha az vergi ödəyərsiniz – Biznesi olanlar diqqət! 20/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.