Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 30
  • Ramiz Mehdiyevin gizli “prinsi” hədəfdə: Həbs olunan icra başçısını vəzifəyə “qudası” Mikayıl İsmayılov təqdim edib

Ramiz Mehdiyevin gizli “prinsi” hədəfdə: Həbs olunan icra başçısını vəzifəyə “qudası” Mikayıl İsmayılov təqdim edib

admin 30/10/2025
ramiz-islam

 

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin həbsi ilə bağlı yeni və sensasion faktlar üzə çıxıb.

Rzayevin 2011-ci ildə icra başçısı vəzifəsinə təyin olunmasının arxasında SOCAR-ın sabiq vitse-prezidenti, milyardlarla vəsaitə sahib oliqarx-məmur Mikayıl İsmayılov dayanıb.

Məlumata görə, Mikayıl İsmayılov İslam Rzayevin tələbə yoldaşı və eyni zamanda qudasıdır. Məhz bu qohumluq və şəxsi əlaqə vasitəsilə Ramiz Mehdiyevlə birbaşa əlaqə qurulub və Rzayevin Balakənə icra başçısı kimi təqdimatı həyata keçirilib. Bu təyinat həmin dövrdə Mehdiyev klanının ölkə üzrə regional idarəçilik mexanizmlərində öz təsir dairəsini qorumaq üçün həyata keçirdiyi mühüm addımlardan biri sayılır.

Buradaca bildirək ki, şərti adı “qudalıq” olan bu əlaqələrin bütün detalları redaksiyada var; sadəcə, mövzumuz bu deyil, yaxın zamanlarda bu detalları da dərc edəcəyik.

Mikayıl İsmayılov kimdir?

Mikayıl İsmayıl oğlu İsmayılov 9 iyun 1964-cü ildə Ağsu rayonunun Çiyni kəndində anadan olub. 1980-ci illərin əvvəlində Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb, daha sonra Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialında oxuyub. 1988-ci ildən Neft Daşlarında əmək fəaliyyətinə başlayıb və “Azərdənizneftinşaat” Trestində mühasib, baş mühasibin müavini, daha sonra “Xəzərdənizneftqaztikinti” Trestində baş mühasib vəzifəsində çalışıb.

1997–2003-cü illərdə “Dəniz Neft və Qazçıxarma” İstehsalat Birliyində şöbə rəisinin müavini olub. 2003–2005-ci illərdə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda iqtisadiyyat və təchizat üzrə direktor müavini kimi fəaliyyət göstərib.

2005-ci ildə SOCAR-ın vitse-prezidenti təyin olunub və bu vəzifədə 16 il – 2021-ci ilə qədər çalışıb. Bununla yanaşı, “Neftçi” İdman Klubunun idarə heyətinə rəhbərlik edib, Cüdo Federasiyasının vitse-prezidenti olub və uzun illər ərzində SOCAR-ın maliyyə və investisiya xəttinə birbaşa nəzarət edən şəxs kimi çıxış edib. Uzun illər həyata keçirdiyi talan və mənimsəmə prosesi nəticəsində milyardlarla manatla ölçülən sərvətə malikdir.

Hal-hazırda Mikayıl İsmayılov “Ekol Mühəndis Xidmətləri” QSC-nin Direktorlar Şurasının sədridir. O, həmçinin Yeni Azərbaycan Partiyasının üzvüdür. (Hakim Yeni Azərbaycan Partiyası öz sıralarını Mehdiyev klanından təmizləməlidir).

İsmayılov-Rzayev əlaqəsi və Mehdiyev klanı

Mənbələr bildirir ki, Mikayıl İsmayılov uzun illər Ramiz Mehdiyevin ən yaxın dairəsinə daxil olan məmurlardan biri olub. SOCAR-da və dövlət strukturunda topladığı nəhəng maliyyə imkanları vasitəsilə Mehdiyev klanına lojistik və maliyyə dəstək göstərib.

İslam Rzayevin Balakənə icra başçısı təyin olunması da məhz bu “klan təqdimatı” mexanizminin nəticəsi olub. Deyilənlərə görə, təyinatdan öncə Mikayıl İsmayılov Mehdiyevlə görüşərək Rzayevin etibarlı şəxs olduğunu, “həm idarəçi, həm də ailədən biri kimi” inam qazandığını bildirib. Bunun ardınca Mehdiyevin təqdimatı ilə Rzayev 2011-ci ilin mayında vəzifəyə təyin edilib.

İndi isə bu əlaqələr Mehdiyev şəbəkəsinin tam ifşasına gətirib çıxarıb.

Mənbələrə görə, İsmayılov təkcə Rzayevin deyil, Mehdiyev klanına mənsub digər məmurların da vəzifəyə gətirilməsində rol oynayıb. O, uzun illər ərzində SOCAR vasitəsilə əldə etdiyi nəhəng maliyyə resurslarını bu inzibati şəbəkənin qorunması üçün istifadə edib.

Klanın çöküş prosesi başlayıb

Hüquq-mühafizə orqanlarının son əməliyyatları Ramiz Mehdiyevin təsir dairəsindəki şəxslərin kənarlaşdırılması və dövlət strukturlarında gizli idarəetmə sisteminin dağıdılması məqsədi daşıyır. Analitiklər hesab edirlər ki, İslam Rzayevin həbsi və Mikayıl İsmayılovun adı bu prosesdə həlledici mərhələni açır.

Bu proses artıq yalnız Mehdiyev klanının deyil, onun iqtisadi dayaqlarını formalaşdıran şəxslərin də hədəfə alındığını göstərir.

Qarşıdakı günlərdə bu əlaqələrin daha geniş dairəsinin ifşası və yeni həbslərin baş verəcəyi gözlənilir.(Musavat)

PAYLAŞIN:

Continue Reading

Previous: Bağça müdiri Sevinc İsgəndərova Sosial Xidmətlər Agentliyinə ofis icarəyə verir – İllik 262 min manata
Next: TƏBİB-dən işsizlərə tibbi sığorta zərbəsi

OXŞAR MÖVZULAR

ferqane-asia

Mülkümü “REKET”LƏR ƏLİMDƏN ZORLA ALIR, ölümlə TƏHDİD EDİLİRƏM -Fərqanə Abbasovadan ŞOK ŞİKAYƏT

admin 20/04/2026
esedov

Əli Əsədovun biznes və tikinti imperiyası…

admin 17/04/2026
natiq-şam2

Kağız üzərində təhsil və paralel iş qalmaqalı

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.