Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 30
  • Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-FAKTLAR NƏLƏRİ DEMİR?!/FOTOLAR

Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-FAKTLAR NƏLƏRİ DEMİR?!/FOTOLAR

admin 30/10/2025
rm

 

Bu gün nəinki dövlət idarəetməsində, o cümlədən ictimai-siyasi sahədə, xüsusilə media, QHT və diaspor sahəsində Ramiz Mehdiyevə bağlı, onun ideya daşıyıcıları olan kifayət qədər təmsilçilər var. 

Bu sıradakıların bəziləri hazırda islahatçı cildinə girsə də, daxilən Ramiz Mehdiyevə bağlı adamlardı. Onlar imkan düşdüyü qədər bir-birilərinə dəstək verir, gizli sövdələşmələr aparır, mövqelərini günü-gündən möhkəmləndirirlər.

Uzun illər Ramiz Mehdiyevin köməkçisi, daha sonra Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri olmuş Elnur Aslanov 2014-cü ildə nurçu şəbəkəsi ilə əlaqələrinə görə işdən azad olundu. Onun həmin şəbəkəyə çıxışı da təsadüfi deyildi. O, belə bir əlaqənin qurulması üçün Ramiz Mehdiyevdən tapşırıq alırdı. Elnur Aslanova bu əlaqələrin qurulması üçün kifayət qədər geniş imkanlar yaradılmışdı. Bütün gənclər sektoruna nəzarət ona həvalə edilmişdir. “İrəli” Gənclər Hərəkatı, Xaricdə Təhsil Almış və Məzun Olmuş Gənclər İctimai Birliyi, Gənclər Təşkilatları Milli Şurası və s. təşkilatlar onun himayəsi altında yaranaraq, xeyli gəncin nurçu şəbəkəsinə qoşulmasına vəsilə olmuşdu.

Elnur Aslanovun yaxın dostu, onun dövründə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri işləyən Elşad İsgəndərov da vəzifəsini nurçu məsələsinə görə itirdi. Amma onu da qeyd edək ki, Elşad İsgəndərov Xarici İşlər Naziri Ceyhun Bayramovun doğma qaynı olduğu üçün son illər onun reabilitasiyası mümkün olmuşdur.

Bu istiqamətdə daxil olmuş məlumata görə, Prezident Administrasiyasında mətbuata bilavasitə nəzarət edən ictimai-siyasi şöbə olsa da, Ramiz Mehdiyev köməkçisi Elnur Aslanova əlavə mətbuat orqanları yaratmağı və rəhbərlik etməyi də tapşırmışdı.

Elnur Aslanov həmin dövrdə “1news.az”, “gun.az” saytlarını, “Bakupost” qəzetini, “Yurd fm” radiosunu yaratmışdı. Ola bilər bu tam siyahı olmasın. Amma bunlarla bərabər bəzi medialar da əlavə olaraq onun nəzarətinə verilmişdi.

Xatırladaq ki, Dağlıq Qarabağın Azərbaycanlı İcması da onun kurasiyasına verilmişdi ki, ora da özünün əsas adamlarından biri olaraq Orxan Əkbərovu sədr təyin etdirmişdi.

Hazırda Elnur Aslanov Dubayda biznes fəaliyyəti ilə məşğul olsa da, Ramiz Mehdiyevin xeyir-duası ilə həm dövlət strukturlarına, həm də media və QHT sektoruna yerləşdirdiyi şəxslər fəaliyyətdədir.

Məsələn: Elnur Aslanov fəaliyyəti dövründə nəzarətində olan “bakupost” qəzetinin redaktoru və “Yurd.fm” radiosunun əməkdaşı olmuş şəxsi Prezident Administrasiyasındakı şöbəsinə məsləhətçi vəzifəsinə gətirmişdir. Sonra Ramiz Mehdiyevin sərəncamları ilə şöbə daxilində vəzifəsi artırılan həmən şəxs elmi işini də müdafiə edə bilmişdir. Maraqlıdır ki, dövlət qulluğunda olan şəxslərin elmi müdafiələrə getməsi yalnız Ramiz Mehdiyevin icazəsi ilə mümkün ola bilərdi. Bu istisna o şəxsə şamil olunmuşdur. O da öz növbəsində elmi işində əsasən Ramiz Mehdiyevin ideyalarına söykənərək, ondan çoxlu sayda sitatlar gətirərək elmi dərəcə ala bilmişdir.

Bu gün o şəxs Azərbaycanda bütün qeyri-hökumət təşkilatlarına rəhbərlik edir. Onun rəhbərliyi dövrüdə Ramiz Mehdiyevə bağlı olan QHT-lərin dəstəklənməsi prosesinin şahidi oluruq desək, yanılmarıq.

Baxın, bu gün o şəxsin nəzarətində olan QHT-lərə Dövlət Dəstəyi Agentliyi Qarabağ Dirçəliş Fondu ilə birgə qrant müsabiqəsi elan edib. Sual olunur bu Fondun rəhbəri kimdir? Bu Rəhman Hacıyevdir. Hansı ki, Elnur Aslanovun nəzarətində olan “1news.az” saytının baş redaktoru olub. Daha sonra isə Ramiz Mehdiyevin tapşırığı ilə o “Bakinski raboçiy” dövlət qəzetinin baş redaktoru təyin edilib. Hazırda isə Qarabağ Dirçəliş Fondunun rəhbəridir. Aydın oldumu, haradan haraya?

Xatırladaq ki, bu günlərdə Xankəndidə keçirilən QHT Forumunda o məsul şəxsin yanında əyləşən və forumda çıxış edən qonaq Rəhman Hacıyev olmuşdur.

                      ***

Ramiz Mehdiyevə yaxınlığı ilə tanınıb da, QHT sektorunda adı hallanan digər tanınmış Prezidentin sabiq mətbuat katibi Azər Qasımovdur. Belə ki, Yenixeber.org-a ötürülən məlumata görə, Prezidentin sabiq Mətbuat katibi Azər Qasımovun da həyat yoldaşının rəhbərlik etdiyi  QHT-yə küllü miqdarda qrantlar verilib. Aytən Qasımovanın rəhbərlik etdiyi QHT “Mədəni İnkişafa Dəstək” İctimai Birliyi adlanıb. Bu haqda üç gün əvvəl yazmışıq…(Bu linkdən oxuya bilərsiniz: https://yenixeber.org/manset/192159-ayg%C3%BCn-%C9%99liyevan%C4%B1n-prezidentin-sabiq-m%C9%99tbuat-katibin%C9%99-%E2%80%9Cdostluq-s%C9%99daq%C9%99ti%E2%80%9D-%E2%80%93.html

Ramiz Mehdiyevin media və QHT sektorundakı tərəfdarları heç də kiçik olmayan siyahıda sıralanır. Bunlar ya Mehdiyevin göstərişi, ya da xeyir-duası ilə bu cameədədirlər. Və aidiyyatı dövlət orqanlarının bu istiqamətdə araşdırması vacib görünür…/yenixeber.org

PAYLAŞIN:

Continue Reading

Previous: Həkimlər xəbərdarlıq edir: Bu məşhur vitamin yuxuya mənfi təsir göstərə bilər
Next: İcra başçısı və müavinləri saxlanıldı – DTX əməliyyat keçirib

OXŞAR MÖVZULAR

ferqane-asia

Mülkümü “REKET”LƏR ƏLİMDƏN ZORLA ALIR, ölümlə TƏHDİD EDİLİRƏM -Fərqanə Abbasovadan ŞOK ŞİKAYƏT

admin 20/04/2026
esedov

Əli Əsədovun biznes və tikinti imperiyası…

admin 17/04/2026
natiq-şam2

Kağız üzərində təhsil və paralel iş qalmaqalı

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.