Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 31
  • Doğum azalır, narahatlıq artır: Müəllimlərin gələcəyi necə olacaq?

Doğum azalır, narahatlıq artır: Müəllimlərin gələcəyi necə olacaq?

admin 31/10/2025
xankendi mekteb
“Statistik proqnozlara görə, 2026–2030-cu illər arasında birinci sinfə qəbul ediləcək uşaqların sayı hazırkı göstəricidən təxminən 10–15 faiz az olacaq. Bu, gələcəkdə müəllimlərin sayında tənzimləmə və ixtisar ehtimalını artırır”.
Bunu açıqlamasında təhsil eksperti Kamran Əsədov Azərbaycanda doğum səviyyəsinin azalmasının gələcəkdə müəllimlərin ixtisarına səbəb ola biləcəyi sualına cavabında deyib.
O bildirib ki, doğum səviyyəsindəki bu azalma gələcəkdə məktəb, müəllim və ümumilikdə təhsil infrastrukturunun yenidən optimallaşdırılmasını tələb edəcək:
“Hazırda Azərbaycanda 150 minə yaxın müəllim fəaliyyət göstərir. Əgər hər il orta hesabla 14–15 min az uşaq məktəbə gedəcəksə, 10 ildən sonra ibtidai və əsas təhsil səviyyəsində 10–12 min müəllimin artıq qalması mümkündür. Bu isə dövlətin kadr siyasətində çevik qərarlar qəbul etməsini tələb edəcək. Lakin burada ixtisar yox, yenidən yönləndirmə və ixtisasartırma mexanizmlərinin tətbiqi daha məqsədəuyğundur”.
Ekspertin fikrincə, azalma təkcə məktəblərə deyil, ali təhsil, peşə təhsili və elmi-tədqiqat sektoruna da mərhələli şəkildə təsir göstərəcək.
“Əgər 2023-cü ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında 90 min abituriyent iştirak etmişdisə, 2030-cu ilə qədər bu sayın 60–65 minə enəcəyi gözlənilir. Bu, universitetlərin maliyyə dayanıqlığına, professor-müəllim heyətinin sayına və elmi potensialın yenilənməsinə ciddi təsir göstərəcək”.
Kamran Əsədov hesab edir ki, doğum səviyyəsinin azalması fonunda gələcəkdə doktorantura və tədqiqat proqramlarına müraciət edən gənclərin sayında azalma kadr qıtlığını dərinləşdirə bilər:
“Peşə və orta ixtisas təhsili sektorunda da oxşar vəziyyət formalaşır. 2024-cü ildə ölkədə peşə təhsili müəssisələrində təhsil alanların sayı 32 min nəfər olub, bu da ümumi təhsilalanların cəmi 2 faizinə bərabərdir. Əgər demoqrafik azalma tendensiyası davam edərsə, peşə məktəblərinə qəbul edilənlərin sayı daha da azalacaq, bu isə sənaye və texniki sektorun insan resurslarını məhdudlaşdıracaq.
Belə halda, Elm və Təhsil Nazirliyinin son illərdə başladığı peşə təhsilinə marağın artırılması, “PeşəFest”, “Skills Azerbaijan” kimi təşəbbüslər və əmək bazarı ilə inteqrasiyanı gücləndirmə siyasəti xüsusi əhəmiyyət daşıyır”.
Ekspert qeyd edib ki, əgər bu proses davamlı xarakter alarsa, bəzi təhsil müəssisələri boş qala bilər:
“Regionlarda məktəb şəbəkəsi daralacaq və bu da bəzi kəndlərdə məktəblərin bağlanmasına və müəllimlərin miqrasiyasına səbəb ola bilər. Bu vəziyyətin qarşısını almaq üçün dövlət tərəfindən regional təşviq mexanizmləri – məsələn, kənd müəllimlərinə əlavə maliyyə dəstəyi, mənzil proqramları və xidmət stajının artırılması kimi tədbirlər həyata keçirilməlidir. Lakin mənfi təsirlərlə yanaşı, bu prosesin müsbət tərəfləri də var. Siniflərin seyrəlməsi tədrisin keyfiyyətinə müsbət təsir göstərəcək. Əgər 2000-ci illərdə bir sinifdə 30–35 şagird təhsil alırdısa, indi bəzi bölgələrdə bu rəqəm 15–18-dir. OECD standartlarına görə, kiçik siniflərdə tədris daha məhsuldar sayılır. Bu da müəllim–şagird münasibətlərinin daha fərdi, psixoloji və pedaqoji baxımdan dərin qurulmasına şərait yaradır”.
Kamran Əsədov vurğulayıb ki, doğum səviyyəsindəki azalma Azərbaycan təhsil sisteminə həm təzyiq, həm də fürsət yaradır:
“Təzyiq – çünki gələcəkdə şagird və tələbə kontingenti azalacaq, bu da kadr və struktur dəyişikliklərini qaçılmaz edəcək.
Fürsət – çünki sistemin optimallaşdırılması, keyfiyyətin artırılması və resursların yenidən bölgüsü üçün yeni imkanlar açılır.
Elm və Təhsil Nazirliyinin bu sahədə həyata keçirdiyi təhsil şəbəkəsinin optimallaşdırılması, region məktəblərinin klasterləşdirilməsi, müəllimlərin yenidən ixtisaslaşdırılması və peşə təhsilinin gücləndirilməsi siyasəti bu reallıqlara adekvat cavabdır. Dövlətin strateji yanaşması bundan sonra miqdar yox, keyfiyyət prinsipinə əsaslanmalıdır. Azalan uşaq sayı daha çox investisiyanın hər bir şagirdin fərdi inkişafına yönəlməsi üçün tarixi imkan yaradır. Bu, gələcəkdə həm təhsilin, həm elmin, həm də ümumilikdə insan kapitalının keyfiyyət göstəricilərini yüksəldəcək”.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2015-ci ildə ölkədə 166 210 uşaq doğulub. Sonrakı illərdə bu rəqəm ardıcıl şəkildə azalıb:
* 2019-cu ildə – 141 179,
* 2020-ci ildə – 126 571,
* 2021-ci ildə – 112 284,
* 2022-ci ildə – 122 846,
* 2023-cü ildə – 112 620,
* 2024-cü ildə isə cəmi 102 310 körpə dünyaya gəlib.
Azalma 2025-ci ildə də davam edir: yanvar–avqust ayları ərzində Azərbaycanda 63 698 uşaq doğulub – bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 431 nəfər az deməkdir.
Gələn tədris ilində birinci sinfə təxminən 14 min az uşaq gedəcək./qaynarinfo.az
PAYLAŞIN:

Continue Reading

Previous: “Bu, Putin üçün yaxşı bitməyəcək” – Zelenski
Next: Şahin Bağırovun göstərişinə işçisi Tural Həsənli əməl etmədi – DGK-da nə baş verir?

OXŞAR MÖVZULAR

28may

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur

admin 28/05/2026
bayram_qurban_1211646

Azərbaycanda Qurban bayramı qeyd olunur

admin 27/05/2026
b95b8252aea94a52217e7a7839d12d68_284822736_0_91_3078_1822_1920x0_80_0_0_4404ed5b9fa9e56e258d5bc2e8904d50.jpg

Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu

admin 26/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.