Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 31
  • Həbs edilən başçı kimlərin pulunu xaricə daşıyıb? – Balakən əməliyyatında sensasion Gürcüstan detalı

Həbs edilən başçı kimlərin pulunu xaricə daşıyıb? – Balakən əməliyyatında sensasion Gürcüstan detalı

admin 31/10/2025
balaken-gergia

 

Proseslər sürətlə bir-birini əvəz edir. Təmizləmə əməliyyatı özünəməxsus aparılır. Ramiz Mehdiyevə elan olunan ağır ittihamların ardınca bir ucqar rayonun icra başçısı xüsusi əməliyyatla saxlanıldı. Dövlət Təhlükəsizlik Xidməti (DTX) Balakəndə əməliyyat keçirərək icra başçısı İslam Rzayevi qandallayaraq “içəri” atdı.

Sual oluna bilər: İslam Rzayev hara, Ramiz Mehdiyev hara? Nə əlaqə? Media dərhal bunların arasındakı ortaq bağın Rusiya amili olduğunu yazdı. Ekspertlər də bu xətti müdafiə etdi. İctimai rəy dərhal bu amilə isti yanaşdı və inandı. Balakən Azərbaycanın şimal-qərbində yerləşdiyi üçün burdan Rusiya ilə xəyali bağlantı qurulması asandır axı. Bir neçə ay öncə Qaxın icra başçısı da DTX tərəfindən həbs ediləndə ictimaiyyət onun Rusiya ilə əlaqəsindən şübhələnirdi.

Amma fikrimizcə, bu, aysberqin görünən tərəfidir. Alt qatlarda başqa amillərin dayandığını əsla istisna etmək olmaz.

Məsələ yalnız siyasi olmaya bilər. Balakən Gürcüstanla sərhəddə yerləşir. Mümkündür ki, bu rayon ərazisindən qanunsuz daşımalar, transferlər həyata keçirilib: Azərbaycandan çirkli pulların çıxarılıb, Avropaya, başqa istiqamətlərə daşınıb. Artıq belə rəylər var ki, İslam Rzayev bu məsələdə özünə yaxın olan oliqarxlara, bəzi sabiq və hazırkı vəzifə sahiblərinə kömək edib. Bu da xüsusi xidmət orqanlarının diqqətindən yayınmayıb.

İslam Rzayevin uzun illər neft sektorunda, qaz təsərrüfatında yüksək vəzifələrdə çalışması, maliyyə sektorunda rəhbər postlarda işləməsi neft-qaz sənayesinin hazırkı və keçmiş oliqarxlaşmış nümayəndələri ilə yaxşı münasibətlərdə olduğunu deməyə əsas verir. Artıq bununla bağlı ortada iddialar dolaşır.

ramiz mehdiyev 9

Hadisələr irəlilədikcə, ortaya çox dəhşətli faktlar çıxır. Hələ rəsmi açıqlama, məlumat, statistika yoxdur, buna baxmayaraq anlaşılan odur ki, ölkənin iqtisadiyyatı bu soyğunçu dəstələr tərəfdən darmadağın edilir. Paralel idarəçilik, “kölgə iqtisadiyyatı” yaradıb, özləri üçün nəhəng maliyyə imperiyaları qurublar. Olduqca böyük kapitala, səlahiyyətə, çevrəyə sahib olan bu oliqarxik qrup dövlət üçün ciddi başağrısına çevrilib. Bu yerdə yada 2013-cü ilin dekabrında Türkiyədə yaşananlar düşür. O vaxt FETÖ ilk dəfə öz varlığını göstərdi. Əvvəlcə gücünü inzibati və hüquqi müstəvidə nümayiş etdirməyə çalışdı. Üzərindən 2 il 6 ay keçmiş ortaya hərbi güc qoydu. Çevriliş etməyə təşəbbüs göstərdi. Azərbaycan dövlətinin gücü, Prezident İlham Əliyevin iradəsi bu perspektivi istisna edir. Lakin ortada olan gerçəklik, son əməliyyatlar cəmiyyətdəki rahatsızlığı tətikləyir.

Son 20 ildə Azərbaycana gələn neft milyardları xeyli sayda insanın həyatını yaxşıya doğru dəyişdi. Ölkənin təbii sərvətlərindən milyonlar, milyardlar qazanan qruplar yarandı. Neft-qaz bumu nəticəsində əhalinin maddi rifah halı yaxşılaşdı, paraleldə qanunsuz mənimsəmələrin miqyası da ilbəil artdı. Yeni təbəqə yarandı, onlar hakimiyyət strukturunda möhkəmləndi. Zaman keçdikcə bu adamlar özlərini güc sahibi hesab etməyə başladı. Dövlətə əzələ nümayiş etdirmək kimi xam xəyallara düşdülər. Pul o qədər çoxdur, imkan o qədər genişdir, gözləri ayaqlarının altını seçmir.

Azərbaycanda bir neçə dəfə oxşar hadisələr yaşanıb. 1993, 1994, 1995, 2005-ci illərdə hakimiyyətdə təmsil olunan bir neçə qrup iqtidar olmaq təşəbbüsü göstərib. Onlar hakimiyyəti zorla devirib, konstitusion quruluşu dəyişdirib hakimiyyətə gəlmək istəyib. Amma hər dəfə dövlətin iradəsi qalib gəlib. Pərən-pərən düşüblər.

1993-95-ci illərdəki çevriliş cəhdləri sırf siyasi və hərbi fiqurların müşayiəti ilə gerçəkləşdirilirdi. 2005-ci ildəki təşəbbüsdə isə Azərbaycanda yenicə formalaşan oliqarxiya bu işi həyata keçirməyə təşəbbüs göstərdi. Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev ölkədə oliqarxiyanın ilk nümayəndələrindən sayılırdı. O qədər varlanmışdı, o qədər geniş səlahiyyətlərə sahiblənmişdi, nazir kabineti ona dar gəlməyə başlamışdı. Prezident  olmaq eşqinə düşmüşdü.

eli insanov

Əli İnsanov

Sabiq səhiyyə naziri Əli İnsanov da vəzifədə olduğu dövrdə xeyli var-dövlət toplamışdı. Dövlət vəzifəsinin verdiyi imkanları özünün şəxsi gücü, nüfuzu bilib, yanlış xəyallara düşmüşdü. Sonu necə bitdi, hər kəs gördü. Fərhad Əliyev türmədən çıxandan sonra gözdən itdi. Ortada boy göstərmədi. Reallıqla barışıb, kənara çəkildi. Bununla həm də abrını qorudu. Əli İnsanov isə psixoloji və mənəvi müvazinətini hələ də toparlaya bilmir. Elə sarsılıb, balansı o dərəcədə itirib ki, ziddiyyətli bəyanatlar verir – bu yaşda özünü lağ-lağı, gülüş hədəfinə çevirir…

Belə klanlar, dəstələr milli təhlükəsizliyə, sabitliyə ciddi təhdid yaradır. Könüllərindən dövləti ələ keçirmək, konstitusiya quruluşunu dəyişdirmək keçir. Elə bilirsiniz, Ramiz Mehdiyev o boyda prosesi təkbaşına aparıb? Yalnız özü hazırlaşıb dövlət çevrilişinə? Əsla! Onun güc aldığı qüvvələr var. Ondan güc alan gizli qüvvələr mövcuddur ölkədə!

Ona görə də dövlət maliyyə axınlarına nəzarəti gücləndirməlidir. Evini kirayə verən, xaricdən telefon gətirən, taksi fəaliyyəti ilə məşğul olan, orta statistik maaş alan Azərbaycan vətəndaşını vergi atəşinə tutunca, milyardları mənimsəyən, hələ də bu dəhşətli əməlləri davam etdirən oliqarxların, onların oğul-uşaqlarının dövlətdən oğurladıqlarını tapıb, büdcəyə qaytarmaq daha vacib və sərfəlidir. Vətəndaşın qəpik-quruşundan bir şey olmaz, korrupsionerlərin qanunsuz mənimsədikləri milyardları aşkarlamaq dövlətə, millətə daha faydalıdır. Necə deyərlər, qaçanı qovmaq lazımdır.

Məmurların nəzarətindəki tender tələsini sındırmağım zamanı çoxdan çatıb. Dövləti soyurlar açıq-aşkar. Nazirin, komitə sədrinin, agentlik rəhbərinin, deputatın, icra başçısının oğlunun şirkəti yüz milyonlarla tenderin qalibi olur. Özü də hər il, hər hərracda! Bunun qarşısını almaq çoxmu çətindir?!

Bu adamlar üzdə mövcud hakimiyyəti, Azərbaycanın maraqlarını müdafiə etdiklərini deyirlər, arxa planda tamam başqa niyyətlər üçün çalışırlar.

Dövlət başlatdığı və getdikcə sürətləndirməkdə olduğu bu prosesi uğurla başa çatdırsa, ciddi nəticələr görmək olacaq. Əks təqdirdə, böhran dərinləşəcək, bu qüvvələr daha da güclənəcək./globalinfo.az

PAYLAŞIN:

Continue Reading

Previous: Notarius Ramiz Hümmətov qardaşı oğlu ilə əlbir olaraq yazıçının keçmiş həyat yoldaşına məxsus mülkü və pulu ələ keçiriblər
Next: Brüsselin davam edən sükutu– “Azərbaycan diqqətini digər maliyyə mənbələrinə yönəldə bilər”

OXŞAR MÖVZULAR

imtahan-yeni

Keçid balları ilə bağlı abituriyentlərə şad xəbər

admin 22/04/2026
manat_180215

Azərbaycanda nə qədər insan ünvanlı sosial yardım alır? – Nazir açıqladı

admin 22/04/2026
azenerqo

“Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb

admin 21/04/2026

XƏBƏR LENTİ

  • Qiymətlər “od tutub yanacaq” 22/04/2026
  • Keçid balları ilə bağlı abituriyentlərə şad xəbər 22/04/2026
  • Azərbaycanda nə qədər insan ünvanlı sosial yardım alır? – Nazir açıqladı 22/04/2026
  • Qalibaf yox dedi, Xamenei razılaşdı: Tehranda nə baş verir? – VİDEO 22/04/2026
  • ABŞ kəşfiyyatı: İran hərbi gücünün böyük hissəsini qoruya bilib 22/04/2026
  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.