Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 31
  • Notarius Ramiz Hümmətov qardaşı oğlu ilə əlbir olaraq yazıçının keçmiş həyat yoldaşına məxsus mülkü və pulu ələ keçiriblər

Notarius Ramiz Hümmətov qardaşı oğlu ilə əlbir olaraq yazıçının keçmiş həyat yoldaşına məxsus mülkü və pulu ələ keçiriblər

admin 31/10/2025
ramiz-notarius
Yazıçı-publisist Murad Köhnəqala Ali Məhkəmə və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova açıq məktub yazıb.
 O, məktubda keçmiş həyat yoldaşının dələduzluqla üzləşdiyi, lakin Azərbaycan məhkəmələrinin bu işə dırnaqrası yanaşdığından bəhs edib. Məktubu təqdim edirik:”Keçmiş həyat yoldaşım Zərəngiz Qasımovanın Abşeron rayonu, Məmmədli qəsəbəsində 0.03 ha çıxarışlı torpaq sahəsi olub. Torpaqla qonşu olan Hümmətov İlkin Eldar oğlu Z. Qasımovaya və oğluma dəfələrlə zəng edərək həmin torpağı almaq istədiyini bildirirdi. Lakin dəyərindən ucuz qiymət təklif etdiyi üçün hər dəfə imtina cavabı alırdı. Bir müddət sonra İlkin Hümmətov oğluma zəng edərək torpağı evlə dəyişməyi təklif edib. Z.Qasımova oğlumla birgə özünü İlkin Hümmətovun dostu kimi təqdim edən və torpağı öz həyət evi ilə dəyişmək istəyən Dövlətov Cavanşir Duvangir oğlunun təklifi ilə onun Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 0.25 ha torpaq sahəsində tikilmiş həyət evinə baxmağa gediblər. Oğlumgil evi bəyənib, öz torpaq sahələri ilə dəyişməyə razılaşıblar. İlkin Hümmətov alqı-satqı üçün hər iki tərəfi doğma əmisi Ramiz Hümmətovun notarius rəisi işlədiyi Binədə yerləşən 31 saylı Notariat Kontoruna gətirib. Dəyişdirmə prosesində Cavanşir Dövlətov şəxsən özü yox, onun səlahiyyətli nümayəndəsi İbrahimov Teymur iştirak edib. Cavanşir öncədən Zərəngiz Qasımovaya Məmmədli qəsəbəsindəki ona məxsus 3 sot torpağı özünün yox, İlkin Hümmətovun həyat yoldaşı Hümmətova Gülüstan Bəşir qızının adına keçirməyi təklif edib. Cavanşir buna səbəb kimi İlkinə pul borcu olduğunu göstərib. İlkin də bunu təsdiq edib. Alqı-satqı prosesindən dəqiq anlayışı olmayan Z. Qasımova heç nədən şübhələnməyərək onların dedikləri ilə razılaşıb. 31 saylı Noitariat Kontorunun rəisi, İlkinin əmisi Ramiz Hümmətov Z. Qasımovadan simvolik alqı-satqı prosesində iştirak etməyi xahiş edib. Belə ki, Ramiz Hümmətov Zərəngiz Qasımovaya 6 min manat verərək, pulu kamera altında saymağı təklif edib. Zərəngiz Qasımova heç nədən şübhələnməyərək həmin məbləği sayıb və çəkiliş bitdikdən sonra Ramiz Hümmətov pulu ondan geri alıb. Beləliklə, əvvəlcədən düşünülmüş “senari” baş tutub. 27.09.2022-ci il tarixdə Qasımova Zərəngiz ona məxsus torpağı guya, Gülüstan Hümmətovaya 6 min manata “satıb”. Əvəzində isə Cavanşir Dövlətovun Biləcəri qəsəbəsində ona göstərdiyi mənzili “alıb”. Az müddətdən sonra məlum olur ki, 31 saylı Notariat Kontorunun rəisi Ramiz Hümmətovun təsdiq edib möhür vurduğu alqı-satqı müqaviləsindəki Dövlətov Cavanşirə məxsus göstərilən ev tamamilə başqa şəxsə məxsusdur. Beləliklə, Notariat kontorunun rəisi Ramiz Hümmətov, onun qardaşı oğlu İlkin Hümmətov və fırıldaqçı Cavanşir Dövlətov əlbir olub keçmiş həyat yoldaşım Zərəngiz Qasımovanın 3 sot torpağını dələduzluq yolu ilə əlindən alırlar. Bundan əlavə, Zərəngiz Qasımova dəfələrlə evin təmiri üçün bank hesabı vasitəsilə Cavanşir Dövlətovun həyat yoldaşının adına pul vəsaitləri göndərib. Göndəriş çekləri zərərçəkəndədir.  Zərəngiz Qasımova aldadıldığını başa düşəndə polisə müraciət edib. Araşdırma zamanı məlum olub ki, o, Cavanşir Dövlətovun yeganə qurbanı deyil. Belə ki, Cavanşir dələduzluq və fırıldaq yolu ilə bir neçə vətəndaşı aldadaraq pulunu və əmlakını mənimsəyib. “Cavanşir Dövlətov işi” ilə bağlı Abşeron Rayon məhkəməsində hakim Cəmilə Səfiyevanın sədrliyi ilə 15.04.2025 və 30.04.2025-ci il tarixlərdə iki məhkəmə prosesi keçirilib. Lakin təqsirləndirilən şəxs məhkəmə iclaslarının heç birində iştirak etmədiyindən məhkəmə Cavanşir Dövlətov barəsində axtarış elan edib. Polis idarəsindən Z. Qasımovaya bildirilib ki, Cavanşir Dövlətov bəzi zərərçəkənlərə vurduğu ziyanı ödəyib. Lakin Zərəngiz Qasımovaya bu günədək heç bir məbləğ ödənilməyib, üstəlik, yeganə əmlakı olan 3 sot torpağı da əlindən alınıb və geri qaytarılmır.
 Hörmətli İnam müəllim! Doğrudanmı, Azərbaycan məhkəməsinin indiyədək Cavanşir Dövlətov kimi bir fırıldaqçını həbs etməyə, onunla əlbir olan İlkin Hümmətovu və bilərəkdən saxta sənədlərlə “alqı-satqı” rəsmiləşdirən Notarius rəhbəri Ramiz Hümmətovu ədalət kürsüsündə sorğu-sual etməyə gücü çatmır?  Sizdən bu ədalətsizliyə son qoyulmasını, övladlarıma məxsus 3 sot torpağın geri qaytarılmasına köməklik göstərməyinizi xahiş edirəm”./ “Azərbaycan Reallığı” 
PAYLAŞIN:

Continue Reading

Previous: Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaya görə cəza dəyişir
Next: Həbs edilən başçı kimlərin pulunu xaricə daşıyıb? – Balakən əməliyyatında sensasion Gürcüstan detalı

OXŞAR MÖVZULAR

ferqane-asia

Mülkümü “REKET”LƏR ƏLİMDƏN ZORLA ALIR, ölümlə TƏHDİD EDİLİRƏM -Fərqanə Abbasovadan ŞOK ŞİKAYƏT

admin 20/04/2026
esedov

Əli Əsədovun biznes və tikinti imperiyası…

admin 17/04/2026
natiq-şam2

Kağız üzərində təhsil və paralel iş qalmaqalı

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Qiymətlər “od tutub yanacaq” 22/04/2026
  • Keçid balları ilə bağlı abituriyentlərə şad xəbər 22/04/2026
  • Azərbaycanda nə qədər insan ünvanlı sosial yardım alır? – Nazir açıqladı 22/04/2026
  • Qalibaf yox dedi, Xamenei razılaşdı: Tehranda nə baş verir? – VİDEO 22/04/2026
  • ABŞ kəşfiyyatı: İran hərbi gücünün böyük hissəsini qoruya bilib 22/04/2026
  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.