Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Noyabr
  • 4
  • Ermənilər sərhəddə bunkerlər tikir – nəyin hazırlığı?

Ermənilər sərhəddə bunkerlər tikir – nəyin hazırlığı?

admin 04/11/2025
serhed-az-arm

Elxan Şahinoğlu: “Münaqişənin alovlanma riskinin böyük olduğunu hesab etmirəm, amma…”

Ermənistanın Tavuş vilayətində yeni hərbi aktivlik müşahidə olunur. Silahlı qüvvələrə yeni silahlar verilir, bölgədə bunkerlərin tikintisi aparılır və çox böyük, bahalı hərbi infrastruktur layihələri həyata keçirilir. Bu barədə Ermənistan İctimai Şurasının üzvü Sosi Tatikyan “Haykakan Jamanak” nəşrinə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, Ermənistan baş naziri Nikol Paşinyanla birlikdə Tavuşun Kirants qəsəbəsinə səfər edən İctimai Şura üzvləri yeni silah nümunələri və müdafiə məqsədli tikililərlə tanış olublar: “Təkcə Kirantsda aparılan işlərlə deyil, həm də Ermənistan Silahlı Qüvvələri üçün alınmış və ölkə daxilində istehsal olunan bəzi silahların nümunələri ilə tanış olduq. Çox böyük, nəhəng və baha başa gələn iş aparılır”.

O, bu işlərin “sırf Ermənistan ərazisinin müdafiəsi üçün” aparıldığını iddia edib.

Xatırladaq ki, Paşinyan oktyabrın 25-də Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətinin Kirants qəsəbəsinə səfər etmişdi. Maraqlıdır ki, baş nazir daha əvvəl dəfələrlə bəyan etmişdi ki, “müharibə olmayacaq” və sülh sazişinin mətni artıq paraflanıb. Amma reallıqda Ermənistan tərəfi həm silahlanmanı gücləndirir, həm də sərhəddə bunker tipli istehkamlar qurur. Bütün bunlara “müdafiə tədbirləri” adı verilməsi isə çoxsaylı suallar doğurur.

Azərbaycan Ordusunun heç bir hücum və hərbi eskalasiya planı yoxdur. Bakı açıq şəkildə sülh prosesinin sürətləndirilməsinin tərəfdarıdır. Azərbaycan artıq öz ərazi bütövlüyünü tam bərpa edib və bundan sonra Ermənistanın üzərinə düşən sonuncu öhdəliyi, sülh sazişini imzalamağı gözləyir.

Yəni Azərbaycanın öz suveren sərhədlərindən kənarda hərbi əməliyyat keçirmək niyyəti yoxdur. Hətta bir müddət öncə Ermənistan mətbuatında yayılan “Zəngəzur güc yolu ilə açılacaq” kimi təbliğat nağılları da blef çıxdı. 8 avqustda əldə edilən razılaşmaya əsasən, kommunikasiya xəttinin “Tramp yolu” adlanan alternativ marşrutla açılması planlaşdırılır.

Bu şəraitdə Ermənistanın sərhəddə bunkerlər tikməsi haqlı olaraq suallar doğurur: Münaqişənin yenidən alovlanması riski varmı? Ermənistan rəhbərliyi kimdən qorxur və nəyə hazırlaşır? Bunkerlər hansı məqsədlə və hansı vəsait hesabına inşa olunur?

Erməni mətbuatında bu barədə müxtəlif iddialar səslənir. Bəzi nəşrlər bunu “daxili təhlükəsizlik tədbirləri” kimi təqdim edir, digərləri isə Tavuş bölgəsindəki istehkamların psixoloji və siyasi mesaj daşıdığını yazır. Yəni Paşinyan hakimiyyəti bu yolla həm orduya, həm də cəmiyyətə “təhlükəsizik görüntüsü” yaratmaq istəyir.

Amma əslində bu addımlar sülh prosesinə zidd və regionda etimad mühitini zədələyən davranışlardır. Ermənistan hakimiyyəti “bunker siyasəti” ilə öz qorxularını gizlətməyə çalışsa da, fakt budur ki, bu cür hərbi ritorika və istehkamlaşma siyasəti Cənubi Qafqazda gərginliyin azaldılmasına deyil, əksinə, onun dərinləşməsinə xidmət edir.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

 Elxan Şahinoğlu 

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu danışıb: “Münaqişənin alovlanma riskinin böyük olduğunu hesab etmirəm. Yəni ermənilər və Ermənistan böyük dərs aldı. Biz işğala son qoyduq, Ermənistan böyük zərbə aldı, həm canlı itki verdi, həm də hərbi texnikasının bir qismini ələ keçirdik, bir qismini məhv etdik. Bu, qısamüddətli dərs oldu. Uzunmüddətli təsirini demək çətindir, amma ən azı 20-30 illik dərs oldu: əhali azalıb, hərbi büdcələri də gələn il üçün azaldılacaq.

Amma bu bunkerlərin tikilməsi həqiqətən də suallar doğura bilər. Bu suallara ikitərəfli müzakirələrdə cavab verilməlidir: məqsədləri nədir, nədən ehtiyat edirlər, nədən qorxurlar? Azərbaycana hücum planı varmı? Sərhədi möhkəmləndirmək düşüncəsindədirmi? Bunları tikməklə sərhəd möhkəmlənə bilərmi? Belə söhbətlərə Ermənistan rəsmlərinin cavab verməsi yerində olardı. Əminəm ki, Azərbaycan rəsmiləri ilə dialoq davam edir, xarici işlər nazirlikləri arasında e-mail yazışmaları da var. Bu suallar əlbəttə ki, onlara yönəldilə bilər. Ermənistan deyə bilər ki, bu, onların daxili məsələsidir, amma bunkerlərin sərhəddə tikilməsi artıq yalnız daxili məsələ deyil. Əgər hərbi büdcələri azaldılıbsa, bunkerlərin tikilməsinin maliyyələşdirilməsi necə izah ediləcək? Hansı büdcədən vəsait ayrılıb? Yəni İrəvanın rəsmi açıqlamasına ehtiyac var.

Başqa tərəfdən, ola bilər ki, bu, dezinformasiya xarakteri daşıyır. Belədirsə, məlumatın təsdiqi və izahı Ermənistandan tələb olunur”./musavat.com

PAYLAŞIN:

Continue Reading

Previous: Nazirlikdən repetitorlarla bağlı səs-küylü hazırlıq
Next: Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

OXŞAR MÖVZULAR

azal-mbraer

Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ)

admin 15/04/2026
usa-iran-fl

ABŞ və İran razılaşmadı: bundan sonra nə baş verə bilər?

admin 13/04/2026
putin-zl

“Putinin çıxışı bu niyyətləri bir daha ifşa etdi…” – “Rusiya Qarabağı “unutmursa”, Bakıda da Şimali Qafqazı xatırlayacaqlar”

admin 10/04/2026

XƏBƏR LENTİ

  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.