Skip to content
01/06/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Noyabr
  • 4
  • Nazirlikdən repetitorlarla bağlı səs-küylü hazırlıq

Nazirlikdən repetitorlarla bağlı səs-küylü hazırlıq

admin 04/11/2025
orta-mktb

Müəllimlərin əməkhaqqının dərs deyil, iş saatına uyğunlaşdırılması gözlənilir; bu təklif təhsil ictimaiyyətində ajiotaj yaradıb – ekspert hesab edir ki…

Elm və Təhsil Nazirliyi yaxın günlərdə repetitorlarla bağlı təkliflərlə çıxış edəcək. Bunu nazir müavini İdris İsayev Milli Məclisin plenar iclasında “Ümumi təhsil haqqında” Qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib. İsayev qeyd edib ki, bundan əlavə, müəllimlərin əməkhaqqının dərs saatına deyil, iş saatına uyğunlaşdırılması kimi məsələləri həll etmək üçün təkliflər də mövcuddur. Nazirlik rəsmisinin bu açıqlamaları təhsil ictimaiyyətində səs-küy doğurub, sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Ekspert Elçin Əfəndi təhsillə bağlı suallara aydınlıq gətirib - ARB24 (Nə  baş verir?)

Elçin Əfəndi

Mövzu ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, repetitorlarla bağlı müəyyən təkliflər əsasən onların sayının müəyyən qədər azaldılmasına yönəlib. “Hesab edirəm ki, hazırda ilk növbədə adambaşına maliyyələşmə mexanizminin tətbiqi, o cümlədən əməkhaqqının konkret dərs saatına görə deyil, iş saatına əsasən müəyyənləşdirilməsi məsələsi bu prosesin yalnız görünən tərəfidir. Çünki adambaşına maliyyələşmə mexanizmi tətbiq olunduqda müəllimlərə daha yüksək əməkhaqqı verilməsi və iş saatına görə maaş hesablanması onların məktəbdə, məsələn, saat 17:00-18:00-a qədər qalmasını tələb edəcək. Bu da öz növbəsində repetitorluq fəaliyyətinin müəyyən qədər qarşısını ala bilər”, – ekspert bildirib.

Ekspert həmçinin vurğulayıb ki, ümumilikdə repetitorluq fəaliyyətini tamamilə aradan qaldırmaq mümkün deyil: “Bunun üçün daha radikal, sistemli və sərt qərarların qəbuluna ehtiyac var. Ümumilikdə isə Elm və Təhsil Nazirliyi tərəfindən görülən işlər, eləcə də irəli sürülən təkliflər onu göstərir ki, repetitorluqla bağlı problemin müəyyən qədər həllinə yönəlmiş addımlar atılır”.

Nazirlik repetitor institutunu sıradan çıxarmağa hazırlaşır, yoxsa bu yöndə süni maneələr yaradır? Təkliflər reallaşa bilərmi?

Sertifikasiya təhsilin inkişafına yönəlmiş addımdır” – Kamran Əsədov |  AzEdu.az

Kamran Əsədov 

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı fikrini bölüşüb: “Repetitor fəaliyyəti ilə bağlı yeni təkliflərin hazırlanması və müəllim əməyinin dərs saatına deyil, iş saatına əsasən hesablanması – Azərbaycan təhsil sistemində keyfiyyət, ədalət və effektivlik baxımından dönüş yarada biləcək strateji qərarlardan biridir. Bu yanaşma həm sosial, həm pedaqoji, həm də iqtisadi baxımdan təhsilin mövcud struktur problemlərinin dərin təhlilinə əsaslanır. Nazirliyin bu məsələyə yalnız inzibati deyil, sistemli və konseptual baxışla yanaşması müsbət və mütərəqqi addımdır. Uzun illərdir ki, Azərbaycanda repetitorluq məktəbdən ayrılmış paralel bir təhsil məkanı kimi formalaşıb. Tədqiqat və təhlillərimə görə, 2024-cü ildə ölkədə orta təhsil pilləsində təxminən 1.6 milyon şagirdin azı 80 faizi müxtəlif formalarda repetitor xidmətlərindən yararlanıb. Təhlillərimə görə, buraxılış və qəbul imtahanlarının nəticələri göstərir ki, repetitor dəstəyi alan şagirdlərin orta balı 280-320 aralığında olduğu halda, yalnız məktəb tədrisinə əsaslananların nəticələri 180-220 bal arasında dəyişir. Bu fərq məktəblərin tədris nəticələri ilə imtahan tələbləri arasındakı uyğunsuzluğu göstərir. Belə şəraitdə repetitorluq təkcə fərdi seçim deyil, sosial zərurət kimi qəbul edilir. Elm və Təhsil Nazirliyinin yanaşması bu vəziyyəti kökündən dəyişmək istiqamətindədir. Qanunvericilik baxımından “Ümumi təhsil haqqında” Qanunun 13-cü maddəsində göstərilir ki, təhsilalanın fərdi inkişafını təmin etmək üçün məktəbdə əlavə tədris, məsləhət və fərdi yanaşma imkanları yaradılmalıdır. Lakin bu müddəa real praktikada çox zaman həyata keçirilmir. Yeni təkliflər həmin hüquqi boşluğun doldurulmasına xidmət edir. Əgər müəllimin əməkhaqqı dərs saatına deyil, iş saatına əsaslanarsa, o zaman müəllim məktəbdə yalnız tədris deyil, həm də fərdi hazırlıq, konsultasiya və metodik işlərlə məşğul ola biləcək. Bu isə həm tədrisin keyfiyyətini artıracaq, həm də repetitorluğa olan tələbatı azaldacaq”.

Mütəxəssis deyir ki, beynəlxalq təcrübə bu istiqamətdə mühüm nümunələr təqdim edir:  “Finlandiyada müəllimlər 8 saatlıq iş rejimində fəaliyyət göstərir, bunun yalnız 3-4 saatı sinifdə dərs, qalanı isə şagirdlərlə fərdi iş, metodik hazırlıq və peşəkar inkişaf üçün ayrılır. Nəticədə, orada repetitorluq anlayışı demək olar ki, mövcud deyil. Sinqapurda müəllimlər illik əməkhaqqı sisteminə əsasən qiymətləndirilir və məktəbdə keçirilən əlavə dərslər rəsmi şəkildə ödənilir. Bu modeldə repetitorluğa sosial ehtiyac yaranmır, çünki məktəb təhsili həm məzmun, həm də ölçmə baxımından vahid strukturla idarə olunur. Azərbaycan da bu istiqamətdə addımlar ataraq tədris və qiymətləndirmə sistemini eyni strateji çərçivəyə salmağa çalışır ki, bu, müsbət və məqsədyönlü yanaşmadır. Repetitorluğun aradan qalxması yalnız qadağalarla deyil, sistemin keyfiyyətinin artması ilə mümkündür. Təhsil Nazirliyinin təklifi bu məntiqə əsaslanır. Bu gün repetitor bazarı təxminən 400 milyon manatdan artıq illik dövriyyəyə malikdir və bu vəsaitin böyük hissəsi nə vergi, nə də rəsmi uçot sistemində əks olunur. Bu isə həm dövlətin maliyyə resurslarını, həm də təhsil bərabərliyini zədələyir. Əgər bu potensial məktəblərin daxilinə yönəldilərsə – yəni məktəblər öz daxilində əlavə hazırlıq və dəstək proqramları təşkil edərsə – həm maliyyə şəffaflığı təmin olunacaq, həm də məktəbin cəlbediciliyi artacaq. Bu yanaşmanın sosial və pedaqoji müsbət tərəfləri çoxdur. Müəllimin iş vaxtı əsaslı əməkhaqqı sistemi onun statusunu yüksəldəcək, repetitor fəaliyyətinə olan maddi ehtiyacını azaldacaq və müəllim məktəbi əsas iş yeri kimi görəcək. Şagird üçün isə fərdi inkişaf imkanları məktəbdə təmin ediləcək, beləliklə, ailələrin üzərinə düşən maliyyə yükü azalacaq. Hazırda orta hesabla bir abituriyentin illik repetitor xərci 1200-1500 manat arasındadır. Bu, region ailələri üçün çox ağır göstəricidir”.

Kamran Əsədov onu da vurğulayır ki, təklifin həyata keçirilməsi bəzi struktur dəyişiklikləri də tələb edir: “Əvvəla, məktəblərin maddi-texniki bazası genişləndirilməli, dərs sonrası fəaliyyət üçün şərait yaradılmalıdır. İkincisi, DİM imtahanlarının məzmunu ilə məktəb proqramı arasında sinxronlaşdırma təmin edilməlidir. Çünki imtahan tələbləri daha mürəkkəb olduğu halda, məktəb tədrisi yalnız formal nəticə ilə məhdud qalır. Qəbul imtahanlarının strukturu sadələşdirilməli, kompetensiya əsaslı qiymətləndirmə tətbiq edilməlidir. Hazırda qəbul imtahanlarında 120 sualın 25-30%-i tətbiqi səviyyədə çətin suallardır və bu, bir çox şagird üçün psixoloji və metodik gərginlik yaradır. İmtahanların məzmunu daha çox məktəb proqramının reallığına uyğunlaşdırılarsa, repetitorluğa ehtiyac təbii şəkildə azalacaq. Elm və Təhsil Nazirliyinin yanaşması həm də sosial ədalət baxımından dəyərlidir. Hazırkı modeldə repetitorluğa imkanı olan şagird daha çox şans qazanır, digəri isə sistemin kənarında qalır. Yeni təklif bu fərqi azaltmaqla, bərabər, təhsil imkanlarını genişləndirə bilər. Bu, eyni zamanda “Azərbaycan 2030: sosial-iqtisadi inkişaf strategiyası”nın insan kapitalının gücləndirilməsi hədəfi ilə də uzlaşır”./musavat.com

PAYLAŞIN:

Continue Reading

Previous: Kreml Maduroya “Oreşnik” verir? – “Amerikalılar bəzi sürprizlərlə üzləşə bilərlər”
Next: Ermənilər sərhəddə bunkerlər tikir – nəyin hazırlığı?

OXŞAR MÖVZULAR

28may

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur

admin 28/05/2026
bayram_qurban_1211646

Azərbaycanda Qurban bayramı qeyd olunur

admin 27/05/2026
b95b8252aea94a52217e7a7839d12d68_284822736_0_91_3078_1822_1920x0_80_0_0_4404ed5b9fa9e56e258d5bc2e8904d50.jpg

Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu

admin 26/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.