Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Noyabr
  • 4
  • Kreml Maduroya “Oreşnik” verir? – “Amerikalılar bəzi sürprizlərlə üzləşə bilərlər”

Kreml Maduroya “Oreşnik” verir? – “Amerikalılar bəzi sürprizlərlə üzləşə bilərlər”

admin 04/11/2025
oreşn-pt

 

Kreml özü Ukraynada bataqlığa batmışkən, dünyada özünə oxşar rejimləri dəstəkləməkdə də çətinlik çəkir. Buna baxmayaraq, Kremlə yaxın dairələr arxasında çox zaman heç bir ciddi əməl durmayan bəyanatlar verməkdən çəkinmirlər.

Rusiya mərkəzi təbliğat kanallarının ən aqressiv və şovinist daimi qonaqlarından biri, Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlyov “Gazeta.Ru”-ya açıqlamasında deyib ki, Rusiya hazırda ABŞ ilə qarşıdurmada olan Venesueladakı rejimə silah tədarük edir. Hətta əlavə edib ki, “Oreşnik” raket sisteminin də Maduro hakimiyyətinə verilməsi istisna olunmur: “Dost bir ölkəyə “Oreşnik” kimi yeni silahların verilməsində heç bir maneə görmürəm”.

O, Rusiyanın Venesuelanın əsas hərbi-texniki tərəfdaşı olduğunu və ona “kiçik silahlardan təyyarələrə qədər demək olar ki, bütün silah çeşidini” tədarük etdiyini vurğulayıb.

Parlament üzvü qeyd edib ki, tədarükün həcmi və dəqiq növləri haqqında məlumatlar məxfi saxlanılır, buna görə də “amerikalılar bəzi sürprizlərlə üzləşə bilərlər”. O, əlavə edib ki, Rusiyanın “Su-30MK2” qırıcıları Venesuela Hərbi Hava Qüvvələrinin əsasını təşkil edir və ölkəni “bölgənin ən güclü aviasiya güclərindən birinə” çevirir.

Juravlyov həmçinin öz neft emalı zavodlarını belə qorumaq üçün HHM sistemləri tapa bilməyən Rusiyanın Venesuelaya guya “S-300VM” və bu yaxınlarda İl-76 təyyarəsi ilə “Pantsir-S1” və “Buk-M2E” sistemləri göndərdiyini iddia edib. O, beynəlxalq öhdəliklərin Moskvanın “Kalibr” sistemləri də daxil olmaqla müasir silahların Venesuelaya tədarükünü məhdudlaşdırmadığını vurğulayıb.

Bundan öncə “The Washington Post” qəzeti rəsmi Karakasın Moskvadan 14 zenit-raket sistemi, “Su-30MK2” qırıcı təyyarələrinin təmiri və yenilənməsi, səkkiz mühərrikin əsaslı təmiri, beş radarın təmiri və lojistik dəstək tələb etdiyini bildirmişdi. Nəşrin mənbələri həmçinin Venesuelanın müşahidə avadanlığı, GPS və uzun mənzilli dronların təchizatı da daxil olmaqla genişləndirilmiş hərbi əməkdaşlıq üçün Çin və İrana müraciət etdiyini iddia etmişdi.

Qeyd edək ki, ABŞ-nin bölgədəki hərbi fəaliyyəti avqust ayında Donald Tramp administrasiyası narkotik kartellərinə qarşı əməliyyatlar üçün Cənubi Karib dənizinə böyük bir qüvvə göndərməklə daha da gücləndi. Bu qüvvə hazırda 16.000 əsgərdən ibarətdir və səkkiz gəmi, bir nüvə sualtı qayığı, B-52 strateji bombardmançısı və F-35 qırıcı təyyarələrini əhatə edir.

Bundan əlavə, bölgəyə təyyarədaşıyan “Gerald R. Ford” və beş müşayiət gəmisi yerləşdirilib. Sentyabrın əvvəlindən bəri ABŞ Hərbi Dəniz Qüvvələri, Tramp administrasiyasının məlumatına görə, narkotik qaçaqmalçılığı ilə məşğul olan 16 gəmiyə zərbə endirib.

Bu arada, Vaşinqton Nikolas Maduroya təzyiq göstərməyə davam edir. Sentyabrın əvvəlində ABŞ Müdafiə naziri Pit Heqset Venesuela hökumətini devirmək məqsədini etiraf edərək, bütün ABŞ hərbi resurslarının buna nail olmaq üçün səfərbər edilə biləcəyini qeyd etdi. ABŞ Maduronu narkotik kartelləri ilə əlaqədə ittiham edir və onun tutulmasına səbəb olan məlumata görə 50 milyon dollar mükafat təklif edir.

“The New York Times” qəzeti xəbər verir ki, Trampın müşavirləri Maduronu güc yolu ilə necə devirmək barədə müzakirələri intensivləşdiriblər və Dövlət Departamentinin katibi Marko Rubio bu kampaniyaya nəzarət edir. 6 oktyabrda Donald Tramp Karakasla diplomatik əlaqələrin dayandırılmasını əmr edib. “CBS News”-a açıqalmasında isə Tramp Maduro hakimiyyətinin sayılı günlərinin qaldığını iddia edib. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Bu şəxslər üçün məcburi sosial sığorta haqqı ARTIRILIR
Next: Nazirlikdən repetitorlarla bağlı səs-küylü hazırlıq

OXŞAR MÖVZULAR

tramp-konf

Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru

admin 16/04/2026
iran-tehran

İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi!

admin 16/04/2026
abş-iir2

ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ

admin 15/04/2026

XƏBƏR LENTİ

  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.