Skip to content
01/06/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Noyabr
  • 4
  • “Putin artıq heç vaxt Ukraynaya nəzarət etməyəcək” – Cüzeppe Kavo Draqone

“Putin artıq heç vaxt Ukraynaya nəzarət etməyəcək” – Cüzeppe Kavo Draqone

admin 04/11/2025
cuzeppe-nato

 

“Bu, onun strateji məğlubiyyəti və insan həyatlarının mənasız itkisidir”

Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı məqsədlərinə çata bilmədi, üstəlik, müharibə onun strateji uğursuzluğu oldu.

Bunu NATO Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone BBC-yə verdiyi müsahibədə deyib.

O xatırladıb ki, 2022-ci ildə Ukraynaya müdaxilə Şimali Atlantika Alyansının genişlənməsinə səbəb olub. Rusiya ilə 1300 kilometrlik quru sərhədi olan Finlandiya və Baltik dənizinə çıxışı olan İsveç bloka qoşulub. Baxmayaraq ki, Putin “xüsusi əməliyyatın” başladığını elan edərkən “NATO hərbi maşınının” Rusiya sərhədlərinə yaxınlaşmasına icazə verməyəcəyini bildirmişdi.

Kavo Draqone qeyd edib ki, Kremlin Ukrayna Prezidenti Volodimir Zelenskini vəzifədən uzaqlaşdırmaq ümidləri də özünü doğrultmadı. Onun fikrincə, Putin artıq heç vaxt Ukraynanı nəzarətə götürə bilməyəcək: “Onlar Belarusdakı kimi dost və oyuncaq hakimiyyət əldə edə bilməyəcəklər”.

Admiralın dediyi kimi, Avropa ölkələri “oyanıb”, öz müdafiələrinə daha məsuliyyətli yanaşmağa başlayıblar və müdafiə xərclərini ÜDM-in 5%-nə qədər artırmaq qərarına gəliblər. Üstəlik, onlar Kremlin “silahsızlaşdırmaq” niyyətində olduğu Ukraynanı silahlandırmağa davam edirlər. Kavo Draqonenin sözlərinə görə, bütün bunlar Rusiyanın cəbhədə “yavaş və əhəmiyyətsiz uğurlarına” baxmayaraq, müharibəni başladan Putinin strateji məğlubiyyətinə işarə edir və bu uğurlar ağır itkilər bahasına əldə edilir.

Admiral həmçinin bildirib ki, operativ nöqteyi-nəzərdən müharibə dalana dirənib və “danışıqlar masasına oturmağın vaxtıdır, çünki bu, insan həyatlarının mənasız itkisidir”. 

Kavo Draqone əlavə edib ki, NATO davamlı sülh əldə olunana qədər “Ukraynanın yanında dayanacaq”.

Rusiyadan gələcək hücumların riski barədə danışan admiralın fikrincə, əgər belə bir hücum baş verərsə, bu, çox güman ki, Baltikyanı ölkələrdə: Estoniya, Latviya və ya Litvada olacaq.

O qeyd edib ki, bu halda NATO Nizamnaməsinin kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsi tətbiq olunacaq. Buna ABŞ-nin də qatılıb-qatılmayacağına gəlincə, Draqone deyib ki, “onlar bu öhdəliyi götürüblər və buna sadiq qaldıqlarını vurğulayıblar”.

Admiralın sözlərinə görə, hava hücumundan müdafiə hazırda NATO-nun prioritetidir və Rusiya dronlarının Polşa və Rumıniyaya daxil olması ilə bağlı son hadisələr alyansı bu istiqaməti gücləndirməyə sövq edib.

Putinin uzunmənzilli nüvə sistemlərinin – “Burevestnik” qanadlı raketinin və “Poseidon” torpedasının sınaqları ilə bağlı açıqlamalarını şərh edən Kavo Draqone qeyd edib ki, NATO bu təhlükədən qorxmur: “Biz 32 dövlətimizin hamısını və onların bir milyard əhalisini müdafiə etməyə hazırıq. Biz nüvə ittifaqıyıq”. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Pakistan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Next: Zəngəzur dəhlizi açılsa, Gürcüstan itirəcək

OXŞAR MÖVZULAR

2026-05-26-09-40-08LvT1Yu0MGy86GgrtlVid_file

Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır

admin 26/05/2026
acd550e8-39b6-4c61-93f5-909e6b8a13b4_740

Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq?

admin 26/05/2026
tramp-isrlob

İsrail lobbisi Trampı şantaj etməyə başlayıb – İranla sülh sazişi bağlamaması üçün

admin 25/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.