Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Noyabr
  • 12
  • Kənd Təsərrüfatı Nazirliyində mənimsəmə hallarına son qoyulacaqmı?

Kənd Təsərrüfatı Nazirliyində mənimsəmə hallarına son qoyulacaqmı?

admin 12/11/2025
ktn-feda

 

Dövlət büdcəsində kənd təsərrüfatı bölməsi üzrə əvvəlki illərlə müqayisədə daha çox vəsaitin ayrılması aqrar sektorun inkişafına göstərilən diqqətin ifadəsidir. Aqrar sahədə aparılan islahat tədbirlərinə uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi işlərinin aparılması, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün əsas ola bilər. İşğaldan azad olunmuş ərazilərin əkinə yararlı torpaqlar olmasının ölkənin ərzaq təhlükəsizliyinə müsbət dinamika gətirəcəyi gözləniləndir. Rəsmi məlumatlara görə Azərbaycanın azad olunan ərazilərində hər il 50 min hektardan çox sahədə aparılmış əkinlərin əsasını taxıl təşkil edir və bu sahələrdən yüksək məhsuldarlıq gözlənilir. 

Torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi və digər meliorasiya tədbirləri ilə bağlı vəsaitlərin artırılması kənd təsərrüfatının inkişafına zəmin yaradır. Ümumiyyətlə, kənd təsərrüfatı ilə bağlı vəsaitlərin ayrılması günün reallıqlarını əks etdirir və iqtisadiyyatımızın davamlılığının göstəricisidir. Bəs görəsən kənd təsərrüfatının inkişafına məsul olan şəxlar məlum reallıqları və kənd təsərrüfatından gələn gəlirləri necə istiqamətləndirirlər?
Mediatv.az saytının redaksiyasına daxil olmuş məlumata görə “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktorunun işğaldan azad olunmuş ərazilərdəki əkin sahələri və mal-qara təsərrüfatından gələn gəlirlərin böyük bir hissəsini dövlətin deyil, ətrafı ilə birlikdə “öz şəxsi maraqlarına” yönəltdikləri iddia edilir.
Redaksiyamıza daxil olan  məlumata görə “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktoru Fəda Abbasovun komandasındakı şəxslərin əsas məqsədi nəinki işğaldan azad olunmuş ərazilərdə qeyri-obyektivliyi həyata keçirmək, qurumun tabeçiliyində fəaliyyət göstərən Regional İdarələrin torpaq sahələrini öz yaxınları  üçün icarəyə verərək “şəxsi qazanca” istiqamətləndirməkdən ibarətdir. Torpaqların əkilməsindən əldə olunan vəsaitlərin böyük hissəsi isə mənimsənilir. Bu iddia ilə çıxış edən məlumatlı mənbə qeyd edir ki, Regional İdarələrin nəzdindəki münbit torpaqların bir hissəsi dövlət üçün, bir hissəsi isə “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktoru Fəda Abbasova yaxın olan şəxslər üçün əkilir. Burada Regional İdarə rəislərinin və əlaltılarının da öz payı var. Dövlət adına əkilən torpaqların gəlirlərinin böyük hissəsi bu yolla mənimsənilir. Qurumun idarəsində olan yüzminlərə hektar əkinə yararlı torpaq sahələri isə Fəda Abbasova yaxın olan şəxslərə icarəyə verilir. Azəraqrar Dövlət İstehsalat və Emal Birliyinə direktor təyin ediləndən bu yana Fəda Abbasov səlahiyyətində olan torpaqları və texnikaları rüsumundan baha fermerlərə icarəyə verərək, özlərinə yaxın işbazlar üçün şərait yaradaraq külli miqdarda özü üçün mənfəət qazanır. Mənbənin verdiyi məluimata görə Fəda Abbasovun “qazancı” təkcə torpaqların əkilib-becərilməsindən, ora ayrılmış subsidiyaların mənimsənilməsindən ibarət deyil. Eyni zamanda keçirdiyi tender və  kotirovka sorğulu dövlət satınalmalanında da kifayət qədər qaranlıq məqamlar vardır. Belə ki, 20.06.2025-ci ildə dərc edilmiş “Azəraqrar Dövlət İstehsalat  Birliyi” MMC tərəfindən “silosluq qarğıdalı və soya toxumları”nın satın alınması məqsədilə keçirilən 74.480 manat dəyərində satınalma müqaviləsində  “Pluton Toxumçuluq” MMC qalib elan olunması özü-özlüyündə müəyyən şübhələrə yol açır. Belə ki son 7-8 ildə Kənd Təsərrüfatı Nazirliyinin keçirdiyi əksər tender və kotirovka sorğularınının qalibi “Pluton Toxumçuluq” MMC elan edilib. Belə əməllərinə görə Fəda Abbasov, nazir müavini Elçin Zeynalov tərəfindən dəfələrlə sıxışdırıldığını bildirən məlumatlar elektron mediada tirajlanıb.
Fəda Abbasovun belə işləri həyata keçirərkən daha çox nazir müavini Sərvan Cəfərova güvəndiyi bildirilir.
Bəs görəsən Fəda Abbasov kimdir?
Fəda Abbasov İnam Kərimovun dövründə ASAN xidmətdə Səyyar Xidmətlərin Təşkili Şöbəsinin baş məsləhətçisi işləyib. Daha sonra İnam Kərimov Kənd Təsərrüfatı Naziri təyin ediləndə Fəda Abbasov da Daxili Nəzarət və Audit Şöbəsinin müdir müavini təyin edilib. 2021-ci ilin aprel ayında “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-yə direktor təyin edilib. Fəda Abbasovun və “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-də vəzifə tutan şəxslərin böyük əksəriyyətinin aqrar təhsili yoxdur, kənd təsərrüfatı sahəsinə aid olan insanlar deyil.
Onun sabiq nazir İnam Kərimovun qohum olması ilə bağlı məlumatlar da yerli mətbuatda yer alıb.
Kənd Təsərrüfatı Naziri təyin edilməsindən 2 il 7 ay keçən Məcnun Məmmədovun görəsən bunlardan xəbəri varmı? /mediatv.az

PAYLAŞIN:

Continue Reading

Previous: Türk ekspertlərdən iddialar: Toqquşma, təxribat və ya hücum…
Next: İlham Əliyev Azərbaycan Konstitusiyasına həsr olunmuş beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb

OXŞAR MÖVZULAR

natiq-şam2

Kağız üzərində təhsil və paralel iş qalmaqalı

admin 16/04/2026
abdin-asif

Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır

admin 16/04/2026
kqafarov

Biznesmen deputatın puç olan xəyalları və…

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.