Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Noyabr
  • 13
  • “ARCRİSE” MMC-nin siftə tenderindən şübhələnməyə nə kimi əsaslar var – Bəşir Hacıyevin diqqətinə

“ARCRİSE” MMC-nin siftə tenderindən şübhələnməyə nə kimi əsaslar var – Bəşir Hacıyevin diqqətinə

admin 13/11/2025
besir-haciyev1

 

“Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi 12.11.2025-ci ildə dövlət satınalmalarının vahid internet portalında keçirilmədən, yəni birmənbədən satınalma metodu tətbiq etməklə bağladığı satınalma müqavilələri barədə məlumat yayıb. 

İstisu qəsəbəsinin layihələndirilməsi xidmətinin satın alınması üzrə 836.620 manat dəyərində müqavilə “Kooplayihə-AHB” firması ilə bağlanılıb.

Kəlbəcər şəhər parkının layihələndirilməsi üzrə 706.820 manat dəyərində satınalma müqaviləsi Bakı Dövlət Layihə İnstitutu ilə bağlanılıb.

Dalqılınclı kəndinin layihələndirilməsi xidmətinin satın alınması üzrə 695.770,48 manat dəyərində satınalma müqaviləsi “ARCRİSE” MMC ilə bağlanılıb.

Bu məlumatlardan da göründüyü kimi Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti layihələndirmə işləri üzrə ümumi dəyəri 2 239 410 manat üç satınalma müqaviləsini birmənbədən satınalma metodu tətbiq etməklə bağlayıb. Bəs qanun hansı hallarda birmənbədən satınalma metodu tətbiq etməyə yol verir?

Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.

Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda; satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda; təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə; satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Qanunun tələblərindən də göründüyü kimi, qəsəbələrin layihələndirilməsi xidmətinin satın alınması məxfi məlumatla əlaqəli satınalma hesab oluna bilməz. Qurumun müqavilə bağladığı şirkətlər də konkret təchizatçı deyillər. Amma Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti satınalma prosedurunu bu şəkildə keçirməsi başa düşülən deyil. Üstəlik müqavilənin hansı səbəbdən bir mənbədən satınalma metodu ilə imzalandığı da aydın deyil.

İndi gəlin görək Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin birmənbədən satınalma metodu ilə müqavilə bağladığı şirkətlər barədə açıq mənbələrdə nə kimi məlumatlar var. 

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “Kooplayihə-AHB” (VÖEN: 1300434701) firmasının  24.12.2004-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 1000 manat olan firmanın hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, YASAMAL RAYONU, HƏSƏNBƏY ZƏRDABİ PR., ev.78, qanuni təmsilçisi kimi isə Xəlilov Hüseyin Artıx oğlu qeyd olunub. Hazırkı tarixə firmanın  3426.98 manat vergi borcu var.

“Kooplayihə-AHB” firması bundan əvvəl Füzuli rayonu ərazisində yerləşən Qarakollu kənd yaşayış məntəqəsinin işçi layihələrinin optimallaşdırılması üzrə 414.655,96 manat dəyərində və “Füzuli rayonu ərazisində yerləşən Qarakollu kəndinin layihələndirilməsi” üzrə 1.595.478 manat dəyərində tenderləri də birmənbədən satınalma metodu ilə əldə edə bilib. 

Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin birmənbədən satınalma metodu ilə müqavilə bağladığı “ARCRİSE” MMC-yə gəlincə.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ARCRİSE”   (VÖEN: 1806808871) Məhdud Məsuliyyətli Cəmiyyətinin 11.09.2024-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, SABUNÇU RAYONU, KÜRDAXANI ŞTQ, VASİF DADAŞ (KÜRDƏXANI QƏS.), ev.8a, m.-, qanuni təmsilçisi kimi isə Mustafayev Sərvər Yusif oğlu qeyd olunub.

Reyestr məlumatlarından da göründüyü kimi MMC cəmi bir il əvvəl yaradılıb. Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, “ARCRİSE” MMC siftə tenderi Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən udub, həm də birmənbədən satınalma metodu ilə. Cəmi bir il əvvəl dövlət qeydiyyatına alınmış bir MMC-nin isə birmənbədən satınalma metoduna cəlb edilməsi və  695.770,48 manat dəyərində müqavilə bağlanılması şübhələnməyə ciddi əsaslar verir.

Qeyd edək ki, “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi 10.07.2024-cü ildə Prezident İlham Əliyevin Fərman ilə yaradılıb. Eyni zamanda,“Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi” və “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi təsdiq edilib. Müşahidə Şurasının sədri Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəs Bəşir Hacıyevdir.

Üzvləri isə Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov,  Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov, Dövlət Turizm Agentliyi sədrinin müavini Azadə Hüseynovadır.

Nizamnamə kapitalı 500 000 manat olan Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin direktoru Şolan Emil Fərhad oğludur. Emil Şolanın əvvəlki fəaliyyəti ilə bağlı açıq mənbələrdə heç bir məlumat yoxdur. 

 

Aktualinfo.net

 

PAYLAŞIN:

Continue Reading

Previous: Ölüm saçan “MedAura” klinikası – Uğursuz əməliyyatlara səbəb olan Nigar Məhəmmədova iş başındadır?
Next: Əhali kəndlərdən niyə qaçır? – Prezident səbəbləri açıqladı, məmurlar nəticə çıxarmalıdır…

OXŞAR MÖVZULAR

omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026
nuride memm

Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir – Ancaq Nuridə Məmmədova bilər…

admin 14/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.