Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Noyabr
  • 13
  • Ölüm saçan “MedAura” klinikası – Uğursuz əməliyyatlara səbəb olan Nigar Məhəmmədova iş başındadır?

Ölüm saçan “MedAura” klinikası – Uğursuz əməliyyatlara səbəb olan Nigar Məhəmmədova iş başındadır?

admin 13/11/2025
medaura-nigar-

Xəbər verdiyimiz kimi, bu il aprelin 30-da Bakıdakı “MedAura” klinikasında burun əməliyyatı keçirən Şəmkir vətəndaşı Nigar İlham qızı Budaqlı həkimlərin səhlənkarlığı səbəbilə koma (kliniki ölüm) vəziyyətinə düşüb. Onun yaxınlarının sözlərinə görə, əməliyyatı həkim-cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva icra edib.

6 aydır ki, koma vəziyyətində olan N.Budaqlının yaxınları həkimlərin cəzasını çəkməsini və dəymiş ziyanla bağlı öhdəliklərinin yerinə yetirilməsini istəyirlər.

Bu, “MedAura”a xəstəxanasında baş verən ilk belə hal deyil. Bundan öncə də dəfələrlə klinika barədə şikayətlər olub, əməliyyat zamanı ölüm halları yaşanıb.

Anesteziya edildikdən sonra ölüb…

Bizim.Media klinikada baş verən bu hadisələri araşdırıb.

25 oktyabr 2019-cu ildə “MedAura” klinikasında estetik əməliyyat olunan 1982-ci il təvəllüdlü Pərvanə Ağayeva anesteziya edildikdən sonra ölüb.

2024-cü ilin aprelində paytaxt sakini Lətafət Məmmədovanın yanlış əməliyyat səbəbi ilə səhhətində müəyyən problemlər yaranıb. Septoplastika, yəni burunda çəpər əyriliyi əməliyyatı olan Lətafət Məmmədovanın əməliyyatdan sonra problemləri aradan qalxmaq yerinə, əksinə şikayətləri artıb.

Nəticədə o, ikinci dəfə əməliyyata girməli olub. İkinci dəfə əməliyyat isə adətən 4-5 mindən başladığından şikayətçiyə ikiqat ziyan dəyib.

Onu  “MedAura”nın həkimi Kəmalə Mirzəyeva əməliyyat edib.

6 avqust 2024-cü ildə Bakıda şikayət əsasında “MedAura” klinikasında aparılan yoxlama zamanı ciddi pozuntular aşkarlanıb. Pasiyentin şikayəti əsasında Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən “MedAura” klinikasında yoxlama aparılıb.

Klinikada plandankənar yoxlama zamanı lisenziyadan kənar iş və fəaliyyət (plastik cərrah) və sertifikatsız plastik tibb fəaliyyəti ilə məşğul olma faktları aşkar edilib. Nəticədə klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə protokol tərtib edilib.

İki əməliyyatı da uğursuz olub…

18 dekabr 2024-cü ildə özü ixtisasca həkim olan pasiyent “MedAura” klinikasının baş həkimi, Nigar Məhəmmədova tərəfindən burnunun ucundakı ətliliyin incəldilməsini istəyib.

Nəticədə onun burnu atrofiya olub, əyilib, toxumada nekrotik hal yaranıb.

Bir müddət mübarizədən sonra ikinci əməliyyat elə həmin xəstəxanada baş tutub. İkinci əməliyyat lor-həkim Yaqub Əhədi tərəfindən edilib. Lakin ikinci əməliyyat da uğursuz olub.

Bundan sonra qadın bir müddət tibbi maskada həyatını davam etdirməli olub. Üçüncü əməliyyat üçün isə digər xəstəxanalar 7-8 min pul istəyib. Şikayətçi klinikadan kompensasiya istəsə də, onun tələbinə baxılmayıb.

Bədəni çürüyüb…

Bu il yanvarın 14-də Fərizə Hacıyeva adlı vətəndaşı sözügedən klinikanın həkimi Nigar Məhəmmədova bədən şəkilləndirmə əməliyyatı edib və dərhal sonra bədəni çürüməyə başlayıb.

Araşdırma zamanı məlum olub ki, Nigar Məhəmmədova hazırda Kliniki Tibbi Mərkəzdə ümumi cərrah işləyir.

Üzü tanınmaz hala düşüb…

Bu ilin 24 fevralında  Günay  Məmmədova adlı pasiyenti  “MedAura” klinikasının baş həkimi plastik cərrah Nigar Məhəmmədova əməliyyat edib. Nəticədə pasiyentin bütün üz fizioloji quruluşu dəyişib, tanınmaz hala düşüb.

Şikayətçi bildirir ki, Nigar Məhəmmədova və köməkçisi Yaqub onu aldadıb. Ona 1 saatlıq korreksiya əməliyyatı deyib, 4 saat narkozda saxlayıb əməliyyat ediblər. Bir ay ərzində pasiyenti iki dəfə əməliyyata salıblar, ona deyilmədən həyati əhəmiyyətli orqanlarına müdaxilə (qabırğasına) müdaxilə olunub.

Çoxsaylı pasiyenti şikəst edən və ölümünə səbəb olan Nigar Məhəmmədova iş başında?

12 iyun Rusiya vətəndaşı olan Arzu Sadıqova “Mərcan” klinikasında ümumi cərrah, eyni zamanda “MedAura” klinikasının baş həkimi Nigar Məhəmmədova tərəfindən abdominoplastika və liposaksiya əməliyyatına salınıb.

Arzu Sadıqovanın abdominoplastika əməliyyatından bir gün sonra halı pisləşib və onu yenidən əməliyyata salıblar. Qanaxmaya düşən Arzu ikinci əməliyyat sırasında dünyasını dəyişib. Ailəsi onda heç bir əlavə xəstəliklərin olmadığını, ölümün həkim səhlənkarlığı səbəbindən baş verdiyini bildirib.

*Bu ilin oktyabrında xəstəxana ilə bağlı daha bir detal üzə çıxıb. Belə ki,  “MedAura” Klinikasında külli miqdarda vergi borcu yarandığı aşkarlanıb. Klinikanın hazırda dövlətə 241 min 690.82 manat vergi borcu olduğu məlum olub.

Uğursuz əməliyyatları ilə seçilən klinika niyə bağlanmır?

Qeyd edək ki, “MedAura”  Klinikası  2010-cu ildə dövlət qeydiyyatına alınıb. Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrində MMC-nin vergi ödəyicisi kimi 2 dəfə adını dəyişdiyi göstərilir. İlk adı “Nihat Klinika” MMC olub. 2018-ci ildən isə “MedAura” Klinika  MMC adlandırılır.

Klinikaya qarşı 2011, 2012, 2016, 2017, 2018, 2019, 2021,2022, 2023, 2024-ci illərdə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməsi məlum olub.

Klinikanın qanuni təmsilçisinin  İsbiyev Mübariz Qabil oğlu olduğu bildirilir. Klinikanın sahibi isə Nihat Zeynallıdır.

Onu da qeyd edək ki, haqqında kifayət qədər şikayət olan Nigar Məmmədovanın adı Xüsusi Təftiş Komissiyasının müvafiq qərarları ilə sənədlərinin əsaslılığı təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısında yer almayıb.

Xatırladaq ki, Nigar Məhəmmədovanı vəzifəsində bu ilin yayında Mirəzim Zaidov əvəzləyib.

Faktlardan göründüyü kimi, xəstəxanada  uğursuz əməliyyatların sayı kifayət qədərdir. Lakin bununla belə klinika fəaliyyətini davam etdirir./bizim.media

PAYLAŞIN:

Continue Reading

Previous: Əvvəl Lavrov, ardınca Peskov… – Kreml Trampı “yola gətirməyə” çalışır
Next: “ARCRİSE” MMC-nin siftə tenderindən şübhələnməyə nə kimi əsaslar var – Bəşir Hacıyevin diqqətinə

OXŞAR MÖVZULAR

natiq-şam2

Kağız üzərində təhsil və paralel iş qalmaqalı

admin 16/04/2026
abdin-asif

Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır

admin 16/04/2026
kqafarov

Biznesmen deputatın puç olan xəyalları və…

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.