Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Noyabr
  • 13
  • “The Economist” 2026-cı il proqnozlarını açıqlayıb – Dünyanı böyük dəyişiklik gözləyir

“The Economist” 2026-cı il proqnozlarını açıqlayıb – Dünyanı böyük dəyişiklik gözləyir

admin 13/11/2025
the-econom

 

İngiltərənin məşhur “The Economist” jurnalı “The World Ahead 2026” adlı xüsusi buraxılışında dünya düzənində baş verəcək böyük dəyişikliklər barədə xəbərdarlıq edib. 

Jurnalın yeni buraxılışı həm gələcəklə bağlı proqnozları, həm də planetin hansı istiqamətə sürükləndiyini göstərən simvolları ilə diqqət çəkib.

Ekspertlərin fikrincə, 2026-cı il “sistemin yenidən yazılacağı” dönüş nöqtəsi ola bilər.

Jurnalın üz qabığının mərkəzindəki yırtıcı quş — güc, nəzarət və təhlükə balansını simvolizə edir. Jurnala görə bu, “dünyanı həm izləyən, həm də sınağa çəkən bir göz” mənasını daşıyır. Üz qabığında yer alan “Only 1,361 days to go” (“Cəmi 1 361 gün qalıb”) ifadəsi isə bəşəriyyət üçün geri sayım mesajıdır — “Vaxt hələ var, amma sürətlə tükənir.”

Üz qabığında diqqət çəkən 250 rəqəmi, ABŞ-nin yaranmasının 250 illiyi ilə bağlıdır.

Pastanın ətrafında Donald Tramp, Si Cin Pin, Vladimir Putin, Volodimir Zelenski və Benyamin Netanyahu kimi liderlərin təsviri var. Bu, 2026-nın böyük gərginlik ili olacağına işarə sayılır.
Pastanı əhatə edən tank, robot, peyvənd və mikroçip simvolları isə müharibə, texnologiya və sağlamlıq arasına sıxışmış bir dünyanı göstərir.

The Economist-ə görə, 2026-cı il BMT-nin 2030 Davamlı İnkişaf Məqsədləri baxımından həlledici olacaq.
Artan iqtisadi bərabərsizlik, iqlim böhranı və texnoloji uçurum bu məqsədləri təhdid edir.

ABŞ-ın 250 illiyi: birlik, yoxsa parçalanma?

2026 ABŞ üçün tarixi bir mərhələdir. Lakin Respublikaçılar və Demokratlar arasında dərin qütbləşmə ölkədəki “birlik” atmosferini zəiflədir. Jurnal sual edir: “Növbəti qlobal böhranda Amerikaya kim yardım edəcək?”

Tramp siyasəti: güc, yoxsa təcrid?

Donald Tramp “qeyri-müəyyənlik” siyasətini strateji üstünlük sayır. Ancaq “The Economist”-in analizinə görə, bu yanaşma ABŞ-ni qısamüddətli qazanclardan sonra beynəlxalq arenada təcrid edə bilər.

Yeni borc böhranı: “Zənginlərin yoxsulluq testi”

Jurnal xəbərdarlıq edir ki, 2026-cı ildə inkişaf etmiş ölkələrdə borc böhranı yenidən güclənə bilər.
Yüksək faiz dərəcələri, büdcə kəsirləri və artan dövlət xərcləri nəticəsində yeni iqtisadi dalğa yarana bilər.
Bu vəziyyət “zənginlərin yoxsulluq testi” kimi xarakterizə olunur.

Süni intellekt yüksəlir, amma risk də artır

Üz qabığında yer alan robotlar və mikroçiplər süni intellektin yüksəlişini təmsil edir.
2026-cı ilə qədər bu texnologiya siyasət və iqtisadiyyatda daha güclü rol oynayacaq.
Lakin ekspertlər xəbərdarlıq edir ki, işsizlik, etik problemlər və məlumat inhisarı kimi risklər də artacaq.

İqlim böhranı: “Ümid cənubdan gələ bilər”

Qlobal temperatur artıq 1,5°C həddinə yaxınlaşıb. “The Economist” yazır ki, şimal ölkələri yavaş irəliləyir, lakin Latın Amerikası, Afrika və Asiyada bərpa olunan enerji yatırımları artmaqdadır.
Bəlkə də iqlim böhranından “xilas yolu” cənub yarımkürəsindən gələcək.

Yeni güc üçbucağı: ABŞ–Çin–Rusiya

Dünya artıq ikiqütblü deyil. ABŞ və Çin rəqabəti dərinləşir, Rusiya isə öz təsir dairəsini genişləndirir.
Jurnal bu vəziyyəti “qeyri-müəyyənliyin yeni norması” adlandırır və qlobal ittifaqların yenidən formalaşacağını bildirir.

Avropanın üçlü imtahanı: təhlükəsizlik, iqtisadiyyat, populizm

Avropa 2026-da üç böyük təzyiqlə üzləşəcək: Rusiya təhlükəsi, iqtisadi durğunluq və radikal sağ qüvvələrin yüksəlişi. Bu, Avropa İttifaqı üçün “birlik, yoxsa dağılma?” sualını yenidən gündəmə gətirir.

Sağlamlıqda yeni dövr: gen terapiyası və arıqlama dərmanları

Üz qabığında  peyvənd simvolları tibbdə dönüş dövrünü göstərir.
Yeni nəsil arıqlama dərmanları və gen müalicələri 2026-cı ildə milyonlarla insana çatacaq.
Lakin jurnal xəbərdarlıq edir: “Asan kilo itkisi etik və tibbi problemləri də gətirə bilər”.

2026 Dünya Kuboku – diplomatiya meydanı

2026-cı ildə ABŞ, Kanada və Meksika birgə Dünya Kubokuna ev sahibliyi edəcək.
“The Economist” bu tədbiri sadəcə futbol deyil, həm də qlobal diplomatiya arenası kimi dəyərləndirir.

“Zaman azalır, seçimlər daralır”

“The Economist” yazır: “2026 bir kehanət (proqnoz) deyil, bir xəbərdarlıqdır. Dünya yeni bir dövrə qədəm qoyur. 2030 məqsədlərinin taleyi 2026-da veriləcək qərarlardan asılı olacaq. Zaman azalır, seçimlər daralır. Gələcəyə hazır olun – çünki onu artıq təxirə salmaq mümkün deyil”. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: “S&P” 2025-2026-cı illər üçün Azərbaycanda inflyasiya proqnozunu yeniləyib
Next: Məcnun Məmmədov: “Kənddə alternativ iş imkanlarının yaradılmasına ehtiyac var”

OXŞAR MÖVZULAR

tramp-konf

Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru

admin 16/04/2026
iran-tehran

İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi!

admin 16/04/2026
abş-iir2

ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ

admin 15/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.