Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Noyabr
  • 14
  • Diş həkimlərinin total yoxlanması – təhlükə, yoxsa…

Diş həkimlərinin total yoxlanması – təhlükə, yoxsa…

admin 14/11/2025
diş-stom

Professor deyir ki, həkimlərin akkreditasiyasını qurmaqla bu problemi birdəfəlik həll etmək olar

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) bu ilin yanvar – oktyabr ayları ərzində 78 stomatoloji klinikada yoxlama keçirib, onlardan 72-də müxtəlif nöqsanlar aşkar edilib.

Bu barədə AEM-dən məlumat verilib. Bildirilib ki, nöqsanlardan 33-ü lisenziya şərtləri sualı üzrə, 15-i lisenziya olmadan iş və fəaliyyət, 8-i lisenziyadan kənar iş və fəaliyyət, 9-u sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma faktı, 2-si lisenziya və sertifikasiya şəhadətnaməsi olmadan, lisenziyadankənar özəl tibb fəaliyyəti ilə məşğul olma faktı, 5-i isə sertifikasiya şəhadətnaməsi olmadan və lisenziyadankənar özəl tibb fəaliyyəti ilə məşğul olma faktı üzrə aşkarlanıb.

Əvvəllər də stomatoloji klinikalarda yoxlamalar aparılıb, bir çoxu bağlanıb. Lakin göründüyü kimi, bu problem həllini tapmır. Hələ də lisenziyadan kənar iş və fəaliyyət göstərən belə kabinetlər var.

Bəs bu problemin qarşısını tamamilə necə almaq olar? Lisenziyadankənar özəl tibb fəaliyyəti olan belə məntəqələr qapadılmalıdır, yoxsa yoxlanılıb lisenziya verilməlidir? Həmin stomatoloqların lisenziya almamaqda marağı nədir? Bu klinikaların adları və ünvanı da açıqlansa, daha yaxşı olmazdımı?

Əksər ölkələrdə stomatoloji və digər tibbi xidmətlərin lisenziyalaşdırılması və tənzimlənməsi kifayət qədər ciddi həyata keçirilir, çünki qanunsuz fəaliyyət həm vətəndaşların sağlamlığına, həm də etibara ciddi zərər verir. Məsələn, ABŞ-də stomatoloji fəaliyyət əsasən ştat səviyyəsində lisenziyalaşdırılır və hər ştatın Dental Board-u fəaliyyət göstərir. Həkimlər həm lisenziya, həm də davamlı professional inkişaf sertifikatı əldə etməlidirlər. Lisenziyasız fəaliyyət cinayət və inzibati məsuliyyət doğurur, lisenziyası dayandırılmış həkimlərin adları isə ictimaiyyət üçün açıq elan olunur.

Avropa ölkələrində həm dövlət, həm də peşəkar assosiasiyalar nəzarət funksiyasını yerinə yetirir. Məsələn, Almaniyada hər stomatoloq Zahnarztkammer tərəfindən qeydiyyatdan keçməli və lisenziya ilə sertifikatlarını yeniləməlidir. Lisenziyası olmayan klinikalar qanunsuz sayılır və bağlanır. Böyük Britaniyada General Dental Council bütün stomatoloqları qeydiyyata alır və qanunsuz fəaliyyət ciddi cərimə və bağlanma ilə nəticələnir. Avstraliyada hər həkim Dental Board of Australia-da qeydiyyatdan keçməli və sertifikat olmadan fəaliyyət cinayət məsuliyyətinə səbəb olur. Yaponiya kimi ölkələrdə isə klinika açmaq üçün dövlət lisenziyası vacibdir və müntəzəm yoxlamalar aparılır. Ümumilikdə dünyada lisenziya olmadan fəaliyyət qəti qadağan olunur, sertifikat və təlim yoxlanılır, qanunsuz fəaliyyət ictimaiyyət üçün açıqlanır və cəza mexanizmləri güclüdür. Həmçinin davamlı yoxlamalar və elektron sistemlər vasitəsilə həkimlərin və klinikaların statusu daim izlənir. Praktik olaraq heç bir ölkədə lisenziyadan kənar stomatoloji fəaliyyətə icazə verilmir; problemin həlli güclü tənzimləmə, şəffaflıq və ictimai nəzarətdən keçir.

Adil Qeybulla Tofiq Yaqublunu təcridxanada müayinə etdi | Modern.az

Adil Qeybulla

Cərrah-həkim, professor Adil Qeybulla mövzu ilə bağlı fikirlərini bölüşüb: “Fikrimcə, sertifikasiya imtahanı ilə bağlı dəyişiklik edilsə, yaxşı olar. Ola bilər, bir zamanlar bu imtahan aktual idi, amma son 20 ildə gözlənilən effekti vermədi. İkincisi, imtahan işləməyə gələn həkimlərə və ya ali məktəblərdən yeni məzun olanlara şamil oluna bilər. Məsələn, rezidentura imtahanı bizdə bu şəkildə keçirilir. Amma həm nəzəri, həm də praktik təbabətdə imtahan verib diplom almış şəxsləri yenidən təkrar imtahana cəlb etmək doğru deyil. Bəzən Tibb Universitetinin professorları öz yazdıqları kitablardan imtahan verirlər. Bu baxımdan biz lisenziya və akkreditasiya sistemini tətbiq etməliyik. Akkreditasiya sistemi çərçivəsində hər bir çalışanın sənədlərinə uyğun diplomu, sertifikatları və rezidentura sənədi əsasında konkret tibb sahəsi üzrə fəaliyyətə lisenziya verilir. Bu lisenziya ölkələrdə fərqli olmaqla 5 və ya 7 il müddətinə verilir. Müddət bitdikdən sonra lisenziya yenilənir, həkimlərin fəaliyyəti yoxlanılır və lazım gəldikdə lisenziya yenilənmir. Ola bilər ki, müəyyən nöqsanlar aşkar olunsun və lisenziya verilməsin.

Hesab edirəm ki, həkimlərin akkreditasiyasını qurmaqla bu problemi birdəfəlik həll etmək olar. Hər bir həkimin lisenziyası otağında asılacaq, üzərində reyestr nömrəsi olacaq və xəstələr bunu yoxlaya biləcək. Beləliklə, hər kəs yalnız lisenziyada göstərilən işlə məşğul olacaq və bütün problemlər həll olunmuş olacaq”./musavat.com

PAYLAŞIN:

Continue Reading

Previous: Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət edib, bir sıra sosial müəssisələrlə tanış olub
Next: Naşirlər bir-birinə nifrət edir, bunu da nazirlik yaradıb – Nigar Köçərli

OXŞAR MÖVZULAR

ailə uşaq

Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək?

admin 16/04/2026
tel-uşaq

Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır”

admin 16/04/2026
baku-yağış

Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.