Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Noyabr
  • 14
  • “İnam Grop 2024” MMC Üzümçülük və Şərabçılıq İnstitutuna həm təmir, həm də elmi tədqiqat xidmətləri göstərir

“İnam Grop 2024” MMC Üzümçülük və Şərabçılıq İnstitutuna həm təmir, həm də elmi tədqiqat xidmətləri göstərir

admin 14/11/2025
üzümçülük

 

Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutu Kolleksiya bağının təmir bərpası və yeni bağın salınması üçün elmi tədqiqat xidmətləri üzrə 06.10.2025-ci ildə başladığı kotirovka sorğusuna yekun vurub. Müsabiqənin qalibi “İnam Grop 2024” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 85.105,01 manat dəyərində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmaların portalında 12.11.2025-ci ildə dərc edilib.

Şərtlər toplusuna görə “İnam Grop 2024” MMC Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun elmi seleksiya işlərinin nəticəsi olan hibrid sortların, klon formaların və nadir yerli üzüm sortlarının artırılması məqsədi ilə tinglərin əkinqabağı peyinə basdırılması (Təmir üçün: Gəncə TS, Şamaxı TS, Abşeron YTT, cəmi 10 ha), çalanın qazılması (Təmir üçün: Gəncə TS, Şamaxı TS, Abşeron YTT, cəmi 10 ha), metal payacıqların basdırılması və zoğların ona bağlanması, paslanmayan metaldan payacıqlar (diametri 10-12 mm-lik)- tinglərin dibinə basdırmaq və tənəyin gövdəsinin (ştambının) düz formalaşması üçün, hasarın çəkilməsi üçün dəmir torun alınması və bağlanması-hündürlüyü 150 sm, məftil qalınlığı 2,5 mm, torun gözü 5 sm, paslanmayan, sinklənmiş məftildən (Gəncə TS üçün), tinglərin suvarılması, bərpa üçün Bayanşirə, Ağ Aldərə, Mələyi, Şirvanşahı, Ağ Aldərə, Həməşərə, Red qlob və s. nadir sortlardan calaq, Mələyi, Şirvanşahı, Ağ Aldərə, Həməşərə və s. Nadir sortlardan calaq tingin alınması, metal torun yerinin qazılması və torun aşağısının doldurulması (20 sm dərinlikdə) kimi işləri həyata keçirməlidir.

Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutu “İnam Grop 2024” MMC ilə bir müqavilə də 11.02.2025-ci ildə bağlayıb. Polietilen borularının sahədə quraşdırılması işlərinin satınalınması üzrə bağlanmış bu müqavilənin dəyəri 8.460 manat olub.

Göründüyü kimi Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun keçirdiyi kotirovka sorğusu  elmi tədqiqat xidmətləri üzrə deyil, təmir bərpa və yeni bağın salınması məqsədi ilə keçirilib. Təbii ki, sahədə polietilen borularının quraşdırılması işlərini həyata keçirən MMC-nin elmi tədqiqat xidmətləri göstərməsi gülüncdür. Bəs onda Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutu kotirovkanı niyə məhz  elmi tədqiqat xidmətləri adı altında keçirir?

Qeyd edək ki, Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun işbirliyində olduğu  “İnam Grop 2024” MMC barədə açıq mənbələrdə heç bir məlumat yoxdu.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “İnam Grop 2024” (VÖEN: 1008608871) Məhdud Məsuliyyətli Cəmiyyətinin 30.04.2024-cü ildə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ, BİNƏQƏDİ RAYONU, MİR CƏLAL 9A MKR, ev.60, qanuni təmsilçisinin isə Şərifov Nazim Qurban oğlu olduğu göstərilir. MMC-nin hazırkı günə 488.01 manat vergi borcu var.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimovdur. Elektron mediada Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən keçirilmiş açıq tender və kotirovka sorğusu prosedurlarında ciddi qanun pozuntularına yol verildiyinə dair geniş məlumatlar var.

 

Aktualinfo.net.

PAYLAŞIN:

Continue Reading

Previous: Azərbaycana gələn turistlərin sayında ciddi azalma var – Səbəb nədir?
Next: İcra başçıları üçün çətin sınaq – 4 mühüm tələb

OXŞAR MÖVZULAR

omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026
nuride memm

Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir – Ancaq Nuridə Məmmədova bilər…

admin 14/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.