Skip to content
18/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Noyabr
  • 15
  • Ət bazarında böhran dərinləşir: Bahalaşma nə qədər davam edəcək?

Ət bazarında böhran dərinləşir: Bahalaşma nə qədər davam edəcək?

admin 15/11/2025
ət-
Bakıda ət bazarında qiymətlər yenidən artıb. Ötən həftədən paytaxtın bir çox bazar və qəssab dükanlarında mal ətinin qiyməti əhəmiyyətli dərəcədə artıb. Hazırda sümüklü mal ətinin kiloqramı 18 manata, sümüksüz ət isə 22 manata satılır. Qəssablar bu bahalaşmanı mal bazarlarının bağlanması və təchizat zəncirində yaranan fasilələrlə əlaqələndirirlər. Alıcılar isə artıq ətin qiymətini “fantastik həddə” yaxın adlandırırlar. İndi hamını düşündürən suallar var: bahalaşma nə qədər davam edəcək? Atılan addımlar qiymətləri sabitləşdirmək əvəzinə daha da artırmırmı? Ən əsası, qırmızı ət artıq sadə ailələrin süfrəsindən tamamilə çəkiləcəkmi?
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirir ki, ölkədə dabaq xəstəliyinin kütləvi yayılması fonunda ət bazarında bahalaşma qaçılmaz idi: “Əslində bazarların bağlanması və karantin tədbirləri xəstəliyin yayılma zəncirini qırmaq üçün əsas vasitədir. Dabaq xəstəliyinin inkubasiya dövrü təxminən 7–15 gündür, yəni bu zənciri qırmaq üçün 10–15 gün kifayətdir. Lakin görünür, bu istiqamətdə atılan addımlar bir qədər gecikib. Əgər bu proses oktyabrın 10-dan tətbiq olunsaydı, ayın 20–25-nə qədər vəziyyət sabitləşə, itkilər də xeyli azala bilərdi. Amma tədbirlər bir qədər gec başladı”.
Ekspertin sözlərinə görə, hər bir qərarın həm müsbət, həm də mənfi tərəfi olur. Dabaq xəstəliyinə görə tətbiq olunan karantin də istisna deyil: “Bazarlar bağlandığı üçün fermerlər heyvan satmaqda çətinlik çəkirlər. Ət satışı ilə məşğul olan sahibkarlar məcbur olub qapı-qapı gəzərək heyvan alırlar. Bu da əlavə xərc yaradır və maya dəyərini artırır”.
Akif Nəsirli hesab edir ki, bu bahalaşma uzunmüddətli ola bilməz: “Əgər bu vəziyyət uzansa, çox ciddi mənfi nəticələr ortaya çıxacaq. Çünki yerli ət bahalaşsa da, əhali ətsiz qalmır. Alternativ kimi idxal olunan dondurulmuş və ya təzə ətlər mövcuddur və onlar daha ucuzdur. Əhali bu məhsullara vərdiş etdikdən sonra, xüsusilə gəliri aşağı olan təbəqə yerli ətə geri dönməyəcək, idxal ətinin istehlakçısı kimi qalacaq. Bu isə yerli istehsalçıların və qəssabların müştəri itkisinə səbəb olacaq”.
Ekspert əlavə edir ki, nəticədə bazarda iki əks istiqamətli təzyiq formalaşır: “Bir tərəfdən dabaq xəstəliyi səbəbindən istehsal azalır və bu, ətin qiymətinin artımına təzyiq yaradır. Digər tərəfdən isə idxal ətlərə tələbin artması və yerli müştərinin itirilməsi bazarda ucuzlaşma istiqamətində təzyiq yaradır. Hansı qüvvənin daha üstün gələcəyini isə zaman göstərəcək”.
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Mircavid Həsənov dabaq xəstəliyi səbəbindən təkcə satışın dayanmadığını, alışın da azaldığını deyir. İnsanlar ət və süd məhsulları almaqdan çəkinirlər. Ekspertin sözlərinə görə, bu vəziyyətdə bahalaşma iqtisadi qanunlara ziddir, çünki normalda bir məhsula tələbat azalanda qiymət də enməlidir: “Bizdə isə əksinə baş verir. Azərbaycanda ət bazarını sanki gözəgörünməz bir qüvvə idarə edir. Bəzən heç bir əsas olmadan qiymətlər qalxır. Halbuki son vaxtlar ölkəyə xaricdən – Monqolustandan, Hindistandan, Rusiyadan çoxlu dondurulmuş ət idxal olunur. Bunlar keyfiyyətli məhsullardır. Belə olan halda, bazara ucuz ət daxil olanda qiymətlər düşməlidir, amma nədənsə enmir. Məsələn, bazarda kiloqramı 12 manata Monqolustan quzusu satılır, amma yerli quzu ətinin kiloqramının qiyməti 21–22 manatdan aşağı düşmür,” – deyə Həsənov vurğulayır.
Mütəxəssis hesab edir ki, əhali hələlik xaricdən idxal olunan ət məhsullarına etimad göstərmir: “Dondurulmuş ət yeməmək sadəcə stereotipdir. Əslində ölkədə ət istehlakı daha çox iaşə obyektlərində baş verir. Məsələn, bir qəssabxana sadə vətəndaşa gündə dörd quzu satırsa, bir restoran 20 quzu alır. Artıq bir çox restoranlar Monqolustan quzusu alır. Bu isə o deməkdir ki, yerli quzu satılmadığı üçün qiymət aşağı düşməlidir, amma bu baş vermir”.
Mircavid Həsənovun fikrincə, dabaq xəstəliyi ilə bağlı vəziyyət normallaşandan sonra qiymətlər tədricən ucuzlaşacaq: “Hazırda əksər təsərrüfatlarda xəstəlik var, satış azalıb. Amma bu, müvəqqəti haldır. Vəziyyət düzələndə qiymətlər də sabitləşəcək. Üstəlik, xaricdən ucuz ət idxalının təsiri özünü göstərəcək. Bu, bir növ Çin avtomobillərinin ölkəyə ilk gəlişinə bənzəyir. Əvvəllər hamı onları pisləyirdi, indi isə hər yerdə Çin maşınları satılır. Dondurulmuş ətlərə də zamanla etimad yaranacaq. Mən Monqolustandan gələn ətlərlə maraqlanmışam, çox keyfiyyətlidir, orqanikdir. Heyvanlar təbii şəraitdə yetişdirilir, heç bir qida əlavəsi istifadə olunmur”, – deyə ekspert qeyd edir.
İqtisadçı Xalid Kərimli vurğulayır ki, heyvanlarda yayılan xəstəlik səbəbindən bazarlara tətbiq edilən məhdudiyyətlər mal ətinin təklifini azaldır: “Bazar qanunlarına görə, təklif azaldıqda qiymətlər artır. Hazırkı məhdudiyyətlər bazara çıxarılan heyvan sayını azaldır və bu da qiymət artımına səbəb olur. Eyni zamanda, bu vəziyyət ənənəvi mal bazarlarının fəaliyyətinə mane olur və rəqabət mühitini dəyişir. Bu isə əlavə qiymətartırıcı amildir. Digər tərəfdən, alıcı davranışı da dəyişir. İnsanlar xəstəlik təhlükəsi səbəbindən bazarlardan çox, mağazalardan kəsilmiş ət almağa üstünlük verirlər. Mağazalara yönələn bu artan tələbat da qiymətləri yüksəldir. Nəticədə, mal ətinin bahalaşması balıq və toyuq ətinə olan tələbatı da artırır və bu, həmin məhsulların qiymətlərinə də təsirsiz ötüşmür”.
Ekspertin sözlərinə görə, qiymət artımının nə qədər davam edəcəyi birbaşa epidemiyanın gedişindən asılı olacaq: “Əgər xəstəlik qısa müddətdə nəzarət altına alınarsa, qiymətlər tədricən sabitləşə bilər. Amma xəstəlik uzun sürərsə, bu, ət bazarında daha uzunmüddətli bahalaşmaya gətirib çıxaracaq”.
Mənbə: “Kaspi” qəzeti
PAYLAŞIN:

Continue Reading

Previous: ABŞ rus qazını Avropadan “çıxarmağa” çalışır – Maliyyə Nazirliyi treyderi xəbərdar edib
Next: İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün iclasında çıxış edib

OXŞAR MÖVZULAR

gömrük-keçid

Quru sərhədlər bu şəxslər üçün açıla bilər

admin 17/04/2026
avto-b-

Azərbaycana avtomobil idxalı kəskin azalıb – Səbəb nədir?

admin 17/04/2026
mehkeme_2025_____

Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər – Qanun nə deyir? – VİDEO

admin 17/04/2026

XƏBƏR LENTİ

  • Əli Əsədovun biznes və tikinti imperiyası… 17/04/2026
  • İlham Əliyev Antalyada görüşlər keçirdi 17/04/2026
  • Quru sərhədlər bu şəxslər üçün açıla bilər 17/04/2026
  • İran öz uranını ABŞ-yə verir? – Tramp inamla iddia edir, Tehran susur… 17/04/2026
  • Deputat: Minimum əmək haqqında daha yüksək artımların olması məqsədəuyğun olardı 17/04/2026
  • Avropa “B planı”nı işə salır: Pərdəarxasında nələr müzakirə olunur? 17/04/2026
  • Azərbaycana avtomobil idxalı kəskin azalıb – Səbəb nədir? 17/04/2026
  • Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər – Qanun nə deyir? – VİDEO 17/04/2026
  • Ermənistanda bu şəxslər müharibəyə can atır – Ekspert 17/04/2026
  • Azərbaycan Avstriya və Avropa İttifaqı üçün, xüsusilə böhran şəraitində, dəyərli tərəfdaş olaraq qalır – Nazirlik 17/04/2026
  • Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb 17/04/2026
  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.