Skip to content
01/06/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Noyabr
  • 18
  • Azərbaycan bu halda Ermənistanla sülh sazişini imzalamayacaq

Azərbaycan bu halda Ermənistanla sülh sazişini imzalamayacaq

admin 18/11/2025
osce-1

 

Politoloq Fərhad Məmmədov Bakı ilə İrəvanın sülh xəttində baş verənlərlərlə bağlı suallarımızı cavablandırıb:

– Azərbaycanla Ermənistan arasında sülh və Zəngəzur dəhlizi, “TRIPP layihəsi”nin icrası ilə bağlı hazırkı durum nədən ibarətdir?

– Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizi məsələsini (TRIPP layihəsi) ləngitmir. Sadəcə olaraq onun obyektiv səbəbləri var. Buna səbəb isə ABŞ-də dövlət qurumlarının işləməməsi ilə bağlıdır. Amma buna baxmayaraq ABŞ dövlət katibinin müavini Ermənistana səfər edib. Artıq ABŞ-Ermənistan işçi qrupunun formalaşdırıldığı elan edildi. Belə olan halda Paşinyan da açıqlayıb ki, yaxın bir neçə ay ərzində əsas sənədlərin imzalanması, gələn ilin ikinci yarısında isə infrastruktur işlərinin başlanması planlaşdırılır. Yəni, Paşinyan da “TRIPP layihəsi”nin həyata keçirilməsində maraqlı olduğunu bəyan edib. O da erməni cəmiyyətinə praktiki nəticələri nümayiş elətdirmək istəyir. Buraya investisiyaların cəlb edilməsi, yeni iş yerlərinin açılması və eyni zamanda Azərbaycanla sülh gündəliyinin möhkəmləndirilməsi məsələləri daxildir.

– Ermənistandakı parlament seçkilərinin bir qədər önə çəkilməsi ilə bağlı fikirlər səslənir. Bu ehtimal nə dərəcədə əsaslıdır?

– Ermənistanda seçki prosesi ilə bağlı indi situasiya fərqlidir. Sonuncu bələdiyyə seçkilərində Paşinyanın təmsil olunduğu partiya 50 faizdən çox səs topladı. Bu isə onlarda müəyyən dərəcədə əminlik yaradır ki, görülən işlər öz nəticəsini verir. Gələn ilin iyununda keçiriləcək parlament seçkiləri bu müstəvidə baş tutacaq. Digər tərəfdən mülahizələr var ki, parlament seçkiləri bir neçə ay önə çəkilə bilər və s. Bu da bir ehtimaldır və bunu heç kəs inkar etmir. Amma hazırkı vəziyyətdə Paşinyan da nümayiş etdirdi ki, daxili seçki kontekstində öz istəklərinə nail ola bilir.

– Bakı ilə İrəvan arasında sülh xəttində əsas meyarlar hansılardır? Tərəflərin yekun sülh sənədinə imza atmasına nə mane olur?

– Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı vəziyyət mürəkkəbdir. Çünki Ermənistan konstitusiyası dəyişmədən, yəni buradan Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəalar çıxarılmadan sülh mümkün olmayacaq. Azərbaycan tərəfi də bu halda sülh sazişini imzalamayacaq.

– Bu halda hansı mexanizmlərdən istifadə edilə bilər?

– Ola bilər belə bir mexanizm formalaşsın ki, sülh sazişi Ermənistan konstitusiyasının müəyyən maddələrinin dəyişdirilməsi qeyd edilməklə imzalana bilər. Amma buna baxmayaraq Azərbaycan sülh gündəliyinə uyğun olaraq konkret addımlar atır. Hər kəs də əmindir ki, Azərbaycanın sülhlə bağlı mövqeyi ciddidir. Bu halda sülhlə bağlı əsas məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür, yəni hazırda “top” onlar tərəfdədir./teleqraf.com

PAYLAŞIN:

Continue Reading

Previous: Zəngilanda Əlaqələndirmə Qərargahının 5 illik fəaliyyətinə həsr olunan iclas keçirilib
Next: Nazirliklə teatr arasındakı qalmaqalda adı hallanan Əfsun Əhmədov kimdir?

OXŞAR MÖVZULAR

ai-azerb

Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik Dialoqu keçirilib

admin 21/05/2026
vuf-mundio

Dünya mediası WUF13-dən yazır – Fotolar

admin 21/05/2026
vuf-dmedia

WUF13 dünya mediasının diqqət mərkəzində qalmaqdadır

admin 19/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.