Skip to content
01/06/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Noyabr
  • 18
  • Zəngilanda Əlaqələndirmə Qərargahının 5 illik fəaliyyətinə həsr olunan iclas keçirilib

Zəngilanda Əlaqələndirmə Qərargahının 5 illik fəaliyyətinə həsr olunan iclas keçirilib

admin 18/11/2025
zengilan_iclas_esas

 

Prezidenti Administrasiyasının və işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Zəngilan şəhərində Qərargahın 5 illik fəaliyyətinə həsr olunmuş iclası keçirilib.

İclasda çıxış edən Samir Nuriyev dövlət başçısının birbaşa rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” Proqramının gerçəkləşdirildiyini bildirib.

Onun sözlərinə görə, Qarabağın və Şərqi Zəngəzurun bərpası, yenidən qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı işlər postmünaqişə dövründə tətbiq edilən ən sistemli və sürətli yenidənqurma modellərindən biri kimi beynəlxalq təcrübə üçün mühüm nümunədir.

Qərargah rəhbəri deyib ki, həyata keçirilən genişmiqyaslı layihələr regionun bütün inkişaf mənzərəsini köklü şəkildə dəyişib. Beş il ərzində dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilər üzrə 569 tədbirdə iştirak edib, müxtəlif təyinatlı 177 layihənin təməlini qoyub, 167 obyektin və infrastruktur layihəsinin açılışını edib.

Böyük Qayıdışın inteqrasiyalı yanaşma ilə təmin olunmasının real nəticələr verdiyi və artıq “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı”nın, 8 şəhərin Baş planının, 3 şəhərin isə Müfəssəl planının təsdiqləndiyi, Xankəndi, Xocalı, Ağdərə və Xocavənd şəhərlərinin Baş planlarının işlənilmə mərhələsində olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, Qarabağda və Şərqi Zəngəzurda aidiyyəti dövlət qurumları və yerli şirkətlər tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində 240 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib, 3 beynəlxalq hava limanı istifadəyə verilib, tikintisi nəzərdə tutulmuş ümumi uzunluğu 3501,6 kilometr olan avtomobil yolları üzrə 60 layihədən 16-sı tam, 1-i isə qismən icra edilib. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı baş tutub. Avtomobil yolları üzərində 28 tuneldə qazma işləri, 392 körpü və 9 viadukun tikintisi artıq başa çatıb. Dəmir yollarının tikintisi ilə bağlı 49 körpünün tikintisi planlaşdırılıb, onlardan 42 körpünün inşası başa çatıb, 3 körpü istismara verilib. Qarabağda və Şərqi Zəngəzurda 38 su elektrik stansiyası, 4 su anbarı, 14 elektrik yarımstansiyası istismara buraxılıb, 6 magistral qaz xətti, 1000 kilometrdən artıq yüksək gərginlikli elektrik verilişi xətləri çəkilib, 8 şəhərə, 20 kəndə və 1 qəsəbəyə qazın verilməsi təmin olunub. Bölgədə 1 xəstəxana, 19 ümumi, 7 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. Bundan əlavə, Xankəndi şəhərində Qarabağ Universiteti fəaliyyətə başlayıb.

İşğaldan azad olunmuş ərazilərin iqtisadi dirçəlişində əsas rol oynayan Ağdam və Cəbrayıl rayonundakı “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları salınıb. Hər iki parkda 50 müəssisə rezident, 7 müəssisə isə qeyri-rezident kimi qeydiyyata alınıb. Ümumi dəyəri 454 milyon manat olan layihələrin icrası çərçivəsində 185 milyon manat həcmində investisiya yatırılıb və 1057 yeni iş yeri yaradılıb. Parklarda fəaliyyətə başlamış rezidentlər tərəfindən 949,4 milyon manat məbləğində məhsul istehsal olunub. Ağdam Sənaye Parkı rezidentləri tərəfindən istehsal olunmuş məhsulların 39,5 milyon manatlıq hissəsi ixrac edilib.

Bütün bunlar bərpa və inkişaf proseslərinin praktiki nəticələrini göstərməklə yanaşı, dövlət başçısının ərazilərin bərpasına yönələn siyasətinin ardıcıllığını və bu istiqamətə olan yüksək diqqətini əks etdirir. Görülən işlərin nəticəsində hazırda dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsil alanlar da daxil olmaqla, işğaldan azad edilmiş ərazilərdə 62 mindən çox insan yaşayır və fəaliyyət göstərir.

Qərargah rəhbəri bölgənin münbit torpaq və əlverişli iqlim şəraiti ilə seçildiyini, bunun da ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı üçün geniş imkanlar yaratdığını və bu istiqamətdə müvafiq işlərin aparıldığını bildirib.

Daha sonra iclasın gündəliyinə uyğun olaraq, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində işğaldan azad edilmiş ərazilərdə yaşayış məntəqələri üzrə həyata keçirilən işlər barədə məlumatlar təqdim edilib. Bundan əlavə, ərazilərdə tikinti layihələrinin hazırlanmasına, tikinti-quraşdırma işlərinin aparılmasına dövlət nəzarətinin həyata keçirilməsi, fövqəladə hallara qarşı dayanıqlılığın, əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi, kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadənin və rəqabətqabiliyyətli aqrar istehsalın təşkili, mədəni, tarixi və dini abidələrin bərpası və qorunması istiqamətlərində görülən işlər barədə məruzələr dinlənilib.

İclasın sonunda Azərbaycan Prezidenti tərəfindən qarşıya qoyulan vəzifələrin icrasından irəli gələrək zəruri tədbirlərin görülməsi iclas iştirakçılarının diqqətinə çatdırılıb və müvafiq tapşırıqlar verilib. Bildirilib ki, Böyük Qayıdışın uğurla davam etdirilməsi üçün koordinasiya, innovasiya və şəffaflıq prinsipləri daim ön planda saxlanılmalıdır.

Səfər çərçivəsində Zəngilan şəhəri ərazisində bir sıra obyektlərə, o cümlədən Zəngilan şəhər məscidinə, Zəngilan şəhər yaşayış kompleksinə və məktəb binasına baxış keçirilib. Bundan əlavə, Əlaqələndirmə Qərargahının üzvləri Zəngilan Hotel Kompleksində görülən işlərlə tanış olublar.

Daha sonra “Dost Agro Park”a aid əkin sahələrindəki dairəvi (pivot) suvarma sistemlərinə, həmin parkın heyvandarlıq kompleksinə, Ağalı kəndinin sakinləri üçün parselləşmə aparılmış kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə və “Şirin Aqro” QSC bağçılıq ərazisinə baxış keçirilib.

Qərargahın üzvləri, həmçinin Zəngəzur dəhlizində avtomobil yolunun və dəmir yolu xəttinin, eyni zamanda, Araz çayı üzərində tikilən Ağbənd-Kəlalə körpüsünün inşası prosesi ilə tanış olublar. Onlara Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısı, Araz çayı üzərində inşa edilən körpüdə və Zəngəzur dəhlizinin tərkib hissəsi olan Horadiz-Ağbənd avtomobil və dəmir yollarının inşası, eləcə də müvafiq buraxılış məntəqəsinin tikintisi ilə bağlı planlaşdırılan işlər, o cümlədən gömrük nəzarətinin təşkilinə və infrastrukturun yaradılmasına dair mövcud vəziyyət barədə məlumatlar təqdim olunub.

Zəngilanda Əlaqələndirmə Qərargahının 5 illik fəaliyyətinə həsr olunan iclas keçirilib (FOTO)Zəngilanda Əlaqələndirmə Qərargahının 5 illik fəaliyyətinə həsr olunan iclas keçirilib (FOTO)Zəngilanda Əlaqələndirmə Qərargahının 5 illik fəaliyyətinə həsr olunan iclas keçirilib (FOTO)

Zəngilanda Əlaqələndirmə Qərargahının 5 illik fəaliyyətinə həsr olunan iclas keçirilib (FOTO)Zəngilanda Əlaqələndirmə Qərargahının 5 illik fəaliyyətinə həsr olunan iclas keçirilib (FOTO)
PAYLAŞIN:

Continue Reading

Previous: Dələduzluqda ittiham olunan şəxs necə rəis təyin olundu? – ETSN hələ da susur…
Next: Azərbaycan bu halda Ermənistanla sülh sazişini imzalamayacaq

OXŞAR MÖVZULAR

ai-azerb

Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik Dialoqu keçirilib

admin 21/05/2026
vuf-mundio

Dünya mediası WUF13-dən yazır – Fotolar

admin 21/05/2026
vuf-dmedia

WUF13 dünya mediasının diqqət mərkəzində qalmaqdadır

admin 19/05/2026

XƏBƏR LENTİ

  • Pezeşkian istefa məktubu yazıb? – Prezident Administrasiyası açıqladı 01/06/2026
  • Ölüm faktının rəsmiləşdirilməsində problem: Məhkəmə qərarlarının sayı niyə artır? 01/06/2026
  • DİM saxta hesablar vasitəsilə vətəndaşların aldadılması barədə xəbərdarlıq edib 01/06/2026
  • Azərbaycanda kart ödənişləri üzrə komissiya limitləri qüvvəyə mindi 01/06/2026
  • Bioloji aktiv qida məhsullarının qeydiyyatı ilə bağlı yenilik 01/06/2026
  • İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 01/06/2026
  • Tramp: İranla saziş, əsasən, Tehranın nüvə proqramına həsr olunub 01/06/2026
  • Putin üçün geri sayım başlayıb – Kreml üçün təhlükə artıq Ukrayna deyil … 01/06/2026
  • Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 01/06/2026
  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.