Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Noyabr
  • 19
  • ƏBÜLFƏS QARAYEVİN “LONDON MÜHAZİRƏLƏRİ”… – Sabiq nazir ingilislərə nədən “dərs” keçir?

ƏBÜLFƏS QARAYEVİN “LONDON MÜHAZİRƏLƏRİ”… – Sabiq nazir ingilislərə nədən “dərs” keçir?

admin 19/11/2025
83064a90-d2cd-4b5c-8d9a-258a095f4b15

 

Sabiq mədəniyyət naziri Əbülfəs Qarayev bir həftədir ki, Londondadır. Bunu özü deyib. Məsələ ondadır ki, iki gün əvvəl mətbuatda Qarayevin 69 yaşını Bakıda təmtəraqlı şəkildə qeyd etdiyi barədə məlumatlar dərc edilmişdi. Lakin sabiq nazir bu xəbərləri təkzib edib. Sən demə, nə ad günü, nə təmtəraq…? Kişi İngiltərə paytaxtındaymış. Özü də özünün dediyinə görə, Londona “mühazirə deməyə” gedibmiş…

Təbii ki, sabiq nazir mühazirə söhbətini 99 faiz, sadəcə, ona sual verən jurnalisti və bunu oxuyan cəmiyyəti “azdırmaq” xatirinə ortalığa atıb. Bütün sabiqlər və bəzi indikilər kimi, onun da Avropa paytaxtlarının birində, hətta bir neçəsində mülkünün, biznesinin olduğu şübhə doğurmur və bu cür səfərlər də adətən, məhz həmin yerlərə baş çəkmək üçündür…

Yoxsa, ingilislərin nəyinə lazımdır Qarayevin mühazirəsi? Nədən danışa bilər axı Qarayev onlara? Vaxtı ilə rəhbərlik etdiyi nazirlikdə baş verən korrupsiya, büdcə talançılığı və saxtakarlıqdan başqa hansı fövqəladə bilikləri və təcrübəni bölüşə bilər?

Yaşı 70-i haqlayan və bu illərin 12-ni İdman və Gənclər, 14-nü Mədəniyyət naziri postunda keçirən Qarayevin idmana, mədəniyyətə, incəsənətə 14 qram xeyri dəymədiyi halda, onun bu vəzifədə olduğu dövrdə nazirlik xətti ilə büdcədən on milyonlar, yüz milyonlarla pul oğurlanıb. Təkcə rəsmi istintaqın nəticəsinə görə başçılıq etdiyi nazirlikdə onun müavini Rafiq Bayramov, şöbə müdiri Zakir Sultanov da daxil olmaqla xeli sayda məmur həbs olunub. Lakin Azərbaycan reallığlında əksər hallarda olduğu kimi, bu adamların korrupsiya, talançılıq əməllərinin sübut edilməsinə, hətta bütün bunların nazirin məlumatı və nəzarəti altında həyata keçirildiyinə dair istintaqa ifadələr verilməsinə baxmayaraq, nazir özü məsuliyyətdən kənarda qaldı.

Ə.Qarayevin sabiq müavini Rafiq Bayramov istintaq zamanı regional mədəniyyət idarələrinin rəislərindən, həmçinin tenderlərdə qalib gələn şirkətlərdən aldığı bütün pullardan nazir Əbülfəs Qarayevin xəbərinin olduğunu və pulları şəxsən ona verdiyini demişdi. Zakir Sultanov da ifadəsində deyib ki, aldığı rüşvətin 2,5 milyon manatdan çoxunu şəxsən Qarayevə verib. Bu, sadəcə bir epizod üzrə olan cinayətdir…

Ancaq Qarayev fəaliyyəti dövründəki talançılıqla bağlı sualı cavablandırarkən deyib ki, “günahkarlar öz cəzasını çəkiblər”. Yəni ki, günahı əməkdaşlarının, müavinlərinin üstünə atıb, öz yaxasını isə kənara çəkib.

Yəqin, ingilislərə oxuyacağı mühazirələrdə də məhz bu “istedadının” – rəhbərlik etdiyi nazirlikdə min cür “zibil törədilməsinə”, dövlətin, büdcənin, xalqın talanmasına baxmayaraq aradan çıxmağın, yəni, “sudan quru çıxmağın” sirlərini açacaq…

Acı reallıq ondan ibarətdir ki, Azərbaycanın məmur-oliqarx mühitində utanmazlıq və “bacarana baş qurban” prinsipi başlıca prinsip kimi hələ də “at oynadır”. Rəhbərlik etdiyi nazirlikdə, komitədə, icra hakimiyyətində və s. müavinindən az qala xadiməsinə qədər xeyli sayda adam korrupsiyaya görə həbs edildiyi halda, belə cinayətlərin əsas iştirakçıları, Azərbaycan cəmiyyətinin dövlətə, ədalətə, gələcəyə inamına sarsıdıcı zərbə vuran şəxslər oğurladıqları pullarla londonlarda, parislərdə gəzir, ad günü keçirir, kef edir, biznes qurur, mülk alır və sair. Təəssüf ki, Azərbaycandakı bu reallıq dəyişmədikcə, hələ çox qarayevlər, qaralovlar, həsənovlar, mahmudovlar və s. görə bilərik…

PAYLAŞIN:

Continue Reading

Previous: Zəngəzur dəhlizinin statusu açıqlandı
Next: Mədəniyyət Nazirliyinə ağır ittihamlar: Araşdırma başladı – Nə baş verir?

OXŞAR MÖVZULAR

natiq-şam2

Kağız üzərində təhsil və paralel iş qalmaqalı

admin 16/04/2026
abdin-asif

Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır

admin 16/04/2026
kqafarov

Biznesmen deputatın puç olan xəyalları və…

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.