Skip to content
01/06/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Noyabr
  • 20
  • Məktəblər tətilə çıxdılar, tıxaclar qismən azaldı: Monitorinq aparılırmı?

Məktəblər tətilə çıxdılar, tıxaclar qismən azaldı: Monitorinq aparılırmı?

admin 20/11/2025
tixac-baki

 

Bir neçə gündür orta məktəblərdə tətildir və bu səbəbdən paytaxtın küçə və prospektlərində nəqliyyatın sıxlığı qismən azalıb. Vətəndaşlar, ekspertlər bundan çıxış edərək isə sosial şəbəkələrdə yazırlar ki, tıxacların əsas səbəblərindən biri də məhz təhsil müəssisələrində dərslərin eyni vaxtda başlamasıdır. Həmçinin bu fonda iş, dərs saatlarının dəyişkən qrafiklə olması məsələsi yenidən gündəmə gəlib.

Qeyd edək ki, bu məsələ “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nda da nəzərdə tutulub. Bəs bunun icrası niyə ləngiyir?

Məsələ ilə bağlı danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, ümumiyyətlə, ölkədə ictimai nəqliyyatın vəziyyəti arzuolunan səviyyədə deyil.

Məktəblər tətilə çıxdılar, tıxaclar qismən azaldı: Monitorinq aparılırmı?

O qeyd edib ki, tıxaclara alternativlər yaradılmalıdır:

“İnsanlara rahat hərəkət etməsi üçün çeşidli, üstünlüyü təmin edən ictimai nəqliyyat növləri təqdim etməliyik. Əks halda, iş qrafikinin dəyişdirilməsinin ciddi təsiri olmayacaq. Qısa məsafəli mikromobillik zolaqları çəkilir. Dövlət Proqramında piyada infrastrukturu ilə bağlı qeyd olunan planda hər hansısa irəliləyiş yoxdur”.

Ekspert əlavə edib ki, Bakı kimi böyük şəhərlərin yükünü relsli nəqliyyat növləri daşıya bilər:

“2024-cü ildən başlayaraq Bakı şəhərində ayrılmış mikromobillik zolaqları ilə yanaşı, avtobus yolu şəbəkəsi formalaşır. Lakin Bakı kimi böyük şəhərlərin yükünü relsli nəqliyyat növləri – metro, şəhərətrafı elektrik qatarları daşıya bilər. Həmçinin Dövlət Proqramında nəzərdə tutulub ki, 2030-cu ilə qədər paytaxt yollarında tramvay xətləri də çəkilsin. Bundan başqa icra olunan tikinti layihələrində də müasir texnologiyaların tətbiqi vacibdir. Bu layihələr insanların hərəkətinə mane olmamalı, ətraf mühitə təsir etməməlidir. Şəhərdə hər hansısa hərəkət növünün bağlanması nəqliyyat axınlarının qarşısını alır. Məsələn, Xırdalan-Sumqayıt marşrutu üzrə hərəkət edən qatarın 15 sentyabrdan etibarən fəaliyyətini dayandırması insanların avtobus və avtomobillərə üz tutmasına səbəb olur. Həmçinin relsli nəqliyyat ona görə vacibdir ki, bir qatarın daşıma gücü və istismar müddəti daha çoxdur. Düşünürəm ki, investisiyalar relsli növlərə daha çox ayrılmalıdır”.

R.Ağamirzəyev vurğulayıb ki, bütün hərəkət növləri üzrə şərait yaradılmalıdır ki, vətəndaşlar istifadə edəcəkləri nəqliyyat növlərini özləri seçsinlər:

“Hərəkət növlərinin önündə maneə varsa, bunu edənlərə qarşı sərt cərimə sanksiyaları tətbiq olunmalıdır. İkinci halda, qayda pozuntuları daha çox piyada infrastrukturunda müşahidə olunur. Piyada keçidləri, səkilərdə qanunsuz parklanma var ki, bu da insanların hərəkətinə mane olur. Buna qarşı sərt tədbirlər vacibdir ki, doğru vərdişlər formalaşsın və mədəniyyətə çevrilsin. Mərhələli şəkildə hərəkət növləri inkişaf etdirilməlidir və bu gün olanlar da zəbt hallarına qarşı qorunmalıdır. Valideynlərin şəhər mərkəzindəki məktəblərə maraq göstərməsinin qarşısını almaq üçün isə onların yaşadıqları ərazilərdə təhsil müəssisələrinin keyfiyyətini artırmaq lazımdır”.

Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) də sorğu verdik. Qurumdan bildirildi ki, iş qrafikinin dəyişkən olması məsələsi ilə bağlı mövqe bildirmək onların səlahiyyətində deyil.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edilib: “Aparılan təhlillər onu deməyə əsas verir ki, tətil günlərdə paytaxtda nəqliyyat sıxlığı olan yolların sayında azalma müşahidə edilir. Təhlillərin nəticəsi yaxın günlərdə ictimaiyyətə açıqlanacaq”.

PAYLAŞIN:

Continue Reading

Previous: Dövlət hesabına verilmiş ipoteka kreditlərinin məbləği açıqlandı
Next: Hansı pensiyaların məbləği artırıla bilər? – Pensiya alanların sayı kəskin azalıb

OXŞAR MÖVZULAR

28may

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur

admin 28/05/2026
bayram_qurban_1211646

Azərbaycanda Qurban bayramı qeyd olunur

admin 27/05/2026
b95b8252aea94a52217e7a7839d12d68_284822736_0_91_3078_1822_1920x0_80_0_0_4404ed5b9fa9e56e258d5bc2e8904d50.jpg

Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu

admin 26/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.