Skip to content
20/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Noyabr
  • 21
  • Ukraynanın kapitulyasiya planı: Zelenski Türkiyəyə ümid edir

Ukraynanın kapitulyasiya planı: Zelenski Türkiyəyə ümid edir

admin 21/11/2025
ukrayna-xerite-yeni (1)

 

ABŞ və Rusiyanın Ukraynada “sülh adı” ilə hazırladığı 28 bəndlik planda Moskvanın maksimalist tələbləri əks olunur. Planın dəqiq detalları bəlli deyil, lakin mediada yayılan məlumatlarda doğruluq payı çoxdur.

“Röyters”, “FT”, “Axios”, “Telegraph” kimi nüfuzlu nəşrlərin sənədlərlə tanış olan mənbələrə istinadən yaydığı məlumatlar Ukrayna qarşısında irəli sürülən tələblər haqqında təsəvvürlər yaradır:

– Ukrayna Donbasda nəzarət etdiyi ərazilərdən Rusiyanın xeyrinə imtina etməlidir;

– Silahlı Qüvvələrinin sayını yarıya qədər azaltmalı, strateji silahlardan, misal üçün, Moskva və Sankt-Peterburqa çata bilən uzaqmənzilli sistemlərdən imtina etməlidir;

– Rus dilini rəsmi dil elan etməli, Rus Pravoslav Kilsəsinə rəsmi status verilməlidir;

– Xarici qoşunların Ukrayna ərazisinə daxil olmasına icazə verilmir;

– Xarici diplomatların istifadə etdiyi təyyarələrin Ukraynaya uçuşu yasaqlanır.

“Telegraph” yazır ki, Tramp Donbası Rusiyaya “icarəyə” vermək istəyir. Donbas Ukraynanın ərazisi kimi tanınır, lakin reallıqda Moskvanın nəzarətinə keçir və Rusiya öz torpaqlarına çıxışı itirən Kiyevə “torpaq vergisi” ödəyir.

Ukrayna üçün ən vacib məsələ olan “təhlükəsizlik zəmanəti”nin planda yer almaması suallar yaradır. “Xarici qoşunların Ukrayna ərazisinə daxil olmasına icazə verilməməsi” daha öncə gündəmdə olan “Avropa qoşunlarının təmas xəttinə yerləşdirilməsi” məsələsini gündəmdən çıxarır. Hərçənd, Kiyevin ərazi güzəştləri qarşılığında ala biləcəyi ən real “təhlükəsizlik zəmanəti” bundan ibarət idi. Ağ Evin planı fərqlidir:

– Müharibə dayanır və münaqişə dondurulur;

– ABŞ-ın bölgəyə investisiya yatırımı “təhlükəsizlik zəmanəti” rolunu oynayır: Kiyevlə imzalanan “yeraltı sərvətlərlə bağlı saziş”də də analoji yanaşma var idi. İstisna deyil ki, Rusiyaya “icarəyə” verilməsi nəzərdə tutulan Donbasda faydalı qazıntıların istismarında da amerikalı şirkətlər iştirak edəcək; Moskva daha öncə belə bir təkliflə çıxış etmişdi.

Ukraynanın bu planı qəbul etməyəcəyi məlumdur, lakin Kiyevin müqavimət imkanları nə qədərdir?

Cəbhədə vəziyyətin böyük itkilərə baxmayaraq, Rusiyanın xeyrinə olduğu, Ukraynanın isə canlı qüvvə problemləri ilə üzləşdiyi haqda məlumatlar var. Buna baxmayaraq, Kiyevin müqavimətini daha öncə olduğu kimi, bu dəfə də Avropanın mövqeyi müəyyən edəcək.

Və baş verənlərdə ən həlledici məqam da burada önə çıxır: Avropanın prosesə müdaxilə cəhdləri daha zəif müşahidə edilir. Bu fikri gücləndirən iki məqam diqqətçəkəndir.

Birincisi, Zelenskini çətin vəziyyətə salan korrupsiya qalmaqalıdır: Ukraynada daha öncə də belə qalmaqallar baş verib, lakin indi – ölkənin güzəştlərə məcbur edildiyi plan fonunda ortaya çıxmasının konkret hədəfləri görünür. Avropanın Zelenskiyə dəstəyini azaltmaq, dəstəksiz qalan Kiyevi razılaşmaya məcbur etmək.

İkincisi, Zelenski sülh danışıqları üçün Avropaya yox, məhz Türkiyəyə getdi: bu, Kiyevdə Brüsselin prosesə müdaxilə edəcəyi, yaxud etmək istəyəcəyi inamının az olması deməkdir;

Kiyev mümkün “sülh planı” ilə bağlı danışıqlardan maksimum az zərərlə çıxmaq üçün Ankaranın dəstəyinə ümid edir. İstisna deyil ki, mümkün danışıqlar masasında 28 bəndlik plana korektlər ediləcək. Əslində bir sıra bəndlərin – “rus dilinin rəsmi dil elan edilməsi, Rus Pravoslav Kilsəsinə rəsmi status verilməsi”, “xarici diplomatların istifadə etdiyi təyyarələrin Ukraynaya uçuşunun yasaqlanması” və s. – əsas güzəştlərin əldə edilməsi üçün Kiyevin “xeyrinə” imtina edilmək məqsədilə plana daxil edildiyi görünür.

Müəllif
Asif Nərimanlı
PAYLAŞIN:

Continue Reading

Previous: “Forbes”: ABŞ-nin Azərbaycanla tərəfdaşlığı ölkənin regiondakı strateji rolundan qaynaqlanır
Next: Trampın Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün 28 maddəlik sülh planı – TAM MƏTN

OXŞAR MÖVZULAR

hormuz_ship_tanker_hormuz

ABŞ-nin dəniz piyadaları İran gəmisini nəzarətə götürüb

admin 20/04/2026
uran-iir

İran öz uranını ABŞ-yə verir? – Tramp inamla iddia edir, Tehran susur…

admin 17/04/2026
ai-b

Avropa “B planı”nı işə salır: Pərdəarxasında nələr müzakirə olunur?

admin 17/04/2026

XƏBƏR LENTİ

  • Abituriyentlər ən çox hansı ixtisas qrupuna müraciət edirlər? 20/04/2026
  • Heyvanlar sürətlə necə kökəldilir? – Baytar “kökəltmə iynələri”nin təsirini izah edir 20/04/2026
  • NATO zəifləsə, Avropanı nə gözləyir? – Ekspertdən xəbərdarlıq 20/04/2026
  • Pulu daha çox nəyə XƏRCLƏYİRİK? 20/04/2026
  • Prezident İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 20/04/2026
  • ABŞ-nin dəniz piyadaları İran gəmisini nəzarətə götürüb 20/04/2026
  • Fərid Şəfiyev: Azərbaycan Mərkəzi Asiyanı qlobal bazarlarla birləşdirən əsas qapı rolunu oynayır 20/04/2026
  • Azərbaycanda I rübdə 16 sahibkara “Startap” şəhadətnaməsi verilib 20/04/2026
  • Mülkümü “REKET”LƏR ƏLİMDƏN ZORLA ALIR, ölümlə TƏHDİD EDİLİRƏM -Fərqanə Abbasovadan ŞOK ŞİKAYƏT 20/04/2026
  • Əli Əsədovun biznes və tikinti imperiyası… 17/04/2026
  • İlham Əliyev Antalyada görüşlər keçirdi 17/04/2026
  • Quru sərhədlər bu şəxslər üçün açıla bilər 17/04/2026
  • İran öz uranını ABŞ-yə verir? – Tramp inamla iddia edir, Tehran susur… 17/04/2026
  • Deputat: Minimum əmək haqqında daha yüksək artımların olması məqsədəuyğun olardı 17/04/2026
  • Avropa “B planı”nı işə salır: Pərdəarxasında nələr müzakirə olunur? 17/04/2026
  • Azərbaycana avtomobil idxalı kəskin azalıb – Səbəb nədir? 17/04/2026
  • Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər – Qanun nə deyir? – VİDEO 17/04/2026
  • Ermənistanda bu şəxslər müharibəyə can atır – Ekspert 17/04/2026
  • Azərbaycan Avstriya və Avropa İttifaqı üçün, xüsusilə böhran şəraitində, dəyərli tərəfdaş olaraq qalır – Nazirlik 17/04/2026
  • Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb 17/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.