Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Noyabr
  • 25
  • Əhalimiz azalır: Bu ailələrə yardım paketi olacaq?

Əhalimiz azalır: Bu ailələrə yardım paketi olacaq?

admin 25/11/2025
usaq-aile

 

Azərbaycanda son illərdə təbii artımda ciddi ləngimə müşahidə olunur. İllik demoqrafik dinamika əvvəlki illərlə müqayisədə xeyli zəifləyib və əhali artımında geriləmə qeydə alınıb. Belə şəraitdə çoxuşaqlı ailələr üçün tətbiq olunan sosial imtiyazların genişləndirilməsi demoqrafik siyasətin vacib elementinə çevrilə bilər.

Bu sözləri açıqlamasında sosioloq Üzeyir Şəfiyev ölkədə 5 uşaqlı ailələrə şamil edilən imtiyazların 3 uşaqlı ailələrə də tətbiq edilməsi təklifini şərh edərkən deyib.

“Son 5 ildə ümumi əhalimiz təxminən 39 min nəfər azalıb. 2023-cü ildə təbii artım 15% aşağı düşmüşdü, 2024-cü ildə də oxşar tendensiya davam etdi. Sosial Xidmət haqqında Dövlət Proqramının Preambulasına da demoqrafik ləngimə açıq şəkildə daxil edilib. Son 22 ildə əhali cəmi 26,4% artıb, amma ahıl insanların sayı 40% yüksəlib. Bu, çox böyük fərqdir və ölkənin qocalma riski ilə üzləşdiyini göstərir”, – ekspert bildirib.

Onun sözlərinə görə, hazırda 5 və daha çox uşağı olan ailələrin sayı çox azdır və bu da demoqrafik dirçəliş üçün yetərli baza yaratmır:

“2019-cu ildə 5 və daha çox uşağı olan ailələrin sayı cəmi 16 min idi, bu rəqəm indi daha da azalıb. Əgər dövlət statistik olaraq təbii artımda ciddi geriləməni təsdiqləyirsə, stimullaşdırıcı mexanizmlər qaçılmazdır. 5-dən çox uşağı olan ailələr üçün nəzərdə tutulan imtiyazların 3 uşaqlı ailələrə də şamil edilməsi insanların ailə planlamasına təsir edəcək. Bu, demoqrafik təşviq alətlərindən biridir”.

Sosioloq əlavə edib ki, Türkiyədəki kimi hər uşağa görə diferensial sosial müavinət sistemi də tətbiq edilə bilər. Onun fikrincə, belə alətlər orta və uzunmüddətli dövrdə əhali artımını canlandıra bilər.

Şəfiyev eyni zamanda dövlət üçün yarana biləcək maliyyə yükünə də toxunub:

“3 uşaqlı ailələrin sayı daha çox olduğundan, təbii ki, dövlət üçün əlavə maliyyə xərci yaranacaq. Amma bu, strateji prioritetdir. İnsan kapitalı güclü olmayan ölkənin iqtisadi inkişafı da zəifləyir. Əhalinin qocalması əmək resurslarının azalmasına və iqtisadi yavaşlamaya gətirib çıxara bilər. Ona görə bu sahədə uzunmüddətli, dayanıqlı tədbirlər görülməlidir”.

Sosioloq sonda əlavə edib ki, əhali artımını qorumaq və gücləndirmək üçün həm sosial müavinətlərin diferensial şəkildə bərpası, həm də çoxuşaqlı ailə statusunun genişləndirilməsi vacib addımlardan biri ola bilər.

PAYLAŞIN:

Continue Reading

Previous: Şirvan Apellyasiya Məhkəməsində gərginlik – Vəkil Məhkəmə-Hüquq Şurasına müraciət etdi
Next: Vatikanda Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə edildi

OXŞAR MÖVZULAR

erzaq-pul

Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO

admin 15/04/2026
ictimaineqliyyat

Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir

admin 15/04/2026
emlak-ev

Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir?

admin 15/04/2026

XƏBƏR LENTİ

  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026
  • Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır 15/04/2026
  • Orban getdi: “Politico” Avropa İttifaqını “dağıda biləcək” 5 lideri açıqladı 15/04/2026
  • Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir? 15/04/2026
  • İran böhranı böyüyür – “Dünya ikinci şoku yaşayacaq” 15/04/2026
  • Ali Məhkəmə: Uşaqla ünsiyyətə icazə verməyən valideyndən mənəvi zərər tutula bilər 15/04/2026
  • Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır (FOTO) 15/04/2026
  • Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb 15/04/2026
  • Varlı azərbaycanlıların yeni modası – xaricdə doğuş 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.