Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Noyabr
  • 25
  • Ermənilərin Bakıdan apardığı ƏSAS mesaj – Azərbaycan üçün müharibə bitib, amma…

Ermənilərin Bakıdan apardığı ƏSAS mesaj – Azərbaycan üçün müharibə bitib, amma…

admin 25/11/2025
azordu

 

21-22 noyabr tarixində bir qrup erməni vətəndaş cəmiyyəti təmsilçisi “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Bakıda oldu. Qayıdan baş nümayəndə heyətinin üzvü Areq Koçinyan İrəvanda jurnalistlərlə görüşdə öz təəssüratlarını bölüşüb, bəzi diqqətçəkən açıqlamalar verib.

Məsələn, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşdən danışan Koçinyan rəsmi Bakının Ermənistan ictimaiyyətinə bir neçə mesajın çatdırılmasını xahiş etdiyini deyib. Sitat: “Hacıyev vurğuladı ki, Azərbaycan-Ermənistan münaqişəsi artıq Azərbaycan üçün mövcud deyil, bitib. Onlar müharibəsiz, sülh vəziyyətinə əsaslanan bir dünya qurmaq, bizimlə hərtərəfli və uzunmüddətli sülhə can atmaq istəyirlər. Digər mesaj budur ki, Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur”…

Haqlı və qalib tərəf kimi Azərbaycan üçün müharibənin bitdiyi məntiqli və normal. Çünki ərazi bütövlüyümüzü və suverenliyimizi tam təmin etmişik. Bizə yeni savaş lazım deyil. Bəs Ermənistan üçün necə, müharibə bitdimi?

Təəssüf ki, söyləmək çətindir. Birinci ona görə ki, bu ölkənin konstitusiyasında “Dağlıq Qarabağ” hələ də Ermənistan ərazisi hesab olunur. İkincisi, elə həm də bu səbəbə erməni cəmiyyətində Türkə nifrət qalmaqdadır. Guya Azərbaycan “artsaxı” işğal edib. Üstəgəl, “Türk” sözü bu toplumda günü bu gün belə, təhqir kimi istifadə olunur.

Bu qənaətlərimizdə dəqiqlik dərəcəsi yəqin ki, qonşu ölkədə konstitusiya ilə bağlı keçiriləcək referendumdan sonra biləcəyik. Ona qədər isə Azərbaycan və Türkiyə ilə barışıq tərəfdarları ilə müharibə tərəfdarları arasında ideoloji savaş getdikcə qızışacaq…

Əlbəttə, bunca olub-keçənlərdən, faciə-müsibətlərdən, xüsusən də erməni vəhşiliklərindən sonra iki xalqın barışığı asan məsələ deyil. Bakıda olmuş ermənilər də bunun yaxşı fərqindədir.

“35 illik qarşıdurmanın yaratdığı emosional fonu aradan qaldırmaq üçün hələ çox iş görülməlidir”. Bunu da ötən həftə Bakıda olmuş Koçinyan söyləyib. “Əgər biz keçmişə qayıdıb, kim nə deyib, nə edib, kim necə davranıb, bunları saymağa başlasaq, bu, heç bir yerə aparmayacaq. Bu məsələdə azərbaycanlı tərəfdaşlarımızla müəyyən qarşılıqlı anlayış var”, – erməni QHT-ci qeyd edib…

Yəni qabağa baxmaq imperativi. Hansı qabiliyyət ki, ilk növbədə elə erməni toplumuna gərəkdir. Ona görə ki, xarici havadarının diktəsi ilə Qarabağda “ocağı” qalayan, onu on illərlə körükləyən məhz erməni tərəfidir. Bu mənada Koçinyanın söylədiyində həqiqət var.

Onun sözlərinə görə, qonşu ölkədəki bəzi siyasi dairələr “cəmiyyətdəki qəzəb, məyusluq və qorxu hissindən siyasi məqsədlər üçün sui-istifadə etməyə çalışır” və bu, “çox iyrənc haldır”. Ardınca o sərt şəkildə bildirib: “Ermənistan siyasi meydanında azərbaycanlı-erməni və türk-erməni münasibətlərinin tənzimlənməsinə qarşı çıxan hər kəs ya xarici agentdir, ya nankordur, ya da nə danışdığını başa düşməyən apolitik sarsaqdır”.

Bu yerdə yada salaq ki, hələ ermənilər Bakıda ikən daşnakların lideri İşxan Saqatelyan onları öz millətindən saymayaraq, “Bakı və Ankaranın agentləri” adlandlrmışdı. Yəni nə qədər ki, Ermənistanda Saqatelyan kimi apolitik sarsaqlar, xalqların barışığına çalışanları xain sayanlar var, böyük sülhə də hələ var…

Azərbaycan üçün müharibənin bitməsinə gəlincə, bu, heç də o demək deyil ki, Bakı öz hərbi qüdrətinə laqeyd yanaşacaq. Son vaxtlar iki xalq arasında etimad addımları artsa da, biz hansı toplumla qonşu olduğunuzu əsla unuda bilmərik. O toplum ki, böyük ölçüdə Türkə nifrətlə yaşayır, revanşist hisslərdən və “miatsum” virusundan tam qurtulmayıb. Konstitusiyasını beynəlxalq hüquqa uyğunlaşdırmayıb.

Nəhayət, Azərbaycan “sülh istəyirsənsə, müharibəyə hazır ol” klassik və müdrik məsləhətini də daima ciddiyə alır və alacaq. Səbəbləri artıq sıraladıq…/musavat.com

PAYLAŞIN:

Continue Reading

Previous: Rutte Azərbaycanın adını Gürcüstana niyə xatırlatdı? – Konfliktoloq
Next: Ağdamda maşın bazarı – Reallıqdır, yoxsa arzu?

OXŞAR MÖVZULAR

azal-mbraer

Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ)

admin 15/04/2026
usa-iran-fl

ABŞ və İran razılaşmadı: bundan sonra nə baş verə bilər?

admin 13/04/2026
putin-zl

“Putinin çıxışı bu niyyətləri bir daha ifşa etdi…” – “Rusiya Qarabağı “unutmursa”, Bakıda da Şimali Qafqazı xatırlayacaqlar”

admin 10/04/2026

XƏBƏR LENTİ

  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.