Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Noyabr
  • 26
  • ADB Azərbaycana “ağıllı enerji” və rəqəmsal infrastrukturun inkişafı üçün layihələrin hazırlanmasında kömək edəcək

ADB Azərbaycana “ağıllı enerji” və rəqəmsal infrastrukturun inkişafı üçün layihələrin hazırlanmasında kömək edəcək

admin 26/11/2025
6805eda2519246805eda25192517452189786805eda2519226805eda251923

 

Asiya İnkişaf Bankı (ADB) Azərbaycan da daxil olmaqla dörd ölkəni əhatə edən “Asiya və Sakit Okean regionunda artımın və yeni istiqamətlərin stimullaşdırılması” regional layihəsi çərçivəsində texniki yardımın ayrılmasını təsdiqləyib.

Layihə bir neçə əsas sektora dəstək göstərməyə yönəlib.

Buraya kənd təsərrüfatı, təbii ehtiyatlar və kənd yerlərinin inkişafı (aqrar siyasət, institusional inkişaf, potensialın artırılması); energetika sektoru (elektrik enerjisinin ötürülməsi və paylanması, enerji səmərəliliyi, sektorun inkişafı və institusional islahatlar); informasiya-kommunikasiya texnologiyaları (İKT xidmətləri, rəqəmsal infrastruktur); su təchizatı və şəhər infrastrukturu (şəhər siyasəti, institusional inkişaf və potensialın inkişafı) daxildir.

Məlumata görə, 4 milyon ABŞ dolları məbləğində olan maliyyələşdirmə Ağıllı Enerji İnnovasiyaları Fondu (“Smart Energy Innovation Fund”) vasitəsilə təmin ediləcək. ADB qeyd edir ki, klaster bir sıra inkişaf etməkdə olan üzv ölkələrdə – Azərbaycan, Monqolustan, Filippin və Tailandda energetika sistemlərinin transformasiyasına dəstək göstərməyə yönəlib və gələcəkdə Hindistan, Qazaxıstan, Kiribati, Qırğızıstan, Papua–Yeni Qvineya, Tacikistan və Tuvaluya genişlənə bilər.

ADB-nin məlumatına görə, texniki yardım klasteri innovativ komponentlərlə həllərin – ağıllı şəbəkələr, bərpa olunan enerjinin inteqrasiyası və sektorlararası təmiz enerji sistemlərin tətbiqinə imkan verəcək. Klaster üzv ölkələr arasında investisiya imkanlarını və zəruri siyasət tədbirlərini müəyyən etmək üçün texniki və analitik dəstək, həmçinin bilik mübadiləsi təmin edən iki alt layihədən ibarətdir.

Layihə sektorlararası və “ağıllı enerji həlləri”nin hazırlanması və tətbiqi vasitəsilə etibarlı, əlçatan və aşağı karbonlu enerjinin inkişafına töhfə verəcək.

Əsas tədbirlərə layihələrin (həm suveren, həm də qeyri-suveren) hazırlanması və biliklərin yayılması daxildir.

Texniki yardım innovativ və “təmiz enerji” generasiyası texnologiyalarına, ağıllı şəbəkələr və enerji idarəetmə sistemlərinə, enerji saxlama da daxil olmaqla şəbəkə inteqrasiyası infrastrukturuna, çoxsektorlu xidmətlərə – elektrik mobilliyi və “nəqliyyat-şəbəkə” inteqrasiyasına yönəldiləcək.

Eyni zamanda, özəl sektorun cəlb edilməsinə və iqlim dayanıqlılığının artırılmasına yönəlmiş innovativ biznes modelləri və maliyyələşdirmə mexanizmləri də öyrəniləcək.

Layihə çərçivəsində CPS qiymətləndirmələri, sənaye və texnologiya təhlilləri, özəl sektorun diaqnostikası, suveren və qeyri-suveren layihələrin ilkin texniki-iqtisadi qiymətləndirmələrinin hazırlanması, həmçinin texnoloji hazırlığın artırılması və bilik mübadiləsi üzrə tədbirlər planlaşdırılır.

Xatırladaq ki, Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür və bu müddət ərzində bank ölkəyə 5,6 milyard ABŞ dollarına yaxın kredit ayırıb. Bunun 4,4 milyard dolları dövlət sektoruna, 1,2 milyard dolları özəl sektora yönəldilib. Eyni zamanda, bank Azərbaycanın nəqliyyat sektorunda həyata keçirilən layihələrə 1,5 milyard ABŞ dolları, enerji layihələrinə isə 1,7 milyard ABŞ dolları vəsait ayırıb.

Yeni tərəfdaşlıq strategiyasının bir hissəsi olaraq, ADB Azərbaycana 2,5 milyard ABŞ dollarına qədər investisiya qoymağa hazırdır.

ADB 1966-cı ildə təsis edilib. Onun baş qərargahı Filippinin paytaxtı Manilada yerləşir. Bankda 50-si Asiya-Sakit okean regionundan olmaqla 69 səhmdar ölkə təmsil olunur.

PAYLAŞIN:

Continue Reading

Previous: AFFA iclasları niyə Qurban Qurbanovun olmadığı vaxtlarda keçirir?
Next: Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

OXŞAR MÖVZULAR

erzaq-pul

Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO

admin 15/04/2026
ictimaineqliyyat

Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir

admin 15/04/2026
emlak-ev

Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir?

admin 15/04/2026

XƏBƏR LENTİ

  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026
  • Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır 15/04/2026
  • Orban getdi: “Politico” Avropa İttifaqını “dağıda biləcək” 5 lideri açıqladı 15/04/2026
  • Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir? 15/04/2026
  • İran böhranı böyüyür – “Dünya ikinci şoku yaşayacaq” 15/04/2026
  • Ali Məhkəmə: Uşaqla ünsiyyətə icazə verməyən valideyndən mənəvi zərər tutula bilər 15/04/2026
  • Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır (FOTO) 15/04/2026
  • Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb 15/04/2026
  • Varlı azərbaycanlıların yeni modası – xaricdə doğuş 15/04/2026
  • Ən təhlükəli kredit növləri – Bu kreditləri götürdükdə borcdan qurtula bilmirsiniz 15/04/2026
  • Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
türkiye-milli

Dünyanın ən dəyərli milli komandaları – Türkiyə NEÇƏNCİDİR?

admin 18/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.