Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Noyabr
  • 28
  • Marketlərdə ən çox edilən endirim fırıldaqları nələrdir? – Vəkil AÇIQLADI

Marketlərdə ən çox edilən endirim fırıldaqları nələrdir? – Vəkil AÇIQLADI

admin 28/11/2025
market

 

İstehlakçıları aldadan reklamlar və aldadıcı qiymət endirimlərini hər yerdə görə bilərik.

Bəs bununla necə mübarizə aparmaq olar?

Mövzu ilə bağlı vəkil Bəhruz Orucov açıqlama verərək bildirib ki, bunun üçün istehlakçılar ilk növbədə öz hüquqlarının bilməlidirlər:

“Eyni zamanda istehlakçılar aldadılma üsulları barədə məlumatlı olmalıdırlar. İstehlakçılar nə qədər maariflənsələr, bir o qədər də onların hüquqları az pozular. Bu aldadıcı və istehlakçıların hüquqlarını pozan bir neçə üsullar barədə danışaq və vətəndaşlarımız da məlumatlı olsunlar. Qeyd edim ki, bu aldatma üsulları beynəlxalq təcrübədə çox istifadə olunur və Azərbaycanda da bu üsullara hər yerdə rast gəlmək olur. Ən geniş yayılmış aldatma üsullarından biri icazəsiz etibarlılıq və ya keyfiyyət nişanının göstərilməsidir. Saxta İSO sertifikatı, halal və orqanik nişanı, Çin istehsalı məhsulda Avropa istehsalının qeyd edilməsi, saxta EcoTex certified nişanı kimi nümunələr buna bariz misaldır. Hətta yaxınlarda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən belə hallar aşkar olunmuşdur. Belə ki, agentliyin məlumatında qeyd olunmuşdur ki, məişət avadanlıqlarının satışı ilə məşğul olan şirkətlər istehlakçıları aldadan və çaşdıran reklamlara yol verdikləri üçün araşdırma başlanmışdır. Belə ki, bu şirkətlər avadanlıqların istehsal mənşəyinə dair məlumatları yalan reklam etmiş və istehlakçıları aldatmışlar”.

Vəkil qeyd edib ki, digər aldatma üsullarından biri də Tələ reklamıdır. Buna ölkəmizdə mütəmadi olaraq rast gəlirik. Görürük ki, mağaza bütün qış geyimlərinə 70% endirim reklamı edir, lakin istehlakçı mağazaya gedir və görür ki, yalnız bir iki köhnə model endirimdədir. Deməli yalan reklam etməklə müştəriləri mağazaya cəlb edirlər. Digər bir misal kimi göstərmək olar ki, onlayn mağaza elan yerləşdirir: Telefon cəmi 599 AZN, müştəri sayta daxil olur, amma sistem göstərir ki, məhsul tükənib və ya yalnız müəyyən şərtlərlə əldə edilə bilər, məsələn, kreditlə daha baha qiymətə, Burada 599 AZN-lik reklam “tələ”dir,yəni müştərini sayta cəlb edən tələ:

“Başqa bir üsul Tələ və digər məhsula yönəltmədir. Misal üçün Bir elektronika mağazası televizor üçün belə reklam verir: 55 düymlük TV cəmi 499 AZN! Yalnız bu həftə!, İstehlakçı mağazaya gedir, lakin satıcı deyir: O model artıq satılıb, amma eyni keyfiyyətdə olan başqa model var, qiyməti 899 AZN. Burada məqsəd 499 AZN-lik təkliflə müştərini cəlb etmək, amma əslində daha baha məhsulu satmaqdır. Sonra qarşımıza reklamlar çıxır ki, məhsul yalnız çox məhdud müddət üçün mövcuddur. Əslində həmin məhsuldan çoxdur. Yalnız istehlakçını çaşdırmaq üçün belə edilir. İstehlakçı fikirləşir ki, məhsuldan azdır və qərar verir ki, tez gedib alsın. Misallar həddindən artıq çoxdur. Lakin digər bir nümunə kimi istehlakçı hüquqlarını təklifin bir xüsusiyyəti kimi təqdim etmə üsulunu göstərmək olar. Görürük ki, geyim mağazası reklam edir və aldığınız məhsulu 14 gün ərzində geri qaytara bilərsiniz! Yalnız bizdə belə rahatlıq!Halbuki, istehlakçının 14 gün ərzində səbəb göstərmədən geri qaytarmaq hüququ (onlayn və ya pərakəndə satışda) qanunla təmin olunub.

Bəzi mağazalar məhsulu “pulsuz” və ya “hədiyyə” kimi təqdim edir, qeyd edir ki, siz qalib oldunuz və məhsulu gəlib mağazadan götürə bilərsiz, gedirsiz mağazaya orada sizə bu hədiyyəni götürmək üçün qaçılmaz xərcləri ödəməyi təklif edirlər.

İstehlakçıların hüquqlarının ən çox pozulduğu yerlərdən biri də ərzaq satışı təşkil edən şəbəkə marketləridir. Belə ki, yaxınlarda mənə bir məhsulla bağlı bir şəkil göndərdilər. Şəkildən aydın görünür ki, məhsulun 2 qiyməti göstərilib, biri köhnə və biri təzə, köhnə qiymətin üstündən xətt çəkilib. Amma araşdırırsan ki, köhnə qiymət şişirdilmiş bir qiymətdir, yeni təklif olunan qiymət isə məhsulun həqiqi olan qiymətidir. İstehlakçılar bilməlidilər ki, onların hüquqları qanunla qorunur. İstehlakçıların hüquqlarını qoruyan qanunvericilik aktlarına görə, malların (xidmətlərin, işlərin) mənşəyi, kəmiyyəti və keyfiyyəti, yararlılıq müddəti, satış şərtləri, qiyməti barədə yalan və (və ya) natamam məlumatlar verməklə, yaxud haqsız, qeyri-dəqiq və gizli reklam yolverilməzdir. Vətəndaşlar istehlakçıların hüquqlarını pozan hərəkətlərlə qarşılaşmışlarsa Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin 195-1-4 qaynar xəttinə və hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət edə bilərlər”./milli.az

PAYLAŞIN:

Continue Reading

Previous: ABŞ səfirliyi: Azərbaycana heroin aşkarlamağa kömək edən texnika vermişik
Next: Məmur atalarını işə salan övladlar…

OXŞAR MÖVZULAR

28may

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur

admin 28/05/2026
bayram_qurban_1211646

Azərbaycanda Qurban bayramı qeyd olunur

admin 27/05/2026
b95b8252aea94a52217e7a7839d12d68_284822736_0_91_3078_1822_1920x0_80_0_0_4404ed5b9fa9e56e258d5bc2e8904d50.jpg

Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu

admin 26/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.