Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Noyabr
  • 28
  • Məmur atalarını işə salan övladlar…

Məmur atalarını işə salan övladlar…

admin 28/11/2025
memur-övlad

 

Azərbaycanda vəzifəli şəxslərin, deputatların övladlarının davranışları vaxtaşırı ictimaiyyətin müzakirə obyektinə çevrilir. Son günlər deputat Günay Ağamalının  qızı olduğu deyilən şəxsin boynunda xaç asaraq rəqs etdiyi görüntüləri paylaşması yada bənzər hadisələri salır. 

Günay Ağamalı açıqlama verərək sözügedən qızın onun övladı olmadığını bildirsə də, Azərbaycanda məmur övladlarının davranışları, yaşam tərzi və nümayişkaranə addımları ilə bağlı nümunələr çoxdur.

Ataların bir misalı var: “Fərsiz övlad əldə altıncı barmaq kimidir, kəsərsən ağrıyar, saxlarsan eybəcər göstərər”.

“Qafqazinfo”nun budəfəki yazısı övladları ilə gündəmə gələn, belə deyək, sınanan məmurlar və deputatlarla bağlıdır.

Bakının keçmiş meri, daha sonra isə Baş nazirin müavini olmuş Hacıbala Abutalıbovun da ailəsində oxşar hadisə yaşanıb. Belə ki, İsrafil Abutalıbovun bir zamanlar radikal dini qruplardan biri ilə yaxınlaşdığı və həyat tərzini buna uyğun qurduğu iddia edilirdi. Yazılanlara görə dəbdəbəli həyatdan əl çəkən İ.Abutalıbov evdə valideynləri ilə mübahisələr edir, onu başa düşmələrini istəyirdi. Daha sonra onun əvvəlki radikal dini baxışlardan uzaqlaşaraq yenidən atasının biznesinin idarə olunmasında fəal iştirak etməyə başladığı deyilirdi.

Baş nazirin digər sabiq müavini Əli Həsənov da vaxtilə nəvəsinə görə mətbuatın gündəmində olub. Belə ki, Əli Həsənovun nəvəsi Nail Allahverdiyev 2017-ci il avqustun 3-də idarə etdiyi “Gelandewagen” markalı avtomobillə 2 nəfərin ölümü, 2-sinin isə xəsarət alması ilə nəticələnən qəza törətmişdi. Hadisədən sonra nəvə həbs olunmuş, baba isə Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsini itirmişdi.

Övladına görə vəzifəsini itirən məmurlardan biri də sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovdur. Onun oğlu Vüqar 2013-cü ildə “Hammer” markalı maşınla qəza törədib, hadisə yerinə toplaşan insanların ünvanına təhqiramiz ifadələr işlətmişdi. Bundan sonra eks-nazirin oğluna məxsus “Çıraq” hoteli və onun bir neçə bahalı avtomobili yandırılmışdı. Hadisədən 10 ay sonra Füzuli Ələkbərov nazir vəzifəsi ilə vidalaşmışdı. İsmayıllının ovaxtkı icra başçısı Nizami Ələkbərov (Füzuli Ələkbərovun qardaşı) da vəzifəsindən azad edilmişdi.

Yaxın günlərdə övladı ilə bağlı müzakirələrə yol açan digər rəsmi isə Elman Nəsirovdur. Belə ki, deputatın ilk nikahından olan övladı sosial şəbəkədə video yayaraq atasını ona yardım göstərməməkdə ittiham edib. Parlamentarinin qızının sözlərinə görə, 4 yaşı olanda valideynləri ayrılıb və o, anası ilə birgə yaşayıb. 26 yaşlı xanım deyib ki, E.Nəsirov indiyədək onunla maraqlanmayıb, hətta toyunda da iştirak etməyib. Millət vəkili isə cavabında ilk nikahdan olan qızına ata-babadan 3-4 ev qaldığını bildirib.

Prezident Administrasiyasının sabiq rəhbəri, “boz kardinal” Ramiz Mehdiyev isə 2020-ci ildə ölkədə koronavirusa görə karantin rejimi tətbiq olunduğu halda, Novxanıda bağ evində qız nəvəsinə dəbdəbəli toy etdiyi üçün müzakirə obyektinə çevrilmişdi. Nəticədə həmin ildəki sanitar-epidemioloji vəziyyətin qaydalarına əməl etməyən məmur qonaqlar belə cərimələnmişdi.

Sabiq müdafiə sənayesi naziri, hazırda isə Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini olan general-polkovnik Mədət Quliyev də oğlu ilə sınanan məmurlardandır. Onun oğlu Murad Qulubəyli tez-tez qlamur həyatı ilə müzakirə yaradır. Belə ki, M.Qulubəylinin sosial şəbəkələrdə paylaşdığı fotolar ictimaiyyət tərəfindən birmənalı qarşılanmır.

Keçmiş nəqliyyat naziri Ziya Məmmədov isə “ayıyeyən” oğlu Anarla gündəmə gəlmişdi. Hadisə 2010-cu ildə baş verib. Belə ki, məmur oğlu dostları ilə Qəbələdəki restoranların birində qəfəsdə saxlanılan ayını kəsdirərək kabab edib yemişdilər. Həmin dönəmdə bu hadisə geniş rezonans doğurmuşdu.

İqtisadiyyat nazirinin müavini, SOCAR-ın sabiq prezidenti Rövnəq Abdullayev də oğluna görə müzakirə olunan məmurlardandır. Belə ki, 2019-cu ildə nazir müavinin oğlu Rəşad Abdullayevin İbiza adasında 1.3 milyon dollarlıq “Richard Mille 50-03 McLaren F1” markalı saatının oğurlanması gündəm yaratmışdı.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sabiq müavini, general-mayor Novruzəli Orucov da oğlu sarıdan qınanılan məmurlardandır. Övladı Rüstəm sürətli idarəetməyə görə ona irad bildirən avtobus sürücüsünü təqib edərək döymüşdü. Sürücünün şikayətindən sonra haqqında cinayət işi açılan məmur oğlu həbsə getmiş, atası isə işdən çıxarılmışdı.

Övladına görə vəzifəsindən olanlardan biri də Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovdur. Eks-rektor 2018-ci ildə səfir oğlu Anar Məhərrəmovun İspaniyada şərab biznesinə görə vəzifəsindən azad edilib. Anar Məhərrəmov özü isə 2021-ci ildə səfir kimi geri çağırılıb.

Məlumata görə, ovaxtkı rektorun oğlu Azərbaycandan İspaniyaya uçan təyyarədə şərab dolu çəlləklər aparılıb və orada şüşələrə doldurularaq qeyri-qanuni şəkildə geri qaytarılıb. Sonra isə ispan şərabı adı ilə A.Məhərrəmova məxsus şadlıq evlərində, restoranlarda və digər ticarət nöqtələrində satılıb.

Bakı Lift-Təmir İstehsalat Birliyinin sabiq rəisi Qüdrət Şükürovun vəzifədən azad edilməsi də övladı ilə bağlı olub. Onun 2017-ci ildə ikinci dəfə ailə həyatı quran qızı Ayselə 400 min dollarlıq toy etməsi ciddi rezonans yaratmışdı. Bloqer kimi fəaliyyət göstərən Aysel Şükürova bu hadisə haqda sual ünvanlayan jurnalistə söyüşlə cavab vermişdi.

Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundov 2014-cü ildə “ziyafətlər kralı” kimi tanınan oğlu Murada görə gündəmə gəlib. Murad Axundovun sosial şəbəkələrdəki paylaşımları, öz ətrafı ilə Lacivərd sahillərdə, Marbelyuda, Dubayda əylənməsi, klubda “Crystal” şampanına bir neçə min dollar ödəməsi ictimaiyyətdə böyük müzakirə yaratmışdı.

Nəsimi rayon İcra Hakimiyyətinin sabiq başçısı, hazırda millət vəkili olan Asif Əsgərovun oğlu İlham Əsgərli də ağır avtoqəza törədib. 2014-cü ildə baş verən qəzada “McDonalds Azərbaycan”ın rəhbəri Maqsud Mirzəyevin avtomobildə olan oğlu Sənan Mirzəyev həyatını itirib. Hadisəyə görə İlham Əsgərli həbs olunsa da, onun məhbus həyatı uzun sürməyib. İ.Əsgərli 2015-ci ilin mayında məhkəmə zalında həbs edilmiş, ona 5 il 6 ay həbs cəzası verilmişdi. Ancaq qısa müddətdən sonra İlham Əsgərli səhhəti ilə bağlı azadlığa çıxmışdı.

Azərbaycanın dövlət və siyasi xadimi Afiyəddin Cəlilovun adını daşıyan yeniyetmə nəvəsinin çəkdiyi videolar da cəmiyyəti narahat edib. Nəvə Afiyəddinin 2024-cü ildə paytaxtın mərkəzində yaşlı qadını qucağına alması gündəm yaradan hadisələrdən olub.

IV çağırış Milli Məclisin deputatı Ayaz Orucov isə oğlunun özbaşınalığına görə mandatından olub. Oğlu İsmayıl Orucov Binəqədi rayonu, Azadlıq prospektində ağ rəngli “Gelandewagen”dən “Nissan Juke” markalı maşına 8 dəfə atəş açmışdı. Bu hadisədən sonra Ayaz Orucovun deputatlıq fəaliyyəti sonlandırmışdı.

Sabirabadın sabiq başçısı Nazim İsmayılovun da kiçik oğlu törətdiyi qəza ilə diqqət mərkəzinə düşüb. 2014-cü ildə atasının “Prado” markalı xidməti avtomobilini idarə edən oğul İsmayılov birdən-birə iki “VAZ 06” markalı “Jiquli”ni əzib. Maşınlardan biri yararsız hala düşüb.

Eks-deputat İqbal Məmmədov da oğlu ilə gündəmə gələn məmurlardan olub. Belə ki, 2019-cu ildə Lerikdə İqbal Məmmədova məxsus “Relax” istirahət mərkəzinə gələn polis və vergi işçilərini sabiq deputatın oğlu Mirhəmid və onun qohumları döyüblər. Həmin şəxslər bu hadisədən sonra həbs olunsa da, bir neçə ay sonra azadlığa çıxıblar.

PAYLAŞIN:

Continue Reading

Previous: Marketlərdə ən çox edilən endirim fırıldaqları nələrdir? – Vəkil AÇIQLADI
Next: Roma Papasının ilk xarici səfəri – Niyə Türkiyə?

OXŞAR MÖVZULAR

anar-arxkom

Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb

admin 15/04/2026
yeni_klinika

Yeni Klinikada böyük qalmaqal: Bölmə müdiri məcburi işdən çıxarıldı – Vüqar Qurbanov “boynundan atıb”

admin 14/04/2026
şapka mamed

“Aqrarkredit”lə “Azərinşaatservis” arasında milyonluq qalmaqal: Əmlaklar hara yoxa çıxıb?

admin 13/04/2026

XƏBƏR LENTİ

  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026
  • Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır 15/04/2026
  • Orban getdi: “Politico” Avropa İttifaqını “dağıda biləcək” 5 lideri açıqladı 15/04/2026
  • Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir? 15/04/2026
  • İran böhranı böyüyür – “Dünya ikinci şoku yaşayacaq” 15/04/2026
  • Ali Məhkəmə: Uşaqla ünsiyyətə icazə verməyən valideyndən mənəvi zərər tutula bilər 15/04/2026
  • Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır (FOTO) 15/04/2026
  • Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb 15/04/2026
  • Varlı azərbaycanlıların yeni modası – xaricdə doğuş 15/04/2026
  • Ən təhlükəli kredit növləri – Bu kreditləri götürdükdə borcdan qurtula bilmirsiniz 15/04/2026
  • Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
türkiye-milli

Dünyanın ən dəyərli milli komandaları – Türkiyə NEÇƏNCİDİR?

admin 18/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.