Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 1
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi… – FOTOLAR

QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi… – FOTOLAR

admin 01/12/2025
qht-aygün-ramiz

 

Aygün Əliyeva karyera pillələrinə irəliləməsində müstəsna rol oynayan şəxsə qrant ayırıb(?)

QHT-lərə Dövlət Dəstəyi  Agentliyi ilə bağlı  araşdırmalarımızla daha bir maraqlı faktla qarşılaşdıq. Agentlik 2022-ci ildə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sabiq sədri  Ramiz Göyüşovun “Əbədiyyətə qovuşanlar” adlı kitabının çapına maliyyə dəstəyi verib.

Kitab QHT-lərə Dövlət Dəstəyi  Agentliyinin maliyyə dəstəyi ilə çap olunub və hətta M.F.Axundov kitabxanasına da hədiyyə edilib.

İlk baxışdan bir nəsnə görünməsə də, daxil olan məlumatlardan belə məlum olur ki, Aygün Əliyevanın bu “səxavəti” sıradan bir nümunə deyil.

Əvvəla, xatırladaq ki, kitabına maliyyə ayrılan Ramiz Göyüşov 2021-ci ilin sentyabrında Yeni Azərbaycan Partiyası sıralarından biabırçı şəkildə qovulub. Səbəb isə onun tirajlanmış seksual görüntüləri oldu. Siyasi statusuna yumşaq desək uyğun olmayan bu görüntülərlə o bir müddət medianın ulduzuna da çevrildi…

1 il sonra belə bir şəxsin kitabına hansısa dövlət qurumu tərəfindən maliyyə dəstəyinin ayrılması  maraqlı  suallarla bərabər,  şübhələr də doğurur. Əziz şəhidlərimizlə bağlı bir kitabın belə biabırçılıqla YAP-dan uzaqlaşdırılmış şəxsə etibar edilməsini araşdırmaya bilməzdik.

Məlum olur ki, Ramiz Göyüşov QHT-lərə Dövlət Dəstəyi  Agentliyinin hazırki icraçı direktoru Aygün  Əliyevanın ilk vaxtlar karyera pillələrinə irəliləməsində müstəsna rol oynayıb. Belə ki, Ramiz Göyüşov YAP Binəqədi rayon təşkilatının sədri olduğu vaxtda, daha konkret desək 2013-cü ildə Aygün Əliyevanı  təşkilata təlimatçı, daha sonra isə baş təlimatçı təyin etdirə bilib.

Xtırlayırsinizsa, həmin dövrdə respublikanın bütün şəhər və rayonlarında icra hakimiyyəti başçılarının  humanitar məsələlər üzrə müavinlərinin qadın olması tələb olunurdu. Ramiz Göyüşov da Binəqədi rayon icra başçısının müavinliyinə Aygün Əliyevanı tövsiyyə edib və Xaləddin İsgəndərov tərəfindən təsdiqlənib.

Beləliklə, Aygün Əliyeva ilə Ramiz Göyüşovun əlaqələri həmin dövrdən möhkəmlənmiş, QHT Agentliyinə icraçı direktor keçdikdən sonra isə onun kitabının maliyyələşməsinə dəstək vermişdir.

Sən demə, QHT fəaliyyəti olmayan Ramiz Göyüşovun kitabının maliyyələşdirilməsi üçün formal müvəqqəti operator təşkilat da tapılıb.

Əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, QHT-lərə Dövlət Dəstəyi  Agentliyinin rəhbərliyi layihələri dostbazlıq və tanışbazlıq  prinsipləri ilə paylayır. Buna bənzər bir sıra faktlar da var ki, onları da araşdırıb  təqdim edəcəyik.

Amma bir şeyi unutmamalıyıq, bu gün cəmiyyətimizdə heç bir əxlaqi normalara sığmayan videogörüntüləri ilə məhşurlaşmış, hərəkətləri insanlar tərəfindən hiddətlə qarşılanmış bir şəxsin baş tacımız olan şəhidlərimiz haqqında kitabının ərsəyə gəlməsinə maliyyə dəstəyi göstərilməsi mənəvi dəyərlərimizə hörmətsizlik, şəhidlərimizin ruhuna təhqir də sayıla bilər.

Sonda Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin Ramiz Göyüşovla  bağlı açıqlamasını da xatırlatmaq yerinə düşər:

“Ramiz Göyüşovun sosial şəbəkələrdə yayılmış, heç bir əxlaqi normalara sığmayan videogörüntüləri  ilə bağlı böyük təəssüf hissi keçirir və hiddətlə qınayaraq bildiririk ki, onun YAP Binəqədi rayon təşkilatının sədri kimi səlahiyyətlərinə cari ilin (yəni 2021-ci il) 30 iyun tarixində keçirilmiş hesabat konfransında artıq xitam verilib”./yenixeber.org

PAYLAŞIN:

Continue Reading

Previous: Çarçarovlara satınalmalarda bu geniş şəraiti kimlər və niyə yaradır
Next: Həm uğurlu, həm də uğursuz danışıqlar – Ukrayna və ABŞ nədə razılaşa bilməyiblər?

OXŞAR MÖVZULAR

ferqane-asia

Mülkümü “REKET”LƏR ƏLİMDƏN ZORLA ALIR, ölümlə TƏHDİD EDİLİRƏM -Fərqanə Abbasovadan ŞOK ŞİKAYƏT

admin 20/04/2026
esedov

Əli Əsədovun biznes və tikinti imperiyası…

admin 17/04/2026
natiq-şam2

Kağız üzərində təhsil və paralel iş qalmaqalı

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.