Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 18
  • Deputatları mediada “boy verən” Goranboyda şəhid anasının səsi eşidilmir

Deputatları mediada “boy verən” Goranboyda şəhid anasının səsi eşidilmir

admin 18/12/2025
bedel-bedelov (1)

 

Goranboy rayonunu Milli Məclisdə təmsil edən deputat Anar Məmmədovun Tərtərdə şəhid ailəsi ilə görüşüb, saytlarda bu barədə xəbər paylaşması birmənalı qarşılanmayıb.

Jurnalist Mübariz Hacılı məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, rayonu təmsil edən deputatlar Bədəl Bədəlov və Anar Məmmədovun haqqında əslində reklam xarakteri daşıyan bu cür məlumatlarla tez-tez rastlaşır: “Belə paylaşımlar edərək saytlarda xəbər kimi yayılmasını təmin edən deputatlar demək istəyirlər ki, bunlar çox qayğıkeş deputatdırlar. Necə deyərlər, əsl millətin vəkilidirlər. Bəlkə də belədir, demək istəyərdim, ancaq deyə bilmirəm. Çünki dekabr ayının 5-də elə müəllimlərin özlərini reklam etdikləri sosial şəbəkı üzərindən Goranboy rayonu, Zeyvə kənd sakini – şəhid qardaşı və qazi Seyhun Resulovun problemi ilə bağlı yazmışdım. Həmin yazıda Goranboy rayonunu Milli Məclisdə təmsil edən deputları işarələyib, imkan daxilində kömək etmələrini xahiş etmişdim. Çox hörmətli deputatlar nəinki, Seyhun Rəsulova kömək etdilər, heç maraqlanmadılar belə”.

Qeyd edək ki, sözügedən açıqlamada M.Hacılı Goranboy rayonu, Zeyvə kəndinin ərazisindən keçərkən gəlini ilə tarlada çalışan şəhid anası Bahar Rəsulova haqqında məlumat verib. Şəhid anası bildirib ki, oğlu, Qarabağ müharibəsi qazisi Rəsulov Seyhunun ailəsinin maddi durumu çox ağırdır: “Bahar xanım qeyd etdi ki, hətta nəvələrinin dərsə getməsində belə ailə problem yaşayır. Seyhun Rəsulov əvvəllər hərbi hissələrin birində sürücü kimi çalışıb, 44 günlük Vətən müharibəsi savaşında yaralandığına görə işdən çıxıb, ancaq əlillik dərəcəsi ala bilmir. Adam əlil olduğuna görə işə qəbul olunmur, sağlam olduğuna görə əlillik dərəcəsi ala bilmir! Bahar xanıma söz verdim ki, oğlu Seyhun Resulovun problemlərinin Goranboy rayonunu Milli Məclisdə təmsil edən deputatlara və rayon icra hakimiyyətinə çatdıracağam. Bakıya çatdıqdan sonra sözümü yerinə yetirmək üçün Goranboy rayonunu Milli Məclisdə hansı deputatların təmsil etməsi ilə maraqlandım. Məlum oldu ki, rayonun üç deputatı var: Bədəl Bədəlov, Müşfiq Cəfərov, Anar Məmmədov. Şəhid anasınin qazi oğlunun problemləri ilə bağlı şikayətini yazıb hər üç deputatı işarələdim, lakin təəssüflər olsun ki, üstündən günlərlə vaxt keçməsinə baxmayaraq, nə deputatlardan, nə də Goranboy rayon İcra Hakimiyyətindən xəbər çıxmayıb.

Lakin Goranboy rayon İcra Hakimiyyəti və bu rayonu Milli Məclisdə təmsil edən deputatlar tez-tez rayon sakinləri ilə görüşlərini əks etdirən şəkilləri sosial şəbəkələrdə paylaşaraq vətəndaşlara qayğı göstərdiklərini reklam edirlər. Nəyə görə reklam edirlər yazdım? Çünki bu qədər qayğıkeş olsaydılar, ən azı qazi uşaqlarının məktəbə getməkdə çətinlik çəkməyinə laqeyid münasibət göstərməzdilər”./afn.az

PAYLAŞIN:

Continue Reading

Previous: ABŞ Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə hazırlaşır – Plan Moskvaya aparılacaq
Next: İsrail Türkiyəyə veto qoydu, Bakı dəvəti rədd etdi – “Rəsmi Bakı Qəzza zolağına sülhməramlı kontingent göndərməyi düşünmür”

OXŞAR MÖVZULAR

ferqane-asia

Mülkümü “REKET”LƏR ƏLİMDƏN ZORLA ALIR, ölümlə TƏHDİD EDİLİRƏM -Fərqanə Abbasovadan ŞOK ŞİKAYƏT

admin 20/04/2026
esedov

Əli Əsədovun biznes və tikinti imperiyası…

admin 17/04/2026
natiq-şam2

Kağız üzərində təhsil və paralel iş qalmaqalı

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.