Bərdə rayon Soğanverdilər kənd sakini Bədəlov İlyas Qardaşxan oğlu tərəfindən Prezidenti İlham Əliyevə, Baş nazir Əli Əsədova, Baş prokuror Kamran Əliyevə, İqtiasiduyyat naziri Mikayıl Cabbarova, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbərliyinə, Ombudsman Aparatının sədri Səbinə Əliyevaya, digər aidiyyəti dövlət qurumlarının rəhbərlərinə və ictimailəşdirilməsi məqsədi ilə şikayət ünvanlanıb.
Sözügedən şikayətdə deyilir:
Çox hörmətli cənab Prezident və Ali Baş Komandan İlham Əliyev! Siz Müzəffər Komandan olaraq siyası iradəniz sayənizdə Azərbaycan müstəqilliyini indiyədək qoruyub saxlamış və ərazi bütövlüyünü bərpa etmisiniz. Biz sadə insanlar bu uğurlardan bəhrələnərək öz bacarığımızla işləyib azad edilmiş Vətən torpağına öz töhfəmizi vermək istəmişik.
Lakin çox təəssüflər olsun ki, cəmiyyətimizdə sahibkar adı altında fəaliyyət göstərən elə vəzifəli şəxlər vardır ki, onların fəaliyyəti arxalandığı oliqarxlara rəğmən bizi kimi sadə insanlar üzərindən əsassız varlanmağa köklənmişdir.
Diqqətinizə çatdırmaq istərdim ki, mən 2025-ci ilin fevral ayında “Extra 2002” MMC-də müqavilə ilə, ayda 1500 manat əmək haqqı müqabilində elektrik kimi işə başlamışam. İşğaldan azad olunmuş ərazilərdə, Zəngilan və Qubadlı bölgələrində hərbi təyinatlı obyektlərdə yüksək gərginlikli elektrik xəttinin çəkilişində çalışmışam. İlk aylar hər şey qaydasında getsə də, sonradan şirkətə rəhbərlik edən Rövşən əmək haqqımı gecikdirdi, daha sonra heç telefonlarıma cavab vermədi. Hazırda 2306 manat əmək haqqımı ala bilmirəm.
Ona görə də mənim ümidim qalıb ki, cənab Prezident Sizə müraciət edim. Sizin azad etdiyiniz müqəddəs topaqlarda məni kimi imkansız insanları işlədib haqqımızı verməyən və əsassız varlanmaqla məşğul olan “Extra 2002” MMC iş icraçısı Rövşənin, şirkətin direktoru Sənan Hacızədənin əmək haqımın ödənilməsi üçün cənab nazir Mikayıl Cabbarova göstəriş verməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımı bildirirəm Sağ olun.
Vətəndaşın şikayəti əsasında apardığımız araşdırma zamanı məlum oldu ki, “Extra 2002” Məhdud Məsuliyyətli Cəmiyyəti 29.08.2014-cü il tarixdə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Xətai pr.ev29, mənil 9-da yerləşir. Nizamnamə kapitalı 10 manat. Qanuni təmsilçisi Hasan Kılıcdır. Reyestrə edilmiş dəyişiklikdə şirkətin təsisçisi Əliyev Elmir turab oğlu olub. 2022-ci ilin dekabrından 2025-ci ilin sentyabrına qədər şirkətə Hacızadə Sənan İsa oğlu rəhbərlik edib.
Məsələyə adınlıq gətirilməsi məqsədi ilə zəng etdiyimiz iş icraçısı Rövşənin telefonlarına zəng çatmadı. Şirkətin direktoru Sənan hacızadə isə araşdırıb sizə məlumat verəcəm-dedi. Lakin sonradan o da telefonlara cavab vermədi.
Sənan hacızadədədn aldığımız məlumata görə şirkət Zəngilan və Qubadlıda subpodratçı şirkət kimi fəaliyyət göstərir. MMC “Nort Vest Konstrakşn” MMC-nin sifarişlərinin icra edib.
Qeyd edək ki, “Nort Vest Konstrakşn” MMC Müdafiə Nazirliyinin keçirdiyi dəyəri milyonlarla manat olan tenderlərinin qalibi olub. MMC Zəngilan və Qubadlıda, Kəlbəcərdə hərbi təyinatlı obyektlərin tikintisini həyata keçirib.
Vətəndaş Bədəlov İlyas Qardaşxan oğlunun şikayətinə gəlincə. Biz aidiyyatı qurumlara, xüsusən də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edəcək, məsələnin yerində araşdırılmasını tələb edəcik. Günahkar “Nort Vest Konstrakşn” MMC-dir, yoxsa “Extra 2002” MMC aydınlıq gətirəcik. Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Aktualinfo.net.
