Skip to content
01/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 4
  • Ata talayır, oğul xaricə daşıyır… – Azərbaycanda məmur övladları necə “uğurlu biznesmen” olurlar?

Ata talayır, oğul xaricə daşıyır… – Azərbaycanda məmur övladları necə “uğurlu biznesmen” olurlar?

admin 04/02/2026
memur-1

 

Son günlər keçmiş və indiki azərbaycanlı məmurların xaricdəki bizneslərinə dair müxtəlif yazılara, məlumatlara rast gəlinir. Belə xəbərlər bir daha Azərbaycandan oğurlanan, talanan vəsaitlərin xaricə daşınması mövzusunu gündəmə gətirib.

Təbii ki, bu işlərdə hansısa keçmiş icra başçısı xırda fiqurdur, daha böyük fiqurlar, adlar var. Keçmiş MTN naziri, məlum cinayətlərinə rəğmən bu gün də azadlıqda sərbəst dolaşan Eldar Mahmudovun oğlu Britaniya başda olmaqla, az qala Avropanın yarısında mülklərə, bizneslərə sahibdir. Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun oğlu da onun kimi. Sabiq Kənd təsərrüfatı naziri İsmət Abbasovun oğlunun Britaniyada təkcə rəsmən üzə çıxarılan 21 milyonluq mülkünün sənədləri dərc edilmişdi. Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun oğlunun Türkiyədə 10 milyonlarla ölçülən böyük biznesinin olduğu, hətta onun Türkiyənin tanınmış müğənnisi Seda Sayanın doğulduğu evin binasını satın aldığı məlumdur.

Bu sıraya Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun, sabiq Gənclər və idman naziri Azad Rəhimovun, Abbas Abbasovun, Ramiz Mehdiyevin və digər çoxsaylı sabiq məmurların övladlarına aid xaricdəki biznesləri, mülkləri əlavə etmək olar. Həmçinin, xaricdəki bizneslərini həyat yoldaşlarının adına rəsmiləşdirən Oqtay Əsədov, Cahangir Hacıyev və digərləri də var.

Elə hazırda vəzifədə olanlar da bu məsələlərdə sabiqlərdən geri qalmır. Bir müddət əvvəl MSK sədri Məzahir Pənahovun ABŞ-də bizneslə məşğul olan oğlu ilə bağlı qalmaqal diqqət mərkəzinə gəlmişdi. Eləcə də Bəylər Əyyubovun qardaşı oğlunun böyük biznesilə bağlı faktlar üzə çıxmışdı. Hazırkı hökumətin “koloritli” simalarından biri, Baş nazirin birinci müavini Yaqub Eyyubovun oğlunun biznesi isə Avropadan okeanın o tayına – Kanadaya qədər uzanır. Avropada daşınmaz əmlak biznesi ilə məşğul olan cənab Eyyubovun Kanadada da klinikaları var. Hətta bir müddət əvvəl Yaqub Eyyubovun ölkədən çıxararaq Latviyanın paytaxtı Riqa şəhərindəki bankda oğlunun adına qoyduğu bir milyard dolların dondurulduğu barədə məlumat yayıldı…

Azərbaycan parlamentində də övladları ölkə daxilində və xaricdə böyük biznesə malik olan xeyli deputat var. Ağalar Vəliyev, Cavanşir Feyziyev və digərləri… Bir müddət əvvəl deputat Cavanşir Feyziyevin ailə üzvlərinin adına olan Britaniyadakı əmlakların və bank hesablarının üzərinə həbs qoyulmuş, varidatının bir hissəsi əlindən alınmışdı. Həmçinin də Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevin Azərbaycandan oğurlayıb xaricə daşıdığı varidatın da bir hissəsilə bağlı eyni aqibət yaşandı. Yəni, bu adamlar çox zaman Azərbaycandan oğurladıqları pulların xaricdə düz-əməlli qorunmasını, idarə olunmasını belə təmin edə biləcək ağıla, bacarığa malik deyillər. Amma buna baxmayaraq, bu ağıl onlara Azərbaycanın sərvətlərini, büdcəsini talamağa, rüşvət, korrupsiya, fırıldaqçılıqla bu ölkədən milyonlar qazanmağa və xaricə daşımağa kifayət edib…

Ancaq yenə də bu məmurların, deputatların övladları pis-yaxşı rəsmən biznesmen sayılırlar. Azərbaycanın ən yeni tarixində isə nədənsə ən “uğurlu” biznesmenlər əsasən məmur və deputat övladlarından çıxır. Onların ən böyük “uğuru” da xaricdəki “bizneslərilə” – atalarının taladıqlarını ölkədən çıxarmaq, xaricə daşımaq və orada idarə etməklə bağlıdır. Bu zamansa bəzən ifrata varanlar da olur. Məsələn, Əbülfəs Qarayevin qızının timsalında Azərbaycandan çıxarılan pulların “kreativ xərclənməsi” yolunu seçənlər də var. Atasının da başından böyük mövzulara girərək, Azərbaycanın tarixi şəxsiyyətlərinə dair birmənalı qarşılanmayan filmlər çəkilməsinə xərclənən pullar da, əlbəttə ki, Azərbaycandan oğurlanan pullardır…

Ötən gün Rusiya mediasında yayılan xəbərdən məlum oldu ki, Duma deputatlarından birinin iki övladı korrupsiya ittihamı ilə həbs olunub. Onlar öz biznesini övladlarının adına keçirən deputat atanın güdazına gediblər. Yəni, deputatın övladlarının adına keçirdiyi tikinti şirkətinin yerli icra orqanları ilə sövdələşməyə girərək, tenderləri qanunsuz udması, nəticədə büdcə talanmasında iştirak etməsi üzə çıxıb. Bu, Azərbaycan təcrübəsində də olduqca tez-tez rast gəlinən haldır. Ancaq hətta dünyada ən çirkin, ən “bespredel” hüquq-mühafizə, məhkəmə sistemlərindən birinin hökm sürdüyü Rusiyada belə buna görə kimlərsə həbs olunsa da, Azərbaycanda bu əmələ görə məmur, deputat övladının həbs edilməsinə rast gəlinmir. Əksinə, bunlar asanlıqla atalarının oğurladıqlarını xaricə daşımaqla məşğuldurlar. Özü də nədənsə, hamısının xaricdəki biznesi daşınmaz əmlakla bağlıdır. Heç birinin innovasiyalar, yeni texnologiyalar, İT və digər müasir sahələrdə şirkət açdığını, iş qurduğunu görməzsiniz. Çünki buna elm, bilik, savad, bacarıq lazımdır. Bunlarsa dədələrinin oğurluq puluna aldıqları bahalı universitetlərin diplomlarına malik olsalar da, mahiyyət etibarilə primitivdirlər, bilikləri də Bakıdakı ev maklerlərinin bildiklərindən uzağa getmir. Ona görə də hamısının açdığı şirkətlər əsasən əmlak alverilə, icarəsilə, ən yaxşı halda isə otel biznesilə bağlıdır.

Ancaq bu “biznesmenlərin” məmur atalarının millətə qoyduğu od yalnız talançılıqla və oğurladıqlarını xaricə daşımaqla bitmir. Bu adamlar həm də öz əməllərinə həyasızcasına don geyindirməklə millətə “dağ çəkirlər”. Məsələn, Hacıbala Abutalıbov açıqlamalarının birində oğlunun Türkiyədəki böyük biznesilə bağlı suala belə cavab verib: “Atası mənəm deyə, özünə iş qurmamalıdır, öz ailəsini dolandırmamalıdır?”

Nə deyəsən? “Sözün bitdiyi yer” buna deyirlər yəqin… /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: “Tramp Putini terrora təşviq edir” – “Moskva bu cinayətləri Baydenin dövründə edə bilməzdi”
Next: “Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

OXŞAR MÖVZULAR

şapka mamed

“Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib?

admin 30/04/2026
socar-necef

SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -Qrant qazanmağın daha bir yolu/FOTOLAR

admin 30/04/2026
zulu şipping

“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? – Rusiyanın “kölgə tanker”ində İran izi

admin 28/04/2026

XƏBƏR LENTİ

  • Qazaxıstanın AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir 01/05/2026
  • Əmək qabiliyyətini itirənlərə verilən müavinətlə bağlı YENİLİK 01/05/2026
  • ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı 01/05/2026
  • Texnologiya Universitetində iş saatlarında içki məclisi keçirilir – Yaşar Ömərov hara baxır? 01/05/2026
  • Türkiyə lideri Ermənistana səfər edəcək? – Cənubi Qafqazda yeni diplomatik sınaq 01/05/2026
  • Bankların “qara siyahı”sından necə çıxmaq olar? 01/05/2026
  • Bu hallarda gömrük bəyannamələri ləğv edilə bilər 01/05/2026
  • Azərbaycanda bəzi müavinətlərin təyinatında yeni mexanizm qüvvəyə minir 01/05/2026
  • OPEK Azərbaycanın sübut olunmuş qaz ehtiyatlarının həcmini açıqlayıb 01/05/2026
  • Sumqayıtda “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş konfrans keçirilib 30/04/2026
  • Nikahların sayı tarixi minimuma endi, boşanmaların sayı iki dəfə artdı – Ailə böhranı tendensiyası niyə genişlənir? 30/04/2026
  • Türkiyədə yaşayış icazəsi almaq üçün dövlət rüsumu kəskin artırılıb 30/04/2026
  • Bir ekosistemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi 30/04/2026
  • Elektron xidmətlərin məqsədəuyğunluğunu müəyyən edəcək pilot layihələrin əhatə dairəsi müəyyənləşib 30/04/2026
  • “Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? 30/04/2026
  • Şahin Mustafayev hansı erməni iş adamları ilə görüşüb?- Paşinyan onun doğulduğu kəndə “səfəri” barədə danışdı 30/04/2026
  • İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib 30/04/2026
  • Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var 30/04/2026
  • Azərbaycanda əməkhaqqı sistemi dəyişir 30/04/2026
  • SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -Qrant qazanmağın daha bir yolu/FOTOLAR 30/04/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.