Skip to content
01/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 4
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından… – Dövlət büdcəsi məmurlar arasında belə bölüşdürülür

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından… – Dövlət büdcəsi məmurlar arasında belə bölüşdürülür

admin 04/02/2026
qht-aygün

 

Əgər QHT sədri hazırda Ədliyyə Nazirliyində vəzifə tutursa, bu fakt necə gözdən qaça bilər?

 Artıq bir müddətdir ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2025-ci il qrant müsabiqəsinin nəticələri araşdırılır. Araşdırmanın dərinləşməsi ilə ortaya çıxan mənzərə isə sadəcə narahatlıq doğurmur, çox qorxuncdur – dövlət büdcəsinin sistemli şəkildə “öz aralarında” paylanması ehtimalını açıq şəkildə ortaya qoyur.

Bu, ayrı-ayrı səhvlərdən ibarət təsadüfi hallar deyil. Bu, bir mexanizmdir. Elə bir mexanizm ki, burada qrantlar ideyaya, təcrübəyə və ictimai faydaya görə yox, vəzifəyə, əlaqəyə və səlahiyyətə görə bölüşdürülür.

            Adı Avropadır, fəaliyyəti isə… Probasiya

Bu istiqamətdə Yenixeber.org-a daxil olan məlumatlar sırasında 2025-ci il üzrə qrant qalibləri sırasında yer alan “Avropaya İnteqrasiya Mərkəzi” İctimai Birliyi xüsusilə diqqət çəkir. Təşkilatın adı aydın mesaj verir: Avropa institutları, inteqrasiya, beynəlxalq standartlar, islahatlar.

Amma bu QHT-nin maliyyələşdirilən layihəsinin adı belədir:
“Probasiya nəzarətində olan həssas qrupların sosial reinteqrasiya təşəbbüsləri”.

Burada sadəcə uyğunsuzluq yox, tam ziddiyyət var.

  • Avropaya inteqrasiya ilə probasiya sistemi arasında hansı institusional əlaqə mövcuddur?
  • Bu QHT- -nin probasiya sahəsində ixtisaslaşdığına dair açıq mənbələrdə hansı faktlar var?
  • yoxsa qrant müsabiqələrində artıq mövzu yox, əlaqə əsas kriteriyaya çevrilib?

Bu suallar cavabsız qalır. Çünki görünən odur ki, layihənin mövzusu formal detal sayılır.

           Əsl sensasiya isə buradan başlayır

Araşdırmalarımızla üzə çıxan fakt artıq sadəcə tənqid deyil – ictimai qalmaqal səviyyəsindədir.

Məlum olur ki, sözügedən QHT-nin sədri Səyyad Məcidov:

  • əvvəllər Ədliyyə Nazirliyinin Mətbuat Xidmətinin rəisi olub,
  • hazırda isə Probasiya Xidmətinin Sosial adaptasiya və reabilitasiya şöbəsinin rəisidir,
  • yəni birbaşa probasiya sahəsinə cavabdeh olan vəzifəli şəxslərdən biridir,
  • üstəlik, xüsusi rütbə daşıyan dövlət qulluqçusudur.

                     Səyyad Məcidov

Mediada açıq mənbələrdə bu şəxsin bir neçə il əvvəl Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən mayor rütbəsi ilə təltif edildiyi də yer alır.

İndi diqqətlə baxaq:

  • Dövlət məmuru,
  • Probasiya sahəsində rəhbər vəzifə,
  • QHT sədri,
  • Və həmin sahə üzrə qrant alan layihə.

Bu artıq təsadüf deyil. Bu, maraqlar toqquşmasının klassik nümunəsidir.

                   QHT sədri – məmur – qrant alıcısı: üçbucaq tamamlanır

Meydana son dərəcə təhlükəli sual çıxır:

Bir dövlət qulluqçusu öz çalışdığı sahə üzrə layihəni QHT adı altında icra edə bilərmi?

Azərbaycan qanunvericiliyində və Ədliyyə işçilərinin etik davranış qaydalarında bu məsələlər kifayət qədər aydın göstərilib. Dövlət qulluqçularının QHT-lərdə təmsil olunması, xüsusən də maliyyə münasibətlərində iştirakına dair açıq məhdudiyyətlər mövcuddur.

Bu məsələyə hüquqi qiymət vermək nə jurnalistlərin, nə də ictimai fəalların işidir. Bu, birbaşa aidiyyatı nəzarət orqanlarının öhdəliyidir.

Amma suallar vermək də cəmiyyətin haqqıdır.

                 QHT-lərə Dövlət Dəstəyi Agentliyi nəyi “görmür”?

QHT-lərə Dövlət Dəstəyi Agentliyi qrant müsabiqələri zamanı təşkilatlardan sədrin CV-sini tələb edir. Bəs bu CV-lər:

  • oxunurmu?
  • yoxlanılırmı?
  • yoxsa sadəcə “sistem üçün yüklənən sənəd” funksiyasını daşıyır?

Əgər QHT sədri hazırda Ədliyyə Nazirliyində vəzifə tutursa, bu fakt necə gözdən qaça bilər?

Daha da qəribəsi odur ki, bütün qrant müqavilələri Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat İdarəsinə təqdim olunur. Orada da öz əməkdaşının qrant müqaviləsində tərəf olmasına heç kim diqqət yetirmir?

Bu səhlənkarlıqdır, yoxsa bilərəkdən görməməzlikdən gəlməkdir?

                Bu, tək fakt deyil – bu, sistemli problemdir

Bu fakt nə ilkdir, nə də son. Qarşıdakı günlərdə digər məmur-QHT əlaqələri, formal müsabiqələr və şübhəli qaliblərlə bağlı yeni ifşalar təqdim olunacaq.

Artıq aydın görünür ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyində şəffaflıq mexanizmi işləmir, dövlət büdcəsi eyni çevrənin daxilində dövr edir./yenixeber.org

PAYLAŞIN:

Continue Reading

Previous: Gəncəni “yarıdıb”, Bakını “ağ günə çıxaran” Anar Qədiməliyev nazir olmaq istəyir? – Təhsildə yeri səhv düşənlər…
Next: Quba-Xaçmaz Regional Təhsil İdarəsində direktor rotasiyası: qaydalar kağız üzərində, reallıq isə başqa

OXŞAR MÖVZULAR

şapka mamed

“Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib?

admin 30/04/2026
socar-necef

SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -Qrant qazanmağın daha bir yolu/FOTOLAR

admin 30/04/2026
zulu şipping

“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? – Rusiyanın “kölgə tanker”ində İran izi

admin 28/04/2026

XƏBƏR LENTİ

  • İrəvandan milyarderə Qarabağ təpkisi: Öz fərari oğlunun hesabına “qaytaracaqsan”? 01/05/2026
  • Bu sahibkarlara yeni rüsum və qadağalar gəlir – Yeni qanunda nələr var? 01/05/2026
  • Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib 01/05/2026
  • Qazaxıstanın AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir 01/05/2026
  • Əmək qabiliyyətini itirənlərə verilən müavinətlə bağlı YENİLİK 01/05/2026
  • ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı 01/05/2026
  • Texnologiya Universitetində iş saatlarında içki məclisi keçirilir – Yaşar Ömərov hara baxır? 01/05/2026
  • Türkiyə lideri Ermənistana səfər edəcək? – Cənubi Qafqazda yeni diplomatik sınaq 01/05/2026
  • Bankların “qara siyahı”sından necə çıxmaq olar? 01/05/2026
  • Bu hallarda gömrük bəyannamələri ləğv edilə bilər 01/05/2026
  • Azərbaycanda bəzi müavinətlərin təyinatında yeni mexanizm qüvvəyə minir 01/05/2026
  • OPEK Azərbaycanın sübut olunmuş qaz ehtiyatlarının həcmini açıqlayıb 01/05/2026
  • Sumqayıtda “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş konfrans keçirilib 30/04/2026
  • Nikahların sayı tarixi minimuma endi, boşanmaların sayı iki dəfə artdı – Ailə böhranı tendensiyası niyə genişlənir? 30/04/2026
  • Türkiyədə yaşayış icazəsi almaq üçün dövlət rüsumu kəskin artırılıb 30/04/2026
  • Bir ekosistemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi 30/04/2026
  • Elektron xidmətlərin məqsədəuyğunluğunu müəyyən edəcək pilot layihələrin əhatə dairəsi müəyyənləşib 30/04/2026
  • “Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? 30/04/2026
  • Şahin Mustafayev hansı erməni iş adamları ilə görüşüb?- Paşinyan onun doğulduğu kəndə “səfəri” barədə danışdı 30/04/2026
  • İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib 30/04/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.