Skip to content
01/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 4
  • “Tramp Putini terrora təşviq edir” – “Moskva bu cinayətləri Baydenin dövründə edə bilməzdi”

“Tramp Putini terrora təşviq edir” – “Moskva bu cinayətləri Baydenin dövründə edə bilməzdi”

admin 04/02/2026
ukr-tr-pt

 

Tanınmış rusiyalı politoloq və publisist, London Universitet Kollecinin professoru Vladimir Pastuxov Tramp-Putin münasibətləri barədə maraqlı paylaşım edib.

Pastuxovun fikrincə, Kreml Co Baydenin prezidentliyi dövründə ABŞ-dən daha çox çəkinirdi, nəinki Trampın prezidentliyində.

O hesab edir ki, Tramp özünü nə qədər cəsarətli göstərməyə çalışsa da, əksinə, öz siyasəti və Rusiyaya münasibətilə Vladimir Putinin Ukraynaya qarşı işğalçılıq müharibəsində əl-qolunu daha çox açıb və hazırda Ukraynada dinc əhaliyə qarşı terrora əsas yaradıb.

Tanınmış politoloqun həmin fikirlərini qısa ixtisarla təqdim edirik: “

“Faktlar inadkar şeylərdir və bu faktlar bizə deyir ki, “zəif” Baydenin dövründə Moskva “güclü” Trampın dövründə etdiyi və cəzasız qaldığı əməllərə yaxın düşə də bilməzdi. Putinin blitskriqinin uğursuz olduğu aydın olan kimi, Ukraynanın enerji sisteminin və dəmir yolu logistikasının taleyi təcili gündəliyə gəldi. Payızın sonlarında bu məsələni, mənim fikrimcə, Ukrayna rəhbərliyinin ən uzaqgörən nümayəndələrindən biri ilə müzakirə etdiyimi xatırlayıram. O vaxt sual var idi ki, niyə Putin körpülərə və dəmir yollarına hücum etmir? Qeyd edim ki, həmin vaxtlar çoxsaylı “Strelkovlar” və “Duqinlər” eyni sualı açıq şəkildə verirdilər. İndi bu suala cavabımız var: Putin Trampı gözləyirdi.

Tramp olmadan Putinin Ukraynanın “enerji soyqırımı”ndan və milyonluq əhalisi olan şəhərlərin ballistik raketlərlə kütləvi şəkildə atəşə tutulmasından asanlıqla yaxa qurtara biləcəyinə heç bir inamı yox idi. İndi isə o, bu inamı qazanıb. Nə qədər xoş niyyətli olsa da, Tramp öz hərəkətləri ilə Putini ardıcıl olaraq terror törətməyə təşviq edir. O, Putini inandırdı ki, Amerikadan buna görə heç bir cavab gəlməyəcək. Tramp Avropaya qarşı “ikinci cəbhə” açdıqdan sonra isə Avropadan da cavab gəlməyəcəyi aydın oldu…

Ankoricdə Tramp faktiki olaraq Zelenskini Putinlə qaranlıq bir dalanda tək qoydu və Putin Sankt-Peterburq tinlərindəki kimi davrandı. Dörd il cəbhə xəttində qəti üstünlük əldə edə bilməyən Moskva nəhayət Kiyevin aşkar, lakin müvəqqəti olaraq əlçatmaz qalan zəifliyinə – mülki infrastrukturuna yol tapdı və onu metodik şəkildə məhv etməyə başladı.

Bütün bu hekayədə Kreml üçün yalnız bir mənfi cəhət var: Tramp əbədi deyil və hazırkı müharibə, nə qədər faciəli olsa da, tarixin sonu deyil. Ukraynanın mülki əhalisinə qarşı terrordan Avropanın tarixi yaddaşında qalan yara heç vaxt yuyulmayacaq. Gec-tez onlar bunun bədəlini ödəməli olacaqlar – ya özləri, ya da uşaqları. Və bəlkə də – belə də olur – uşaqların özləri atalarından soruşacaqlar: “O vaxtlar sizə nə olmuşdu?” /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: İran rejimindən Türkiyəyə qarşı nankorluq… – İsrail ilə eyni mövqedən çıxış etdi
Next: Ata talayır, oğul xaricə daşıyır… – Azərbaycanda məmur övladları necə “uğurlu biznesmen” olurlar?

OXŞAR MÖVZULAR

abş-ukr

Atəşkəs əvəzinə sanksiyaların ləğvi – ABŞ və Rusiya Ukraynaya dair nəyi müzakirə edir?

admin 01/05/2026
arm-türk-flag

Türkiyə lideri Ermənistana səfər edəcək? – Cənubi Qafqazda yeni diplomatik sınaq

admin 01/05/2026
mucteba-xamenei

İranda nizam dəyişdi – “Ali Rəhbər” erası bitdi

admin 29/04/2026

XƏBƏR LENTİ

  • Atəşkəs əvəzinə sanksiyaların ləğvi – ABŞ və Rusiya Ukraynaya dair nəyi müzakirə edir? 01/05/2026
  • AYİB Şəkidə su infrastrukturunun yaxşılaşdırılması üçün 91 milyon avro krediti təsdiqləyib 01/05/2026
  • İrəvandan milyarderə Qarabağ təpkisi: Öz fərari oğlunun hesabına “qaytaracaqsan”? 01/05/2026
  • Bu sahibkarlara yeni rüsum və qadağalar gəlir – Yeni qanunda nələr var? 01/05/2026
  • Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib 01/05/2026
  • Qazaxıstanın AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir 01/05/2026
  • Əmək qabiliyyətini itirənlərə verilən müavinətlə bağlı YENİLİK 01/05/2026
  • ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı 01/05/2026
  • Texnologiya Universitetində iş saatlarında içki məclisi keçirilir – Yaşar Ömərov hara baxır? 01/05/2026
  • Türkiyə lideri Ermənistana səfər edəcək? – Cənubi Qafqazda yeni diplomatik sınaq 01/05/2026
  • Bankların “qara siyahı”sından necə çıxmaq olar? 01/05/2026
  • Bu hallarda gömrük bəyannamələri ləğv edilə bilər 01/05/2026
  • Azərbaycanda bəzi müavinətlərin təyinatında yeni mexanizm qüvvəyə minir 01/05/2026
  • OPEK Azərbaycanın sübut olunmuş qaz ehtiyatlarının həcmini açıqlayıb 01/05/2026
  • Sumqayıtda “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş konfrans keçirilib 30/04/2026
  • Nikahların sayı tarixi minimuma endi, boşanmaların sayı iki dəfə artdı – Ailə böhranı tendensiyası niyə genişlənir? 30/04/2026
  • Türkiyədə yaşayış icazəsi almaq üçün dövlət rüsumu kəskin artırılıb 30/04/2026
  • Bir ekosistemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi 30/04/2026
  • Elektron xidmətlərin məqsədəuyğunluğunu müəyyən edəcək pilot layihələrin əhatə dairəsi müəyyənləşib 30/04/2026
  • “Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? 30/04/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.