Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 8
  • İcra başçısının müavini ilə dalaşan şəxs yenidən məhkəmə qarşısında: “Təzyiq göstərirlər”

İcra başçısının müavini ilə dalaşan şəxs yenidən məhkəmə qarşısında: “Təzyiq göstərirlər”

admin 08/02/2026
116a933cfc00908d719c33593bb73ada_7487eeff04a5e8dbbcec7563bd81ccff

 

Qəbələ Rayon İcra Hakimiyyətində keçirilən qəbul zamanı icra başçısının müavini Arif Allahverdiyev tərəfindən boğulduğunu iddia edən rayon sakini İqrar Əhmədov onunla bağlı verilən qərardan narazı qaldığı üçün Şəki Apellyasiya Məhkəməsinə müraciət edib.
O, bununla bağlı Musavat.com-a açıqlamasında bildirib ki, hadisənin iştirakçıları məhkəmədə şahid qismində göstərilir ki, bu da yolverilməzdir: “İş üzrə əsas fiqur olan Arif Allahverdiyev şahid deyil, birbaşa hadisənin iştirakçısıdır. Məhz o, mənə qarşı fiziki zor tətbiq etməyə cəhd göstərib, məni boğmaq istəyib. Bu baxımdan onun şahid qismində göstərilməsi hüquqi baxımdan yolverilməzdir və işin obyektiv araşdırılmasına ciddi maneə yaradır.
Hadisənin baş verdiyi ərazidə yerləşən təhlükəsizlik kameralarının görüntüləri mütləq açılmalı və məhkəmədə araşdırılmalıdır. Kameraların açılmaması hadisənin real gedişinin gizlədilməsinə və sübutların qəsdən ört-basdır edilməsinə xidmət edir. Xüsusilə bildirirəm ki, aktda imzası olan 3 nəfərin hamısı Qəbələ Rayon İcra Hakimiyyətinin əməkdaşlarıdır. Rəsmi qəbul prosesinin təşkili zamanı isə faktiki olaraq yalnız bir icra əməkdaşı – vətəndaşların qeydiyyatını aparan və növbə ilə içəri buraxan məsul şəxs olur. Bu, icra hakimiyyətlərində qəbul prosesinin standart və dəyişməz qaydasıdır. Bu baxımdan, qəbul zamanı eyni vaxtda 3 icra əməkdaşının bir yerdə olub hadisəni müşahidə etməsi həm faktiki, həm də təşkilati baxımdan mümkün deyil. Bu hal aktda göstərilən məlumatların formal, sifarişli və saxta xarakter daşıdığını açıq şəkildə sübut edir. Qeyd edirəm ki, Arif Allahverdiyevin rəsmi qəbul günü yalnız həftənin ikinci günüdür. Hadisənin baş verdiyi tarix isə həftənin beşinci gününə (cümə) təsadüf edir. Bu halda ciddi sual yaranır: əgər həmin gün Arif Allahverdiyevin rəsmi qəbul günü deyildisə, o, hansı hüquqi əsasla qəbul aparıb? Bu qəbul kim tərəfindən və hansı göstəriş əsasında təşkil edilib? Bu fakt hadisənin sonradan süni şəkildə qurulduğunu göstərir.
Əgər iddia edildiyi kimi, guya mən “çöldə qəbul olunmuşamsa”, bu halda aşağıdakı suallar açıq qalır: nə üçün dövlət məmuru vətəndaşı rəsmi qəbul otağında deyil, çöldə qəbul edib? Əgər qəbul çöldə baş veribsə, icra hakimiyyətinin əməkdaşlarının hamısı nə üçün həmin vaxt çöldə olub? Rəsmi qəbul prosesinin binanın daxilində aparılması məcburi olduğu halda, prosesin çöldə keçirilməsi hansı normativ hüquqi aktla əsaslandırılır? Bu ziddiyyətlər bir daha göstərir ki, hadisənin real gedişi qəsdən təhrif olunur və süni ssenari qurularaq ört-basdır edilir.
Xüsusilə vurğulayıram ki, ümumi şöbənin müdiri Fuad Zəkəriyev hadisənin yeganə real və birbaşa şahididir. Aktlarda imzası olan digər şəxslər hadisəni faktiki olaraq görməmiş, sonradan formal qaydada sənədlərə imza atmış şəxslərdir”.
İ. Əhmədov iddia edir ki, A. Allahverdiyev sabahkı məhkəmədə geri çəkilmək üçün ona dəfələrlə zəng edib: “Əgər mən həqiqətən təqsirli şəxs olmuşamsa, bu halda dövlət məmuru tərəfindən mənə zəng edilməsi hansı hüquqi zərurətdən irəli gəlib?
 Hadisədən sonra Fuad Zəkəriyev tərəfindən də mənə dəfələrlə telefon zəngləri edilib və bu zənglər zamanı məndən məhkəməyə getməməyim, ərizə və şikayətlərimdən geri çəkilməyim təkid olunub. Bu hallar açıq şəkildə məhkəmə prosesinə qanunsuz təsir göstərmək, şahid və zərərçəkmiş qismində olan şəxsə təzyiq etmək və ədalət mühakiməsinə müdaxilə cəhdi kimi qiymətləndirilməlidir”.
Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında Qəbələ Rayon İcra Hakimiyyətində baş verib. İ. Əhmədov iddia edib ki, qəbul zamanı icra başçısının müavini Arif Allahverdiyev ilə mübahisə edərkən qarşı tərəf onu boğmağa cəhd edib. Qəbələ Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, Əhmədov İqrar Sədr oğlu RİH-nin qəbul otağına gələrək əsassız yerə yüksək səslə rayon icra hakimiyyətinin vəzifəli şəxslərini təhqir edərək, nalayiq ifadələr işlədib. Hadisə müvafiq qaydada aktlaşdırılaraq aiddiyyəti üzrə rayon Polis Şöbəsinə təqdim edilib. Nəticədə İ. Əhmədov 10 sutkalıq inzibati həbs cəzası alıb.
PAYLAŞIN:

Continue Reading

Previous: Portağal tələbatı artır, yerli istehsal isə yerində sayır: Niyə idxaldan asılıyıq?
Next: Zabrat qəbiristanlığı baxımsız halda: Sakinlər yaxınlarını ziyarət edə bilmir

OXŞAR MÖVZULAR

ailə uşaq

Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək?

admin 16/04/2026
tel-uşaq

Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır”

admin 16/04/2026
baku-yağış

Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.