Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 11
  • ABŞ-nin İrəvana verdiyi PUA-lar kimi güdəcək? – Azərbaycana qarşı çevrilə bilər…

ABŞ-nin İrəvana verdiyi PUA-lar kimi güdəcək? – Azərbaycana qarşı çevrilə bilər…

admin 11/02/2026
pua-abş

 

Erməni müxalifəti isə Rusiya və İrandan narahatdır

ABŞ Vitse-prezidenti Cey Di Vensin Ermənistana səfəri ərəfəsində ABŞ İrəvana bir növ “hərbi jest” edərək, müasir PUA-lar verib.

Erməni mediasının yazdığına görə, Ermənistana 20 yeni PUA veriləcək. Əsasən kəşfiyyat xarakterli dronlar sayılan bu PUA-ların hər birinin qiyməti, yenə erməni mənbələrinin bildirdiyinə görə, 500.000 dollardır.

Təbii ki, hər nə qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması, münasibətlərin, kommunikasiyaların, iqtisadi və hətta turizm əlaqələrinin bərpası mövzusu aktuallaşdırılsa da, bu dövlətlə münasibətdə ehtiyatı əldən vermək qətiyyən doğru sayıla bilməz. Ermənistandakı siyasi vəziyyəti, Rusiyanın və Qərbin bu ölkədəki maraqlarını, ona təsir imkanlarını, gələcəkdə gözlənilən daxili siyasi qarşıdurmaları və s. nəzərə alsaq, İrəvanın Azərbaycanla bugünkü sülh gündəliyinin nə zamansa yenidən hərbi qarşıdurma gündəliyi ilə əvəz olunmasını istisna etmək olmaz. Bu baxımdan Ermənistanın, kim tərəfindən olmasından asılı olmayaraq, yeni silahlarla, PUA-larla və digər hərbi avadanlıqlarla təchiz olunması Azərbaycan üçün arzuolunan deyil. ABŞ-nin Ermənistana 20 müasir kəşfiyat PUA-sı verməsi qərarı da bu sarıdan bizim üçün təbii ki, mənfi haldır…

Lakin maraqlıdır ki, Ermənistanın özündə ABŞ PUA-ları mövzusu daha çox Azərbaycan və Türkiyə deyil, Rusiya və İran kontekstində müzakirə edilməkdədir. Şərhçilərin əksəriyyəti bu kəşfiyyat dronlarının regiondakı Rusiya və İranın hərbi varlığını izləmək üçün istifadə olunacağını iddia edirlər.

Məsələn, erməni mediasında Ermənistan Milli Konqres Partiyasının sədr müavini Aram Manukyanın müsahibəsi dərc edilib. Vensin səfərini şərh edən erməni siyasətçi ABŞ ilə münasibətlərin daha da yaxınlaşması görüntüsünün aldadıcı ola biləcəyini deyib: “Ermənistan-Amerika münasibətləri inkişaf edir və bu, çox müsbət haldır: nə qədər çox dostumuz olsa, bir o qədər yaxşıdır. Lakin detallara nəzər salsaq, təsadüfi müşahidəçinin asanlıqla fərqinə varmadığı şeyləri aşkar edəcəyik və bu baxımdan hakimiyyətin entuziazmı yersizdir. İndi bir az gözləməli və Azərbaycanda nə baş verəcəyini görməliyik”.

Manukyan ABŞ PUA-ları barədə danışarkən, onların Ermənistana xeyrindən çox təhlükə yaratdığını iddia edib: “Ermənistan hər biri təxminən yarım milyon dollara başa gələn 20 dron alacaq və bunlar kəşfiyyat dronlarıdır. Əlbəttə ki, hərbi-iqtisadi və texniki əməkdaşlığın olması yaxşıdır, lakin bunların kəşfiyyat dronları olması ilə bağlı ciddi bir risk, təhlükə var. Onlar Rusiya və İran tərəfindən son dərəcə mənfi qəbul ediləcək. Burada Rusiya bazası var və onlar həm Rusiya bazasında, həm də İran tərəfində asanlıqla kəşfiyyat apara bilərlər. Onlar 100-150 km məsafədə kəşfiyyat apara, məlumat toplaya və ötürə bilərlər. Xüsusilə, bu PUA-lardan Ukraynada Rusiyaya qarşı istifadə edilib, təxminən 150 uçuş həyata keçirilib və onlar Rusiya bazalarını, Rusiya avadanlıqlarını aşkar ediblər. Bu məlumatlar Ukrayna tərəfinə ötürülüb və ukraynalılar bu obyektləri məhv ediblər. Bu, təbii ki, hərbi-strateji müttəfiqliyimiz olan Rusiya tərəfini narahat edəcək”.

O qeyd edib ki, bu dronların Ermənistana verilməsini ruslar üçün qəbul etdirmək çətin olacaq: “Biz bu sistemin bir hissəsiyik; Türkiyə ilə sərhədimizi rus əsgərləri qoruyur və İran faktoru getdikcə güclənir. Amerikalılar daim açıq şəkildə İran əleyhinə koalisiyanı dəstəklədiklərini bəyan edir və bu proqrama daxil ediləcək ölkələri özlərinə cəlb edirlər. Bu mənada bizə verilən dronlar İranda da narahatlıq yaradacaq”.

Qeyd edək ki, Ermənistanda bu cür düşünən təkcə Manukyan deyil. Bir çoxları hesab edir ki, ABŞ-nin Ermənistana qarşı bu səxavəti təsadüfi deyil və həmin kəşfiyyat PUA-larından ABŞ-nin maraqları çərçivəsində Rusiya bazasının və İranın izlənməsi üçün istifadə olunacaq. Bu isə Ermənistanı təhlükəli vəziyyətdə, hətta zərbə altında qoya bilər.

Lakin əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycan Ermənistana istənilən növ silah tədarükünə öz maraqları və təhlükəsizliyi prizmasından baxmalıdır. Azərbaycan ordusu belə silahlara qarşı müasir müdafiə və hücum vasitələri ilə təmin olunmalıdır. Çünki tarixin sübut etdiyi kimi, ermənilərə verilən istənilən silah, istəniləndə Azərbaycana qarşı çevrilə bilər…/azpolitika.info 

PAYLAŞIN:

Continue Reading

Previous: Prezident: Azərbaycan həmişə Fələstin məsələsinin “iki dövlət” prinsipi əsasında həllini dəstəkləyib
Next: AMB: Bank sektorunda dayanıqlılıq və ESİ yanaşması üzrə normativ baza gücləndirilib

OXŞAR MÖVZULAR

ncfSzA2BWrTBFZt3gTDcRtEbwKgQFPlakjVbgNBE_1200

Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir

admin 25/05/2026
nceferli

“Proses davam edəcək və quru sərhədləri açılacaq…” – Ekspert vaxtı da AÇIQLADI

admin 21/05/2026
vuf-çin-h

WUF13-də “Şanxay Manualı” və qabaqcıl şəhər təcrübələri təqdim edildi

admin 19/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.