Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 11
  • İsrail ABŞ-ı seçim qarşısında qoyur: İran dosyesində yeni mərhələ

İsrail ABŞ-ı seçim qarşısında qoyur: İran dosyesində yeni mərhələ

admin 11/02/2026
ntn-tr

İsrail hökuməti İranla bağlı danışıqların yalnız nüvə proqramı ilə məhdudlaşmasını istəmir.

 Baş nazir Benjamin Netanyahu Vaşinqtona səfəri ərəfəsində açıq şəkildə bəyan edib ki, ABŞ ilə müzakirələrdə əsas mövzu Tehran olacaq və İsrail bu danışıqların çərçivəsinin genişləndirilməsinə çalışacaq. Onun məqsədi təkcə uranın zənginləşdirilməsi məsələsini deyil, həm də İranın ballistik raket proqramını gündəmə gətirməkdir.

Netanyahunun sözlərinə görə, istənilən razılaşma yalnız nüvə obyektlərini əhatə etməməlidir. O hesab edir ki, İranın raket arsenalı ayrıca və real təhlükədir. Xüsusilə ötən ilin iyununda İsrail ilə İran arasında baş vermiş 12 günlük qarşıdurmadan sonra Təl-Əvivdə bu narahatlıq daha da artıb. Həmin dövrdə İranın atdığı ballistik raketlər həm hərbi, həm də mülki hədəflərə zərbə endirmişdi.

Donald Tramp ilə altıncı görüş

Çərşənbə günü keçirilməsi planlaşdırılan görüş Donald Trampın yenidən Ağ Evə qayıdışından sonra iki lider arasında altıncı təmas olacaq. Netanyahu bu səfəri strateji baxımdan həlledici sayır. O, Vaşinqtonu inandırmağa çalışacaq ki, İranla mümkün razılaşma yalnız zənginləşdirmənin dayandırılması ilə kifayətlənməməli, raketlərin mənzilinin məhdudlaşdırılmasını və Tehranın bölgədəki silahlı qruplara dəstəyinin dayandırılmasını da əhatə etməlidir.

İsrail tərəfi xüsusilə 300 kilometrdən artıq mənzilli raketlərin məhdudlaşdırılmasını vacib sayır. Bundan əlavə, Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinin İrana tam və nəzarətsiz giriş imkanının bərpası da Təl-Əvivin əsas tələblərindəndir.

Məhdud saziş qorxusu

İsraildə əsas narahatlıq Vaşinqtonun Tehranla dar çərçivəli, müvəqqəti bir razılaşmaya getməsi ehtimalıdır. Belə bir saziş uranın zənginləşdirilməsini müvəqqəti dayandıra bilər, lakin raket proqramına toxunmaya bilər. İsrail ekspert dairələrində hesab olunur ki, bu, təhlükənin kökünü aradan qaldırmır və gələcəkdə daha böyük toqquşmaya zəmin yarada bilər.

Tehran isə indiyə qədər danışıqların yalnız nüvə mövzusu ilə məhdud qalmasında israr edir. İran rəhbərliyi raket proqramını müdafiə xarakterli sayır və onu müzakirə predmeti kimi qəbul etmir. Eyni zamanda, bölgədəki müttəfiq silahlı qruplara dəstək məsələsini də “regional siyasət” çərçivəsində qiymətləndirir.

Seçki ili və siyasi mesaj

Netanyahu üçün bu səfər yalnız xarici siyasət məsələsi deyil. Bu ilin sonuna doğru İsraildə seçkilərin keçirilməsi gözlənilir. Baş nazir uzun illərdir ki, özünü İran təhlükəsinə qarşı ən sərt mövqedə dayanan lider kimi təqdim edir. Vaşinqtonda aparılan danışıqlar onun daxili siyasi mövqeyini də gücləndirə bilər.

Analitiklər hesab edirlər ki, Netanyahu Tramp administrasiyasını daha sərt xəttə razı sala bilsə, bunu seçki kampaniyasında əsas arqumentə çevirəcək. Əks halda, məhdud razılaşma İsrail hökumətində yeni müzakirələr və hətta birtərəfli addımlar ehtimalını gündəmə gətirə bilər.

Hazırkı mərhələdə isə əsas sual açıq qalır: ABŞ İranla geniş və sərt şərtləri əhatə edən razılaşmaya gedəcek, yoxsa yalnız nüvə proqramı ilə kifayətlənəcək? Vaşinqton görüşü bu baxımdan yaxın həftələrin ən kritik siyasi hadisələrindən biri sayılır./yenicag.az

PAYLAŞIN:

Continue Reading

Previous: Rusiyadan kürdlərlə bağlı açıqlama
Next: İlham Əliyev Məsud Pezeşkianı təbrik etdi

OXŞAR MÖVZULAR

tramp-konf

Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru

admin 16/04/2026
iran-tehran

İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi!

admin 16/04/2026
abş-iir2

ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ

admin 15/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.