Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 11
  • Rektor Yusif Yusibova qarşı ağır ittihamlar – İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar – İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

admin 11/02/2026
yusif-yusibov2

 

Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti adından şikayət məktubu daxil olub. Məktubda Gəncə Dövlət Universitetinin rektoru və vəzifəli şəxslərinin ünvanına ağır ittihamlar səsləndirilib.

“Məktubda bildirilir ki, Gəncə Dövlət Universitetinin 75 yaşlı rektoru Yusif Yusibovun özbaşınalıqları bitmək bilmir: Təsəvvür edin ki, bu adam şəhər prokurorunu belə rüşvətlə ələ aldığını iddia edir. Bu söz onun yaxın ətrafı ilə söhbət zamanı ağzından çıxıb və həmin şəxslər də bunu müxtəlif yerlərdə danışırlar. Universitetdə onun qeyri-qanuni əməlləri ilə razılaşmayan şəxslər işdən azad edilir, ləkələnir, sosial şəbəkələrdə ailələrinin yanında biabır etdirilirlər”.

Şikayət məktubunda qeyd edilir ki, bir müddət əvvəl universitetin dəftərxanasının əməkdaşı(Editor.az həssaslığı nəzərə alaraq adları ixtisar edir) ləkələnərək işdən azad edilmişdi. Bu xanım hər yerə şikayət etsə də, baxan olmadı. Nəticədə həmin qadın universitetin ərazisində damarlarını kəsib, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, onun səsi batırıldı və bu hadisə ilə bağlı heç bir araşdırma aparılmadı.

Yusif Yusibov aldığı rüşvətin üstü açılmasın deyə, öz keçmiş köməkçisini(Editor.az həssaslığı nəzərə alaraq adları ixtisar edir) də ləkələyərək işdən azad etdi və öz adamları vasitəsilə “TikTok” platformasında onun barəsində böhtan xarakterli, rüsvayedici video yaydırdı. Həmin qadın həftələrlə xəstəxanada qaldı, sonda isə evini sataraq Bakıya köçməyə məcbur oldu.

Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti adından cumhuriyyet.az-a göndərilən məktubda deyilir ki, Yusif Yusibov 22 yanvar tarixində axşam saat 19:00-da Gəncədə yerləşən “Alov” restoranında yaxın ətrafını başına toplayaraq məclis təşkil edib: “Həmin qonaqlıqda bütün prorektorlar, dekanlar, müşavirlər – bir sözlə, rektorun yaxın ətrafından 20–25 nəfər iştirak edib. Maraqlıdır ki, qonaqlığın xərcini özü ödəmək əvəzinə, pulunu dekanlardan yığıb. Həmin qonaqlıq zamanı rektor yaşına yaraşmayan ifadələr işlədib. Bütün bu danışıqlar məqsədli şəkildə restoranın həmin otağında əvvəlcədən quraşdırılmış kamera vasitəsilə qeydə alınıb. Rektor həmin məclisdə Elm və Təhsil Nazirliyinin vəzifəli şəxslərinin, o cümlədən Ülkər Səttarovanın, Emin Əmrullayevin və Tural Əhmədovun ünvanına uyğun olmayan sözlər işlədib. O, bildirib ki, orada ən layiqli adam onun dostu Firudin Qurbanovdur, ona daim müəyyən məlumatlar verir və o da buna uyğun fəaliyyətini planlaşdırır. O, həmçinin qeyd edib ki, İlqar Kubışev Regional Kollecdə direktor işlədiyi dövrdə orada qayda-qanun yaratmışdı, lakin Elm və Təhsil üzrə Agentlik “buraxmanın, axmağın birini” ora direktor təyin edib. Bildirib ki, onun başqa əlacı qalmayıb və bir gün gedib Xoşunu oradan “təpiklə çıxaracaq”. “Xoşu” dedikdə Gəncə Regional Kollecin direktoru Xoşqədəm Xudiyevanı nəzərdə tutur. Xoşqədəm Xudiyevaya qarşı mətbuatda və sosial şəbəkələrdə aparılan kampaniya Yusif Yusibovun xüsusi tapşırığı ilə Ümumi işlər üzrə prorektor Samir Məmmədovun vasitəsilə maliyyələşdirilir. Xoşqədəm Xudiyeva protokola əsasən Gəncə Dövlət Universitetinin Elmi Şurasının üzvüdür. Lakin bu günə qədər bir dəfə də olsun Elmi Şuranın iclasında iştirak etməyib. Səbəb isə Elmi Şuranın iclas vaxtı barədə ona məlumat verilməməsi və dəvət olunmamasıdır. Əksinə, rektor dəfələrlə bildirib ki, “Xoşu nə zibildir ki, bizim şurada iştirak etsin”.

Cumhuriyyet.az-ın iddiasına görə,hər dəfə imtahan sessiyasından sonra, eləcə də hər ay rektor tərəfindən Ümumi işlər üzrə prorektor Samir Məmmədova xüsusi paket verilir. Samir Məmmədovun ümumiyyətlə, təhsildən anlayışı yoxdur, lakin buna baxmayaraq hər işə burnunu soxur, təhsillə bağlı müxtəlif komissiyalara rəhbərlik edir.

Məlum olduğu kimi, Elmlər Akademiyasının nəzdində olan bir neçə Elmi-Tədqiqat İnstitutu GDU-nun tabeliyinə verilib. Yusif Yusibov həmin qonaqlıqda bildirib ki, bu institutlardan 20-dən artıq əməkdaşı işdən azad edəcəyəm. Bir neçə nəfər onların işləməsinə imkan verilməsini xahiş etsə də, Yusif Yusibov “nə danışırsınız, yerinə başqa adam götürəcəyəm, orada yaxşı pul var” deyə cavab verib.

Bu yaxınlarda Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov universitet əməkdaşlarının maaşlarını 10 faiz artırıb. Yusif Yusibov isə universitetdə yalnız özünə yaxın adamların maaşını qaldırır. Elmi Şurada müzakirə olunmadan rektora yaxın şəxslərə Elmi Şuranın qərarı ilə yüksək maaşlar yazılır, müəllimlərin və tədris-köməkçi heyətin maaşları isə artırılmır. Tədris-köməkçi heyət təxminən 300 manat maaş alır. Rektor iclaslarda bildirir ki, vəsait yoxdur. Maraqlıdır, bəs vəsait hara gedir?

Laboratoriyalara avadanlıq alınmır, professor-müəllim heyəti dərs vəsaitlərini, məqalələri və fənn proqramlarını öz şəxsi vəsaitləri hesabına çap etdirir, həmin materiallar universitetin kitabxanasına belə qəbul edilmir. Yalnız akkreditasiya zamanı görüntü yaratmaq üçün müəyyən sayda kitab kitabxanaya daxil edilib. Kafedralara, şöbələrə və dekanlıqlara hətta A4 kağızı belə verilmir; kağız, papkalar, sabun, təmizləyici vasitələr və digər ləvazimatlar alınıb elə həmin gün müxtəlif obyektlərə satışa göndərilir. Universitetin tualet otaqlarında sabun və kağız belə yoxdur; bunları dekanlara məcburən aldırırlar.

Universitetdə olan kompüterlər və noutbuklar yararsız vəziyyətdədir, çünki universitetə alınarkən ən keyfiyyətsiz texnika baha qiymətə rəsmiləşdirilir. Rektorun qəbul günü yoxdur, heç kimi qəbul etmir. O, respublikada qəbul saatı olmayan yeganə rektordur. Nazir tərəfindən töhmət verilərək işdən azad edilmiş İlqar Kubışev Yusif Yusibov tərəfindən yenidən özünə müşavir təyin edilib. İlqar Kubışevin ixtisası maşınqayırma texnologiyasıdır. Buna baxmayaraq, o əvvəlcə Musiqi Kollecinə direktor təyin etdirilib. Kollektivin ciddi narazılığı nəticəsində nazirin əmri ilə işdən azad edilib.

Daha sonra Yusif Yusibov onu yenidən özünə köməkçi təyin edib. Müəyyən müddətdən sonra İlqar Kubışev yenidən Gəncə Regional Kollecinə direktor vəzifəsinə gətirilib. Kollecdə yenidən narazılıqlar başladığından bu şəxs bir daha Təhsil Nazirinin əmri ilə töhmət alaraq işdən çıxarılıb. Maraqlıdır ki, Təhsil Nazirliyi tərəfindən dəfələrlə töhmət verilərək işdən azad edilmiş bir şəxsin yenidən yüksək vəzifələrə təyin olunması açıq-aşkar Nazirliyə meydan oxumaq deyilmi?

İlqar Kubışev Yusif Yusibovun qoçularından biridir. Ötən illərdə o, Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Farizə İsmayılzadəni rektorun qəbul otağında vəhşicəsinə döymüşdü. Farizə İsmayılzadə uzun müddət müxtəlif instansiyalara şikayət etsə də, nə işinə bərpa oluna bilmədi, nə də İlqar Kubışev barəsində hər hansı tədbir görülmədi.

Bu qədər müraciətə baxmayaraq, Elm və Təhsil Nazirliyinin susqunluğunu Gəncə Dövlət Universitetinin əməkdaşları kimi başa düşə bilmirik. Elm və Təhsil Nazirliyi kimdən qorxur və niyə reaksiya vermir?”./cumhuriyyet.az

PAYLAŞIN:

Continue Reading

Previous: 80 manatlıq telefona 100 manat rüsum… – Ekspert
Next: Rusiyadan kürdlərlə bağlı açıqlama

OXŞAR MÖVZULAR

natiq-şam2

Kağız üzərində təhsil və paralel iş qalmaqalı

admin 16/04/2026
abdin-asif

Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır

admin 16/04/2026
kqafarov

Biznesmen deputatın puç olan xəyalları və…

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.