Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 12
  • Nazirliklərdə rəqəmsallaşma üzrə müavin təyinatı nə vəd edir?

Nazirliklərdə rəqəmsallaşma üzrə müavin təyinatı nə vəd edir?

admin 12/02/2026
digital
“Kibertəhlükəsizlik üzrə əsas hədəflər müəyyən edilməlidir”. Bu sözləri Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə deyib. 
“Bu sahə də kritik sahələrdən biridir. Biz keçən il çox mütəşəkkil və aqressiv kiberhücuma məruz qalmışıq. Biz onun mənbəyini də bilirik və lazımi tədbirlər də görülmüşdür ki, özümüzü bu ciddi problemlərdən qoruya bilək. Ona görə bu sahəyə ciddi  diqqət göstərilməlidir. Bizdə artıq fəaliyyət göstərən Kibertəhlükəsizlik Mərkəzi var, onun işi daim diqqət mərkəzində olmalıdır”, deyə Prezident İlham Əliyev vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, hər bir dövlət qurumunda, xüsusilə nazirliklərdə bu istiqamət üzrə ya yeni ştat vahidi yaradılsın, ya da mövcud müavinlərdən birinə bu sahə həvalə edilsin:
“Ya da bu sahə mövcud müavinlərin birinə tapşırılsın ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları, rəhbərliyi bilsinlər ki, onların təmasda olacaqları şəxslər kimdir və hər bir dövlət qurumunda bu sahə prioritet sayılmalıdır”. 
Milli Məclisin deputatı Aydın Mirzəzadə açıqlamasında bildirib ki, bəşəriyyət bu gün inkişafın yeni mərhələsinə qədəm qoyub:
“İnformasiya texnologiyaları artıq bütün məlumatları hər kəs üçün əlçatan edib. Eyni zamanda, fəaliyyətin daha səmərəli təşkili üçün süni intellekt anlayışı prioritetə çevrilib. Azərbaycan da bu yeni sahəni vacib hesab edir. Prezidentin dünənki müşavirəsi göstərdi ki, o, dünyada baş verən yeniliklərə və yeni texnologiyalara daim böyük maraq göstərir. Süni intellekt informasiyaların toplanmasında, paylanmasında və həmin məlumatlar əsasında yeni təkliflərin hazırlanmasında mühüm rol oynayır. Düzdür, bunu insan da edə bilər, lakin süni intellekt daha sürətli və müxtəlif təcrübələri nəzərə almaqla daha səmərəli nəticə verir”.
Deputat vurğulayıb ki, Azərbaycan süni intellektin yaradılması və tətbiqi mərhələsinə qədəm qoyur:
“Hər bir idarədə, o cümlədən nazirliklərdə bu sahə üzrə xüsusi bir rəhbər şəxsin fəaliyyət göstərməsi və digər qurum nümayəndələri ilə əlaqə saxlaması süni intellektin artıq ayrı-ayrı strukturların deyil, bütövlükdə cəmiyyətin istifadə etdiyi alətə çevrilməsinə kömək edəcək. Prezident məsələni çox düzgün qoydu. Hesab edirəm ki, bundan irəli gələrək biz dünyanın qabaqcıl ölkələrinin əldə etdiyi nailiyyətlərə qoşula biləcəyik. Dünən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin də bildirdiyi kimi, süni intellekt vasitəsilə Azərbaycan ildə 100 milyon dollar gəlir əldə edə bilər. Bu məbləğin qısa zamanda artırılaraq bir milyard dollara çatdırılması isə prioritet sahəmizin istiqamətini bir daha göstərir”.
Aydın Mirzəzadə hesab edir ki, Azərbaycan bu sahədə həm xarici təcrübəni mənimsəyəcək, həm də öz təcrübəsini formalaşdıra biləcək.
İqtisadçı ekspert Natiq Cəfərli isə bildirir ki, dünya artıq elə bir inkişaf səviyyəsinə çatıb ki, kibertəhlükəsizlik və süni intellekt həyatın və iqtisadiyyatın ayrılmaz hissəsinə çevrilir:
“Çünki süni intellektin inkişafı dünyaya təkcə müsbət dəyişikliklər gətirmir. Bu proses yalnız inkişafla nəticələnmir, eyni zamanda kiberhücumların aktivləşməsinə və onların qarşısının alınmasının daha mürəkkəbləşməsinə səbəb olur. Ona görə də belə vəzifənin hər bir dövlət qurumunda, nazirliklərdə yaradılması o deməkdir ki, bu, təkcə səlahiyyət deyil, həm də məsuliyyətdir. Prezidentin çıxışında da qeyd olundu ki, Azərbaycana zaman-zaman böyük kiberhücumlar edilir. Bu hücumlara görə konkret şəxslər cavab verməlidir. Həmin şəxslər yalnız səlahiyyət sahibi deyil, həm də məsuliyyət daşıyacaqlar”.
Natiq Cəfərli əlavə edib ki, bundan sonra Azərbaycana qarşı kiberhücumlar təşkil olunarsa, həmin şəxs cavabdeh olacaq:
“Hazırda məsuliyyət zəifdir. Qurumlar bir-birinə istinad edərək bildirirlər ki, bunun qarşısını ala bilmədilər. İndi isə məsələ konkretləşir: həm səlahiyyət verilir, həm də məsuliyyət tələb olunur. Məncə, bu, doğru istiqamətdir. Bu istiqamətin nəticəsində Azərbaycana qarşı edilən kiberhücumlar zəifləyər və ya minimuma enərsə, bu, çox müsbət hal olar. Eyni zamanda, süni intellektin insanlığın inkişafı naminə tətbiqi dövlət qurumlarında da genişləndirilməlidir”./qaynarinfo.az
PAYLAŞIN:

Continue Reading

Previous: Hakan Fidan: “ABŞ İranın uranı limitlər daxilində zənginləşdirməsinə icazə verməyə hazırdır”
Next: İnternetin sürəti artacaq?

OXŞAR MÖVZULAR

xin-y

Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib

admin 15/04/2026
azal-qeza---

Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək

admin 15/04/2026
vüqar-gülm

Vüqar Gülməmmədov: “Ötən il satınalmaların yarıdan çoxu rəqabətsiz keçirilib”

admin 13/04/2026

XƏBƏR LENTİ

  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.