Skip to content
23/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 13
  • “Azərlotereya”nın gəlirləri hara gedir? – Dünya təcrübəsi və Azərbaycan reallığı

“Azərlotereya”nın gəlirləri hara gedir? – Dünya təcrübəsi və Azərbaycan reallığı

admin 13/02/2026
azlotereya

 

Əgər gəlirlərin bölgüsü, sosial payın faizi və dövlət büdcəsinə real töhfə barədə açıq statistika təqdim olunmursa, bu, artıq talama əlamətləridir…

Dövlət lotereyaları dünyanın bir çox ölkəsində sadəcə şans oyunu deyil. Onlar büdcəyə əlavə gəlir gətirən, sosial layihələri maliyyələşdirən və ictimai proqramları dəstəkləyən mühüm maliyyə mexanizmi kimi fəaliyyət göstərir. Təhsil, səhiyyə, idman infrastrukturu, mədəni irs layihələri və yerli icma təşəbbüsləri bir çox ölkədə məhz lotereya gəlirləri hesabına maliyyələşdirilir.

Lakin bu mexanizmin effektivliyi yalnız gəlirin həcmi ilə ölçülmür. Əsas məsələ şəffaflıq, hesabatlılıq və vəsaitlərin açıq şəkildə bölüşdürülməsidir. Dünya təcrübəsi göstərir ki, dövlət nəzarətində olan lotereya şirkətləri sistemi yalnız o halda ictimai etimad qazana bilir ki, onun maliyyə mexanizmi aydın və ictimaiyyət üçün əlçatan olsun.

Dünya təcrübəsi: açıq hesabat və sosial yönümlülük

Məsələn, Böyük Britaniyada fəaliyyət göstərən The National Lottery dövlət tərəfindən lisenziyalaşdırılır və onun fəaliyyəti UK Gambling Commission tərəfindən nəzarətdə saxlanılır. Burada gəlirin bölgüsü qanunla müəyyən edilir və hər il ictimai hesabat dərc olunur.

Model təxminən belədir – gəlirin yarıdan çoxu uduşlara ayrılır, təxminən dörddə biri isə sosial layihələrə yönəldilir. Həmin vəsait hesabına məktəblər, idman obyektləri, mədəniyyət mərkəzləri, yerli icma layihələri maliyyələşdirilir. Ən vacibi isə budur ki, ayrılan vəsaitlərin məbləği və istiqaməti açıq şəkildə göstərilir.

Son aylar ciddi siyasi və iqtisadi əlaqələr qurdğumuz ABŞ-da isə sistem ştatlar üzrə fəaliyyət göstərir.

Məsələn, North Carolina Education Lottery gəlirlərinin əhəmiyyətli hissəsini təhsil sektoruna yönəldir. Məktəb tikintisi, tələbə təqaüdləri və müəllimlərin maliyyələşdirilməsi bu vəsait hesabına həyata keçirilir. Hər il maliyyə hesabatları ictimaiyyətə təqdim olunur və konkret rəqəmlər açıqlanır.

Yeni Zelandiyada isə New Zealand Lottery Grants Board vasitəsilə lotereya gəlirləri birbaşa icma və sosial rifah layihələrinə yönəldilir. Ayrılan qrantların siyahısı və məbləğlər açıq şəkildə dərc olunur.

Bu ölkələrin təcrübəsi göstərir ki, uğurlu modelin əsas şərtləri bunlardır – qanunla müəyyən edilmiş faiz bölgüsü, illik açıq maliyyə hesabatı, müstəqil audit, sosial istiqamətlərin konkret göstərilməsi və uğur, cəmiyyət üçün əlavə gəlir və şans…

Azərbaycan modeli: Məlumat çatışmazlığı

Azərbaycanda rəsmi lotereya operatoru “Azərlotereya” ASCdir. Şirkət dövlət nəzarətində fəaliyyət göstərir və bazarda müxtəlif oyun məhsulları təqdim edir.

Lakin ictimai müstəvidə bir sıra suallar illərdir açıq qalır

İllik ümumi dövriyyə nə qədərdir?
Uduş fonduna neçə faiz ayrılır?
Dövlət büdcəsinə konkret nə qədər vəsait köçürülür?
Sosial layihələrə ayrılan məbləğ ümumi gəlirin neçə faizini təşkil edir?

Mövcud məlumatlar əsasən sponsorluq və sosial məsuliyyət tədbirləri barədə ümumi açıqlamalardan ibarətdir. Lakin sistemli maliyyə bölgüsü, faiz nisbətləri və illik strukturlaşdırılmış hesabat ictimaiyyət üçün açıq formada təqdim edilmir.

Dövlət lotereyası mahiyyət etibarilə ictimai vəsaitin toplanması mexanizmidir. Vətəndaş bileti alarkən yalnız uduş şansı əldə etmir, eyni zamanda sistemə maliyyə dəstəyi göstərir. Bu halda cəmiyyətin əsas gözləntisi həmin vəsaitlərin sosial məqsədlərə xidmət etməsidir. Aydın oldumu söhbət nədən gedir? Yəni hansısa bir vətəndaş lotoreya aldıqda və şansı gətirmədikdə anlamalıdır ki, bu xərclədiyi pul ya ona, ya övladına bu və ya diğər formada xeyir gətirəcək. Yəni onun pulu kiminsə cibinə deyil, dövlətin büdcəsinə və gələcəkdə ona xərclənmək üçün getdi. Əcəba, vətəndaş bunu düşünürmü və ya daha dəqiq desək, vətəndaş bu pulun xeyrini görürmü? Xeyir, birmənalı olaraq, Azərbaycanda vətəndaşlar “Azərlotoreya”nın yaınız onun cibinə girdiyini hiss edir.

Əgər gəlirlərin bölgüsü, sosial payın faizi və dövlət büdcəsinə real töhfə barədə açıq statistika təqdim olunmursa, bu, artıq talama əlamətləridir.

Şəffaf mexanizm tətbiq olunsaydı insanlar təhsil fondlarına stabil maliyyə axınını, regional infrastruktur layihələrini maliyyələşdirilməsini, sosial müdafiə proqramlarının genişləndirilməsini görməli idi. İndiki halda “Azərlotoreya”nın fəaliyyəti yalnız qazanmaq və qazandıqlarlarının hara xərcləndiyi bəlli olmayan bir mezanizmin şahidi oluruq.

Dünya təcrübəsi göstərir ki, dövlət lotereyaları düzgün və şəffaf idarə olunduqda sosial inkişaf alətinə çevrilir. Böyük Britaniya, ABŞ və Yeni Zelandiya modelləri bunun praktiki nümunəsidir.

Azərbaycan modelində isə əsas müzakirə mövzusu lotereyanın mövcudluğu deyil, gəlirlərin bölüşdürülməsi və ictimai hesabatlılıq məsələsidir. Açıq illik maliyyə hesabatları yoxdur, faiz bölgüsünün dəqiq göstərilməsi yoxdur, sosial layihələrin konkret siyahısının təqdim edilməsi yoxdur…/poliqon.info

PAYLAŞIN:

Continue Reading

Previous: Qəbir yerlərindən qazanılan milyardlarlar kimin cibinə gedir? – Bələdiyyələrlə İş Baş İdarəsi susur…
Next: “KapitalBank” rəhbərinin peşəkarlığı sual doğurdu – Hər ilin sonu milyonlarla bonus alırlar…

OXŞAR MÖVZULAR

işsiz-

Region göstəriciləri reallığı əks etdirirmi? – İqtisadçı deputatın çıxışını şərh etdi

admin 23/04/2026
test-imt

Martın 15-i keçirilmiş buraxılış imtahanında 9 nəfər maksimal nəticə göstərib

admin 23/04/2026
h-palata

Azərbaycanda dövlət əmlakının uçotunda ciddi nöqsanlar aşkarlanıb

admin 23/04/2026

XƏBƏR LENTİ

  • Region göstəriciləri reallığı əks etdirirmi? – İqtisadçı deputatın çıxışını şərh etdi 23/04/2026
  • Trampın 1 həftə vaxtı qalır – Müharibə ilə bağlı qəti qərara gəlməlidir 23/04/2026
  • İrana qarşı əməliyyatlar bərpa edilsə Tehran hansı addımları atacaq? – QORXUNC SSENARİ 23/04/2026
  • Martın 15-i keçirilmiş buraxılış imtahanında 9 nəfər maksimal nəticə göstərib 23/04/2026
  • Azərbaycanda dövlət əmlakının uçotunda ciddi nöqsanlar aşkarlanıb 23/04/2026
  • Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib 23/04/2026
  • Azərbaycanda pul xərcləyən turistlər hara yoxa çıxıb? – Xaricə səfər ikiqat bahalaşıb 23/04/2026
  • Revanşist ritorika və geosiyasi reallıqlar: Qars müqaviləsi yenilənə bilərmi? 23/04/2026
  • Banklar kredit şərtlərini hansı hallarda yumşalda bilərlər? – Ekspertdən AÇIQLAMA 23/04/2026
  • Daşınmaz əmlak üçün sığorta məbləğləri dəyişir? – VİDEO 23/04/2026
  • Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan olunub 23/04/2026
  • EAPCA Belçika və Niderland parlamentlərinin Azərbaycan əleyhinə qətnamələrini pisləyib 23/04/2026
  • “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin yaradılmasının 3-cü ildönümü: suverenliyin təminində mühüm mərhələ 23/04/2026
  • Azərbaycanda məktəblərdə kütləvi yoxlamalara başlanıldı 23/04/2026
  • ABŞ İranın dəniz blokadası çərçivəsində 30-dan çox gəmini saxlayıb 23/04/2026
  • Tərtər Su Meliorasiya İdarəsinə bu MMC ilə müqaviə bağlamağa ADSEA-dan kim tapşırıq verib 23/04/2026
  • Edqars Rinkeviçs: Azərbaycan bir çox Avropa ölkəsi üçün strateji tərəfdaşdır 22/04/2026
  • Edqars Rinkeviçs: Latviya Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır 22/04/2026
  • Prezident: Bu gün Azərbaycan olmadan Şərq və Qərb arasında bağlantı problemlidir 22/04/2026
  • Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq 22/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.