Skip to content
01/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 13
  • Qəbir yerlərindən qazanılan milyardlarlar kimin cibinə gedir? – Bələdiyyələrlə İş Baş İdarəsi susur…

Qəbir yerlərindən qazanılan milyardlarlar kimin cibinə gedir? – Bələdiyyələrlə İş Baş İdarəsi susur…

admin 13/02/2026
qebir-y

 

Azərbaycanda qəbiristanlıqların idarə olunması ilə bağlı qanunvericilik kifayət qədər aydın və konkret görünür…

Qəbiristanlıqların reyestrinin aparılması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi-nin səlahiyyətinə daxildir, onların idarə olunması isə bələdiyyələr tərəfindən həyata keçirilməlidir. Nazirlər Kabinetinin təsdiqlədiyi “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” dəfn prosedurunu, torpaq normasını və təşkilati mexanizmləri detallı şəkildə müəyyən edir. Qanuna görə, qəbir yeri müraciət əsasında ayrılmalı, hər qəbir üçün 5 kvadratmetr torpaq sahəsi nəzərdə tutulmalı, proses isə şəffaf və rəsmi qaydada icra edilməlidir.

Kağız üzərində hər şey qaydasındadır. Amma reallıq tamam başqadır.

Poliqon bizimesr.az portalına istinadən xəbər verir ki, bu gün xüsusilə Bakı və Sumqayıt ərazilərində qəbir yerləri faktiki olaraq açıq bazar prinsipi ilə satılır. Qiymətlər “yerinə görə” dəyişir- yol kənarı, mərkəzi hissə, “yaxşı sektor”…

Rəsmi sənədlərdə belə anlayışlar yoxdur. Amma praktikada var. 1500 manatdan başlayan qiymətlər 5 min manata, hətta bəzi hallarda 10 min manata qədər yüksəlir.

Rəsmi tarif cədvəli yoxdur, qəbz verilmir. Ödənişlərin hansı hesabda toplandığı məlum deyil. Əgər qanun qəbir yerlərinin satılmasını nəzərdə tutmursa, bu pullar hansı hüquqi əsasla yığılır? Əgər qəbiristanlıqlar bələdiyyələrin balansındadırsa, niyə bu ödənişlər rəsmi büdcə gəliri kimi görünmür? Əgər reyestr dövlət qurumunun səlahiyyətindədirsə, niyə faktiki vəziyyətlə bağlı nəzarət mexanizmi işləmir?

Qəbiristanlıqlarda “müdir” kimi təqdim olunan şəxslər fəaliyyət göstərir. Onlar qəbir yerini göstərir, qiyməti deyir, nağd ödənişi qəbul edir. Bu şəxslər hansı qurumun əməkdaşıdır? Dövlət qurumunun, bələdiyyənin, yoxsa qeyri-rəsmi şəbəkənin? Bu sualın da açıq cavabı yoxdur.

Ən ağrılı məqam isə sosial ədalətsizlikdir. Pulu olan yaxşı yerdə dəfn olunur, pulu olmayan isə ya borc-xərc tapmağa məcbur qalır, ya cənazəni rayona aparır, ya da aşağılayıcı vəziyyətlə üzləşir. Qanun aztəminatlı ailələr üçün yardım mexanizmi nəzərdə tutur. Amma praktikada neçə nəfər bu yardımdan istifadə edib? Hansı meyarla müəyyən olunur? İctimaiyyət üçün açıq statistika yoxdur.

Belə vəziyyətdə “ölmək belə baha başa gəlir” ifadəsi artıq emosional şüar deyil, sosial reallıqdır.

Əgər qəbiristanlıqlar bələdiyyələrin balansındadırsa, rəsmi tariflər ictimaiyyətə təqdim edilməlidir. Əgər torpaq dövlət mülkiyyətidirsə, onun istifadəsi və ödəniş mexanizmi açıq izah olunmalıdır. Əgər heç bir ödəniş nəzərdə tutulmursa, bu minlərlə manatlıq məbləğlər kim tərəfindən və hansı əsasla toplanır?

Bu sahə sosial xidmət yox, faktiki olaraq qapalı kommersiya sisteminə çevrilib. Cəmiyyətin ən həssas anında – yas vaxtında vətəndaş maddi təzyiq və qeyri-rəsmi ödənişlərlə üzləşirsə, bu artıq təkcə inzibati problem deyil, idarəetmə böhranıdır.

Aidiyyəti qurumlar, bələdiyyələr və xüsusilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ictimaiyyət qarşısında açıq mövqe ortaya qoymalıdır. Qəbir yerlərinin satışı dayandırılmalı, şəffaf mexanizm qurulmalı, rəsmi tarif və hesabat sistemi tətbiq edilməlidir. Əks halda bu sahə hüquqi boşluqdan istifadə edən qaranlıq və nəzarətsiz struktur kimi qalacaq. Qəbiristanlıq insan həyatının son dayanacağıdır. Orada da ədalət yoxdursa, problem artıq təkcə torpaq məsələsi deyil bu, sistem məsələsidir.

Bu nəzarətsiz sistem isə yalnız sosial ədalətsizliyə deyil, eyni zamanda böyük maliyyə fırıldaqlarına da yol açır. Qəbir yerlərinin qeyri-rəsmi satışı sayəsində hər ay milyonlarla manat gəlir əldə edən şəxslər var. Bu gəlirlər bəzən milyardlarla manata çatır, amma ictimaiyyət və dövlət qurumları tərəfindən monitorinq edilmədiyindən, kimlərin bu pulları qazandığı və bu sistemin kimlər tərəfindən idarə olunduğu məlum deyil.

Əslində isə bu xaotik vəziyyətə aydınlıq gətirilməsi və qəbiristanlıqlara bir çəki-düzən verilməsi üçün Ədliyyə nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinin borcudur. Əgər torpaqlar bələdiyyələrə verilibsə, qəbristanlıqlar bələdiyyələrin nəzarətindədirsə deməli məsuliyyətdə, cavabdehlik də, araşdırma da Bələdiyyələrlə İş Baş İdarəsinin işi olmalıdır.

Hazırda idarənin rəisi Elmin Həsənovdur. Qeyd edək ki, bu vəzifə əvvəllər Bələdiyyələrlə İş Mərkəzi adlanırdı, sonradan isə onun yerində Bələdiyyələrlə İş Baş İdarəsi yaradılıb.

Ölü üzərindən milyonlarla manat qazananların aşkar edilib, birmənalı şəkildə məsuliyyətə cəlb olunması zəruridir. Təbii ki, əgər bu ölkədə qanunlar işləyirsə…/poliqon.info

PAYLAŞIN:

Continue Reading

Previous: Qarabağdan qənimət kimi ələ keçirilən mal-qaranı Fəda Abbasov satdırıb! – Şəhid ailəsi ŞOK FAKTLARI AÇIQLAYIR…
Next: “Azərlotereya”nın gəlirləri hara gedir? – Dünya təcrübəsi və Azərbaycan reallığı

OXŞAR MÖVZULAR

2022-07-14-09-19-40sJ0KhkqSemVvCuXPYZKD_file

Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq?

admin 01/05/2026
imtahan-yeni

Buraxılış imtahanının nəticələri elan olundu

admin 01/05/2026
f15b1c6c9789245a5e734e1063cce228_Untitled-1

Aliment fondu ilə bağlı mübahisə: Ekspert və deputatdan fərqli baxış

admin 01/05/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? 01/05/2026
  • Buraxılış imtahanının nəticələri elan olundu 01/05/2026
  • Aliment fondu ilə bağlı mübahisə: Ekspert və deputatdan fərqli baxış 01/05/2026
  • Yaxın Şərqdə yenidən müharibə təhlükəsi – İran ABŞ-ni “ağrılı zərbələr”lə hədələyir 01/05/2026
  • İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib 01/05/2026
  • ABŞ bu türk ölkəsinə ayaq açdı: Rusiya üçün böyük təhdid… 01/05/2026
  • Azərbaycanın Avropa parlamenti ilə əməkdaşlığı dayandırılır – Milli Məclis qanun qəbul etdi 01/05/2026
  • Atəşkəs əvəzinə sanksiyaların ləğvi – ABŞ və Rusiya Ukraynaya dair nəyi müzakirə edir? 01/05/2026
  • AYİB Şəkidə su infrastrukturunun yaxşılaşdırılması üçün 91 milyon avro krediti təsdiqləyib 01/05/2026
  • İrəvandan milyarderə Qarabağ təpkisi: Öz fərari oğlunun hesabına “qaytaracaqsan”? 01/05/2026
  • Bu sahibkarlara yeni rüsum və qadağalar gəlir – Yeni qanunda nələr var? 01/05/2026
  • Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib 01/05/2026
  • Qazaxıstanın AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir 01/05/2026
  • Əmək qabiliyyətini itirənlərə verilən müavinətlə bağlı YENİLİK 01/05/2026
  • ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı 01/05/2026
  • Texnologiya Universitetində iş saatlarında içki məclisi keçirilir – Yaşar Ömərov hara baxır? 01/05/2026
  • Türkiyə lideri Ermənistana səfər edəcək? – Cənubi Qafqazda yeni diplomatik sınaq 01/05/2026
  • Bankların “qara siyahı”sından necə çıxmaq olar? 01/05/2026
  • Bu hallarda gömrük bəyannamələri ləğv edilə bilər 01/05/2026
  • Azərbaycanda bəzi müavinətlərin təyinatında yeni mexanizm qüvvəyə minir 01/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.