Skip to content
01/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 13
  • Fermer kartlarından mənimsənilən milyonlar: Vəzifəli şəxslər və saxta terminallar – ŞOK FAKTLAR AÇIQLANDI

Fermer kartlarından mənimsənilən milyonlar: Vəzifəli şəxslər və saxta terminallar – ŞOK FAKTLAR AÇIQLANDI

admin 13/02/2026
az-guvre

Aqrar İnnovasiya və Təchizat” şirkətinin həbsdə olan keçmiş əməkdaşı Elvin Məmmədlinin atası Vilayət Məmmədov yenidən müraciət edərək kənd təsərrüfatı sektorunda dövlət subsidiyalarının mənimsənilməsi ilə bağlı silsilə iddialarını davam etdirib.

Ailə redaksiyamıza müraciəti zamanı Kənd təsərrüfatı məhsullarının (pestisidlər, toxumlar, gübrələr) təchizatçısı Şəmkir rayon sakini, fiziki şəxs Ülviyyə Ənvər qızı, “Zirvə Aqro”, “Amin-Q”, “Aqro servis” şirkətləri, “Rövşənoğlu şirkətlər qrupuna daxil olan “Rövşənoğlu1”, “Rövşənoğlu2”, “Rövşənoğlu3” , eləcə də “AzGübrə”, “TapAgro” , “GübrəAz” şirkətlərinin adlarını xüsusi vurğulayıb.

O, oğlunun 7 illik həbs cəzasını ədalətsiz adlandıraraq, əsl cinayətkar şəbəkənin hələ də azadlıqda olduğunu və dövlət büdcəsini talamaqda davam etdiyini iddia edir.

Onun redaksiyamıza təqdim etdiyi sənədlər, bank çıxarışları və konkret faktlar əsasında onun iddialarını olduğu kimi təqdim edirik:

Mənimsəmə mexanizmi: Fermer kartları necə boşaldılır?

V.Məmmədov iddia edir ki, Elnur Hakdari və onun rəhbərlik etdiyi “TAPAGRO-XRAM AGRO” şirkəti vasitəsilə ölkənin müxtəlif rayonlarında fermerlərə məxsus subsidiyalar qanunsuz yollarla nağdlaşdırılır. Onun sözlərinə görə, bu şəbəkə heç bir mal satışı həyata keçirmədən, yalnız saxta post-terminallar vasitəsilə vətəndaşların kartındakı vəsaiti silir və bunun müqabilində dövlətə saxta hesabatlar təqdim edir. Atanın iddiasına görə, 2020-ci ilə qədər Qubada kiçik bir mağaza sahibi olan Elnur Hakdari, bu qanunsuz yollarla hazırda lüks həyat şəraiti qurub.

Məhkəmə və istintaq prosesləri: Niyə hələ də azadlıqdadırlar?

Şikayətçi bildirir ki, Elnur Hakdari hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə təqsirləndirilən şəxs qismində mühakimə olunur. Lakin buna baxmayaraq, o, hələ də azadlıqdadır və fəaliyyətini davam etdirir. Onun sözlərinə görə, eyni şəxslə bağlı Hacıqabul rayon Prokurorluğunda fermer kartlarından 30 min manatlıq vəsaitin mənimsənilməsi ilə bağlı daha bir cinayət işi başlanıb və hazırda Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaq edilir.

Saxta sənədlər və milyonluq yayınmalar

Atanın növbəti iddiası “Yusif” adlı Türkiyə vətəndaşı ilə bağlıdır.

İddia olunur ki, bu şəxs Elnur Hakdari ilə yaxın qohumluq (kirvəlik) əlaqələri quraraq, ona və digər iş adamlarına saxta elektron qaimə-fakturalar təmin edir. Xüsusilə Tural və Turqay Nağızadə qardaşlarına 20 milyon manatlıq saxta sənəd verildiyi və bu yolla külli miqdarda vergidən yayınma halının baş verdiyi iddialar arasındadır.

Hacı Hümbət və “Agro-Kimya” iddiası

O “Hacı Hümbət” ləqəbli Hümbət Həsənov barəsində də şok faktlar səsləndirib. Onun iddiasına görə, əvvəllər yük maşını sürücüsü olan bu şəxs, fermer kartlarındakı dövlət vəsaitini mənimsəmək hesabına İmişli rayonunda böyük obyektlər, yanacaqdoldurma məntəqələri və Bakı şəhərinin Həzi Aslanov qəsəbəsində çoxmərtəbəli yaşayış binaları inşa etdirir. İddia olunur ki, o, bu əməllərini “Agro-Kimya” adlı şirkət vasitəsilə həyata keçirir.

Dövlət strukturlarındakı “dayaqlar”

E.Məmmədlinin atası bəzi vəzifəli şəxslərin də bu şəbəkəyə şərait yaratdığını iddia edir.

O, “AzGübrə” MMC-nin Tovuz rayonu üzrə satış müdiri Habil Cəfərovun və Ağstafa rayon Aqrolizinq idarəsinin rəhbər vəzifəli şəxsi Cavanşir Əmrahovun adını çəkərək, onların öz vəzifə səlahiyyətlərindən sui-istifadə etdiklərini bildirir.

Həmçinin Maliyyə Nazirliyinin əməkdaşı Feyruz Tağıyevin də proseslərdə adı hallandırılır.

Həmçinin onu da bildirir ki Tovuz və ətraf rayonlarda saxta post terminallar vasitəsilə fermer kartlarının silinmesine Feyruz Tağıyev başçılıq edir.. O öz qanunsuz əməllərini qardaşı Çingiz Tağıyev və oğlu Fariz Tağıyev ilə birlikdə edir.

Elvin Məmmədlinin durumu: “Oğlum iki dəfə canına qəsd edib”

Məhbusun atası bildirir ki, oğlu Elvin Məmmədli bütün bu haqsızlıqlara dözməyərək həbsxanada iki dəfə intihara cəhd edib və həkimlərin müdaxiləsi ilə xilas olunub. 2025-ci ilin dekabrında ağır əməliyyat keçirən Elvinin səhhətində ciddi problemlər olduğu, lakin buna baxmayaraq ona təzyiqlərin davam etdirildiyi vurğulanır. O deyir: “Əgər bu qədər cinayət törədənlər azadlıqdadırsa, o zaman mənim oğlum günahsızdır. Onun tək səhvi bu şəxslərə inanmaq olub”.

Təqdim olunan sənədlərdə nədən söhbət gedir ?

Redaksiyamıza təqdim olunan bank çıxarışlarında aydın görünür ki, fermerlərin kartına “subsidiya” adı ilə köçən vəsaitlər (məsələn, 37.95 AZN və 101.75 AZN kimi məbləğlər) bir neçə gün sonra “TAPAGRO-XRAM AGRO” şirkəti tərəfindən “satınalma” əməliyyatı ilə silinib. Atanın iddiasına görə, bu, kütləvi xarakter daşıyır və minlərlə fermerin kartı bu üsulla boşaldılıb.

Vilayət Məmmədov sonda bildirib ki, o və ailəsi haqlı mübarizələrindən vaz keçməyəcəklər və ölkə rəhbərliyindən bu mənimsəmə zəncirinin köklü şəkildə araşdırılmasını tələb edirlər. /32gun.az

PAYLAŞIN:

Continue Reading

Previous: Qripin uşaqlarda yaratdığı fəsadlar – Nəyə diqqət edək?
Next: Ali Məhkəmə: Vətəndaşlar barələrində mediada gedən məlumatların bir müddət sonra silinməsini tələb edə bilər

OXŞAR MÖVZULAR

şapka mamed

“Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib?

admin 30/04/2026
socar-necef

SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -Qrant qazanmağın daha bir yolu/FOTOLAR

admin 30/04/2026
zulu şipping

“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? – Rusiyanın “kölgə tanker”ində İran izi

admin 28/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? 01/05/2026
  • Buraxılış imtahanının nəticələri elan olundu 01/05/2026
  • Aliment fondu ilə bağlı mübahisə: Ekspert və deputatdan fərqli baxış 01/05/2026
  • Yaxın Şərqdə yenidən müharibə təhlükəsi – İran ABŞ-ni “ağrılı zərbələr”lə hədələyir 01/05/2026
  • İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib 01/05/2026
  • ABŞ bu türk ölkəsinə ayaq açdı: Rusiya üçün böyük təhdid… 01/05/2026
  • Azərbaycanın Avropa parlamenti ilə əməkdaşlığı dayandırılır – Milli Məclis qanun qəbul etdi 01/05/2026
  • Atəşkəs əvəzinə sanksiyaların ləğvi – ABŞ və Rusiya Ukraynaya dair nəyi müzakirə edir? 01/05/2026
  • AYİB Şəkidə su infrastrukturunun yaxşılaşdırılması üçün 91 milyon avro krediti təsdiqləyib 01/05/2026
  • İrəvandan milyarderə Qarabağ təpkisi: Öz fərari oğlunun hesabına “qaytaracaqsan”? 01/05/2026
  • Bu sahibkarlara yeni rüsum və qadağalar gəlir – Yeni qanunda nələr var? 01/05/2026
  • Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib 01/05/2026
  • Qazaxıstanın AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir 01/05/2026
  • Əmək qabiliyyətini itirənlərə verilən müavinətlə bağlı YENİLİK 01/05/2026
  • ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı 01/05/2026
  • Texnologiya Universitetində iş saatlarında içki məclisi keçirilir – Yaşar Ömərov hara baxır? 01/05/2026
  • Türkiyə lideri Ermənistana səfər edəcək? – Cənubi Qafqazda yeni diplomatik sınaq 01/05/2026
  • Bankların “qara siyahı”sından necə çıxmaq olar? 01/05/2026
  • Bu hallarda gömrük bəyannamələri ləğv edilə bilər 01/05/2026
  • Azərbaycanda bəzi müavinətlərin təyinatında yeni mexanizm qüvvəyə minir 01/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.