Skip to content
01/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 13
  • İxtisas yox, iddia var: Ekologiya nazirliyində mümkün qanun pozuntusu

İxtisas yox, iddia var: Ekologiya nazirliyində mümkün qanun pozuntusu

admin 13/02/2026
etsn11

 

Bu gün cənab Prezidentin sərəncamı ilə Rəşad İsmayılov Ekologiya və Təbii Sərvətlər naziri təyin edildi. Bu təyinat fonunda Nazirlik daxilində uzun müddətdir dolaşan qeyri-şəffaf kadr oyunları, pərdəarxası razılaşmalar və qanuna uyğun olmayan sxemləri yenidən gündəmə gəlib. Redaksiyamıza daxil olan qeyri-rəsmi, lakin ciddi mənbələrə əsaslanan məlumatlara görə, Meşələrin İnkişafı Xidmətinin rəisi Ramiq Əşrəfov uzun müddət nazir postuna yiyələnmək üçün sistemli şəkildə cəhdlər göstərib.
Məlumatlarda bildirilir ki, Ramiq Əşrəfov nazir təyin olunandan sonra, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan Yaşıllaşdırma və Landştaft Quruluşu” ASC-nin nəzdindəki Suvarma sistemlərinin istismarı və təmiri idarəsinin direktoru, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sahib Şükürovun cinayət işi üzrə iki epizodda adı keçən, barəsində dələduzluq ittihamları səsləndirilən Xəqani İsmayılov, onun yerinə təyin edilməli idi.Rəşad İsmayılovun nazir təyin olunması,Xəqani İsmayılovun “xam xəyallarını” puça çıxardı.
Daha da narahatedici məqam Xəqani İsmayılovun təhsil və ixtisas uyğunluğudur. O, Azərbaycan Biznes Universitetinin məzunudur. Bu ali məktəb uzun illərdir ölkədə ən aşağı reytinqli universitetlər sırasında göstərilir.
Ekologiya, suvarma, infrastruktur və mühəndislik sahəsində strateji əhəmiyyət daşıyan bir idarəyə bu cür təhsil bazası olan şəxsin təyin olunması,“Dövlət qulluğu haqqında” Qanunun,eləcə də idarəetmədə peşəkarlıq və səmərəlilik prinsiplərinin açıq şəkildə pozulması deməkdir.Ortaya çox ciddi və təhlükəli mənzərə çıxır, təhsil zəif, reputasiya şübhəli, iddialar isə ölçüyəgəlməz dərəcədə böyükdür.
Ekologiya və təbii sərvətlər sahəsi milli təhlükəsizlik, ətraf mühitin qorunması və gələcək nəsillərin maraqları ilə birbaşa bağlıdır. Bu sahədə vəzifələrin alver predmetinə çevrilməsi, şəxsi ambisiyaların dövlət maraqlarından üstün tutulması artıq sadəcə problem yox, cinayət riskidir.Nazirliyin kadr siyasəti şəxsi ambisiyalar,qeyri-mütəxəssislər, savadsızlar,adı dələduzluqda keçən və şübhəli fiqurlar üzərindən qurula bilməz.
Onu da bildirək ki,Xəqani İsmayılovun təhsil ixtisası və peşə hazırlığı suvarma, meliorasiya və ya landşaft quruculuğu sahəsi ilə heç bir uyğunluq təşkil etmir. Bu fakt artıq subyektiv yanaşma deyil, müvafiq qanunvericiliyin tələbləri fonunda açıq hüquqi ziddiyyətdir.
Məsələ ondadır ki, Azərbaycan qanunları dövlət və yarımdövlət strukturlarında əmək münasibətlərinin istənilən formada “özbaşına” qurulmasına yol vermir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsi (əmək münasibətlərinin əsas prinsipləri) açıq şəkildə müəyyən edir ki,əmək münasibətləri işin xarakterinə uyğun peşə hazırlığı, ixtisas və bacarıqlar əsasında qurulmalıdır. Yəni vəzifə əvvəlcədən müəyyən edilmiş sahə bilikləri və peşə səriştəsi tələb edirsə, həmin tələblər formal yox, məcburi hüquqi şərt sayılır.
Daha da konkret desək, Əmək Məcəlləsinin 16-cı maddəsi (əmək müqaviləsinin bağlanmasında məhdudiyyətlər) birbaşa bildirir ki, işin yerinə yetirilməsi üçün xüsusi ixtisas hazırlığı tələb olunur və müvafiq hazırlığı olmayan şəxslə əmək müqaviləsi bağlana bilməz.
Suvarma sistemlərinin istismarı və təmiri kimi mühəndislik, texniki və ekoloji risk daşıyan sahədə bu norma xüsusilə aktualdır. Burada söhbət sadəcə kabinet işi yox, torpaq, su ehtiyatları, meliorasiya infrastrukturu və dövlət əmlakının təhlükəsizliyindən gedir.Yeni təyin olunan nazirin qarşısında duran əsas və ən çətin suallardan biri də məhz budur: O, nazirliyi ixtisassız, şübhəli reputasiyaya malik,adı dələduzluq əməllərində keçən və qeyri-rəsmi sövdələşmələrlə irəli çəkilməyə çalışan şəxslərdən təmizləyə biləcəkmi?/mediatv.az

PAYLAŞIN:

Continue Reading

Previous: Ramiz Mehdiyevin xarici xüsusi xidmət orqanının əməkdaşı ilə telefon danışığının səs yazısı yayılıb
Next: Nazirin “DOSTU” -dur deyə işçiləri təhdid etməlidir…?

OXŞAR MÖVZULAR

şapka mamed

“Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib?

admin 30/04/2026
socar-necef

SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -Qrant qazanmağın daha bir yolu/FOTOLAR

admin 30/04/2026
zulu şipping

“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? – Rusiyanın “kölgə tanker”ində İran izi

admin 28/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? 01/05/2026
  • Buraxılış imtahanının nəticələri elan olundu 01/05/2026
  • Aliment fondu ilə bağlı mübahisə: Ekspert və deputatdan fərqli baxış 01/05/2026
  • Yaxın Şərqdə yenidən müharibə təhlükəsi – İran ABŞ-ni “ağrılı zərbələr”lə hədələyir 01/05/2026
  • İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib 01/05/2026
  • ABŞ bu türk ölkəsinə ayaq açdı: Rusiya üçün böyük təhdid… 01/05/2026
  • Azərbaycanın Avropa parlamenti ilə əməkdaşlığı dayandırılır – Milli Məclis qanun qəbul etdi 01/05/2026
  • Atəşkəs əvəzinə sanksiyaların ləğvi – ABŞ və Rusiya Ukraynaya dair nəyi müzakirə edir? 01/05/2026
  • AYİB Şəkidə su infrastrukturunun yaxşılaşdırılması üçün 91 milyon avro krediti təsdiqləyib 01/05/2026
  • İrəvandan milyarderə Qarabağ təpkisi: Öz fərari oğlunun hesabına “qaytaracaqsan”? 01/05/2026
  • Bu sahibkarlara yeni rüsum və qadağalar gəlir – Yeni qanunda nələr var? 01/05/2026
  • Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib 01/05/2026
  • Qazaxıstanın AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir 01/05/2026
  • Əmək qabiliyyətini itirənlərə verilən müavinətlə bağlı YENİLİK 01/05/2026
  • ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı 01/05/2026
  • Texnologiya Universitetində iş saatlarında içki məclisi keçirilir – Yaşar Ömərov hara baxır? 01/05/2026
  • Türkiyə lideri Ermənistana səfər edəcək? – Cənubi Qafqazda yeni diplomatik sınaq 01/05/2026
  • Bankların “qara siyahı”sından necə çıxmaq olar? 01/05/2026
  • Bu hallarda gömrük bəyannamələri ləğv edilə bilər 01/05/2026
  • Azərbaycanda bəzi müavinətlərin təyinatında yeni mexanizm qüvvəyə minir 01/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.